Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Ərdoğanın qətiyyəti Türkiyədəki səfirliklərə geri addım atdırdı

Xatırlayırsınızsa, bir həftə əvvəl Türkiyədəki 10 ölkənin səfirliyi bəyanat yayaraq, hazırda həbsdə olan iş adamı Osman Kavalanın sərbəst buraxılmasını tələb etmişdi. Tələbə ölkə lideri R.T.Ərdoğan sərt reaksiya vermiş və XİN-nə həmin səfirləri “persona non grata” elan etməyi tapşırmışdı.
Yenixeber.org: Məlumata görə, Ərdoğanın bu reaksiyasından sonra həmin səfirliklər geri addım ataraq Türkiyənin daxili işlərinə qarışmadıqlarını vurğulayan bəyanat veriblər. 
İlk “üzrxahlıq” bəyanatı ABŞ səfirliyindən gəlib. ABŞ-ın Türkiyədəki səfirliyi Twitter səhifəsində paylaşdığı bəyanatında bildirib: “ABŞ 18 oktyabr bəyanatı ilə bağlı bəzi suallar doğduği üçün Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasının 41-ci maddəsinə əməl etdiyini təsdiqləyir”.
Ardınca da gəmidə oturub gəmiçi ilə yola getməyən digər səfirliklərdən bənzər bəyanatlar gəlib.
“Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyası”nın 41-ci maddəsində deyilir: 
“1. Qəbul edən dövlətin qanun və qaydalarına riayət etmək, imtiyaz və müstəqilliklərinə xələl gətirmədən bu cür imtiyazlardan yararlanan hər bir şəxsin vəzifəsidir. Qəbul olunan dövlətin daxili işlərinə qarışmamaq da eynilə qəbul edən tərəfin vəzifəsidir.
2. Göndərən dövlət tərəfindən qəbul edən dövlət nəzdində həyata keçiriləcək milssiyanın öhdəliklərinin həvalə edildiyi bütün rəsmi işlər, qəbul edən dövlətin XİN və müvafiq nazirlikləri vasitəsilə həyata keçirilir. 
3. Nümayəndəliyin binalarından missiyanın bu Konvensiyada və ya ümumi beynəlxalq hüququn digər qaydalarına və ya göndərən və qəbul edən dövlət arasında qüvvədə olan xüsusi müqavilələrə uyğun olmayan şəkildə istifadə edilməməlidir”. 
Göründüyü ki, konvensiyanın bu maddəsində açıq şəkildə səfirliklərin diplomatik missiyalarını həyata keçirdikləri dövlətlərin daxili işlərinə qarışmaması qeyd olunur.(ovqat)

Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="679" height="382" src="https://www.youtube.com/embed/kZYTbJNbayU" title="“Bu, İran üçün qəbuledilməzdir!” - ABŞ-yə xəbərdarlıq, İrana isə təşəkkür mesajı..." frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam