Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Ərdoğan on ölkənin səfirlərinə etiraz edib-SƏBƏB

 

Ərdoğan on ölkənin səfirlərinə etiraz etdi
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hüquq müdafiəçisi Osman Kvalanın buraxılmasına çağırış edən on dövlətin səfirlərinə kəskin etirazını bildirib.
Yenixeber.org: Bu barədə “Haber Türk” telekanalına istinadla xəbər verir. Afrika səfərindən qayıdarkən jurnalistlərin sualını cavablandıran Rəcəb Tayyib Ərdoğan deyib:

“Türkiyəni burada ittiham etmək istəyirlər. On səfir bu açıqlamanı niyə edib? Bu Soros qalığını müdafiə edənlər onu necə buraxdırmaq üçün çalışırlar. Xarici işlər nazirimizə dedim ki, onlara ölkəmizdə ev sahibliyi etmək zənginliyimiz ola bilməz. Türkiyəyə belə bir dərs keçmək sizin işinizdirmi? Kimsiniz siz? Bu nədir? Kavalanı buraxın. Sən öz ölkəndəki quldurları, qatilləri, terrorçuları buraxarsanmı? Amerika, Almaniya, hansı biri indiyədək belə bir şey edib? Etməyiblər və etməzlər. Danışanda verəcəkləri cavab budur: “məhkəmə müstəqildir”. Sizdə məhkəmə müstəqil, bizdəki məhkəmə asılıdırmı? Bizim məhkəmə müstəqilliyin ən gözəl örnəklərini verir”.

Bir müddət öncə sosial şəbəkə hesablarında Osman Kvalanın azad olunmasına çağırış edən Kanada, Fransa, Finlandiya, Danimarka, Almaniya, Niderland, Yeni Zelandiya, Norveç, İsveç və ABŞ səfirləri Türkiyənin Xarici İşlər Nazirliyinə çağırılıb, onlara diplomatik münasibətlər haqqında Vyana konvensiyasına əməl etməyin vacibliyi xatırladılıb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam