Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Həmsədrlər Azərbaycanın erməni hərbçini azad etməsini alqışlayıb

 

Həmsədrlər Azərbaycanın erməni hərbçini azad etməsini alqışlayıb
ATƏT-in Minsk Qrupunun həmsədrləri Azərbaycanın erməni hərbçisini azad etməsini alqışlayıb.
Yenixeber.org: Bu barədə həmsədrlərin yaydığı bəyanatda deyilir.
Qeyd olunub ki, vasitəçilər Stefan Viskonti (Fransa), Endryu Şofer (ABŞ) və İqor Xovayev (Rusiya) 7-8 oktyabr tarixlərində Cenevrədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Filippo Qrandi və Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) vitse-prezidenti Gilles Karbonnier ilə məsləhətləşmələr aparıblar. Görüşlərdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik də iştirak edib.
BMT Baş Assambleyasının iclası çərçivəsində Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında son konstruktiv görüşə diqqət çəkən həmsədrlər Azərbaycanın erməni hərbçini azad etməsini alqışlayıblar. Görüşlərdə mümkün deeskalasiya və məhbuslar, itkin düşmüş şəxslər, eləcə də bütün köçkünlərin könüllü olaraq geri qaytarılması istiqamətində humanitar tədbirlər müzakirə edilib.
Həmsədrlər razılaşma sahələrini tapmaq üçün tərəflərlə işləməyə davam etmək niyyətlərini vurğulayıblar. Onlar həmsədrlərin iştirakı ilə görüşə hazır olduqlarını ifadə edən Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın açıq bəyanatlarını müsbət qiymətləndiriblər. Həmsədrlər tərəfləri belə bir görüşün detallarını əlaqələndirməyi səbirsizliklə gözləyirlər və yaxın gələcəkdə prosesin növbəti addımlarını müzakirə etmək üçün bölgəyə səfər etmək istəklərini bir daha ifadə ediblər.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam