Müharibənin 35-ci günü: Paşinyan yenə Putinə yalvardı
![Müharibənin 35-ci günü: Paşinyan yenə Putinə yalvardı Müharibənin 35-ci günü: Paşinyan yenə Putinə yalvardı](https://azvision.az/photos/2021/10/YAL-1635632656.jpg)
ATƏT-in Minsk qrupunun həmsədrləri oktyabrın 30-da Cenevrədə Azərbaycan və Ermənistanın Xarici işlər nazirlərinin görüşünə dair yaydıqları bəyanatda humanitar atəşkəsin dərhal qurulması da daxil olmaqla, tərəfləri öz öhdəliklərini tam şəkildə yerinə yetirməyə çağırdılar. Bəyanatda beynəlxalq humanitar hüquqa uyğun olaraq qəsdən mülki əhalinin və ya qeyri-hərbi obyektlərin hədəfə alınmamasına çağırıdlı.
Yenixeber.org: Amma Ermənistan əvvəlki 30 ildə olduğu kimi, bu dəfə də həmsədrlərin sülhə və humanitar atəşkəsə növbəti çağırışlarına məhəl qoymayaraq, oktyabrın 31-i səhər saaatlarından başlayaraqTərtər, Ağdam və Ağcabədi rayonu ərazilərini gün ərzində intensiv artilleriya atəşinə tutdu.
Hətta bundan sonra da həmsədr ölkələrin nə erməni tərəfin cinayətlərini qəti şəkildə pisləyən bəyanatları səsləndirildi, nə də ki, təcavüzkar ölkəyə qarşı sanksiyalar tətbiq edildi. Məhz bu reallıqlar kontekstində Azərbaycan Prezidenti İlham Əliyev Almaniyanın ARD telekanalına müsahibəsində “Münaqişənin dondurulmuş kimi görünməsi həmsədrləri qane edirdi”, - ifadəsini işlətdi.
![](https://azvision.az/photos/2021/10/ARD-1635632668.jpg)
Həmin müsahibədə dövlət başçımız“Amnesty International” və “Human Rights Watch” kimi beynəlxalq insan haqları təşkilatlarının da ünvanına ciddi iradlar sələndirdi.
- Əfsuslar olsun ki, onlar hadisələri yalnız Ermənistan tərəfindən işıqlandırırlar. Onlar bura gəlmək üçün bizə müraciət etməyiblər. Ona görə bizdə onların qərəzliliyi ilə bağlı böyük şübhələr var. Onlar bizim “Nəyə görə buraya gəlmirsiniz?” dediyimizə görə gəlirlər. Biz onlara “xahiş edirik, buraya gəlin” müraciətini etdikdən sonra onlar gəlməyə razılıq verdilər. Lakin onlar birinci növbədə niyə gəlmədilər?, - İlham Əliyev sual etdi.
Bu təşkilatların ermən sevgisi onlara hətta Azərbaycan əsgərlərinin Hadrutda xilas etdiyi, Beynəlxalq Qırmızı Xaç Komitəsinin və Rusiyanın humanitar dəstəyi ilə qarşı tərəfə təhvil verilmiş 85 yaşlı Yevgeniya Babayanın Ermənistanda müstəntiq qarşısına çıxarılmasını belə görməyə imkan vermədi.
Müharibənin 35-ci günü Azərbaycan Ordusu Ağdərə, Xocavənd və Qubadlı istiqamətində gedən döyüşlərdə düşmənin xeyli canlı qüvvəsini və hərbi texnikasını məhv etdi.
Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinə növbəti dəfə məktub göndərərək, ondan kömək istədi. Bundan əvvəl Qarabağdakı separatçıların lideri Araik Arutunyan da kömək barədə Putinə yalvarış dolu məktub göndərmişdi. Moskvadan verilən cavab hər iki məktubun müəlliflərini məyus etdi.
- Rusiya Federasiyası ilə Ermənistan Respublikası arasında dostluq, əməkdaşlıq və qarşılıqlı yardım haqqında 29 avqust 1997-ci il tarixli Müqavilədən irəli gələn müttəfiqlik öhdəliklərinə sadiq olduğunu təsdiq edirik. Sazişə əsasən, Rusiya Yerevana döyüş əməliyyatlarının bilavasitə Ermənistan ərazisinə keçiriləcəyi təqdirdə zəruri kömək göstərəcək, - Rusiya Xarici İşlər Nazirliyinin cavab bəyanatında bildirildi.
Bu əslində Ermənistanı Azərbaycana qarşı təcavzükar siyasətdən əl götürməyə və müharibədə öz məğlubiyyətini etiraf etməyə çağırış idi.
Almaniyanın ARD televiziya kanalına müsahibəsində Prezident İlham Əliyev də müharibənin nə qədər davam edəcəyinin Ermənistandan, yəni onun nə vaxt beynəlxalq hüququ qəbul edəcəyindən asılı olduğunu bildirdi.
Həmin müsahibədə Azərbaycan Prezidenti Ermənistan rəhbərliyinə və onun havadarlarına, habelə dünya ictimaiyyətinə bir sıra ciddi mesajlar da ünvanladı.
-Qarabağ milli qürur məsələsidir;
-Təhlükəsizlik Şurasının 27 il ərzində kağız üzərində qalan qətnamələrini icra edirik;
-Bəzən tarix siyasi üstünlüklərlə motivasiya olunur;
-Beş rayonun demək olar ki, hamısı işğaldan azad edilib;
-27 ildə təklif etdiklərimiz, artıq öz qüvvəsini itirib;
-Bizim hansısa konvensiyanı imzalamağımız və ya imzalamamağımız faktı bizim o silahdan istifadə etməyimiz və ya etməməyimiz anlamına gəlmir. Bizim kifayət qədər silah-sursatımız var;
Bəli, imzaladığı bütün kovensiyalara sadiq qalanAzərbaycan müharibənin 35-ci gününədək havadarlarının hərtərəfli dəstəyi ilə silahlandırılan Ermənistan ordusunun döyüş meydanında belini artıq qırmışdı. Sadəcə düşmənin və onu dəstəkləyənlərin rəsmi şəkildə bunu etiraf etməsi lazım idi. Doqquz gündən sonra çoxdan gözlənilən bu məqam yetişdi.(azvision)