Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Türkiyədən ABŞ-a ŞOK ZƏRBƏ: -Bu, F-35 layihəsinin SONU OLA BİLƏR

Türkiyədən ABŞ-a ŞOK ZƏRBƏ: Bu, F-35 layihəsinin SONU OLA BİLƏR

Rusiyadan ikinci dəfə S-400 hava hücumundan müdafiə sistemi ilə bağlı razılaşmanın son mərhələdə olması xəbəri məsələni yenidən gündəmə gətirib.

Yenixeber.org: Ankara Rus Araşdırmaları İnstitutunun rəhbəri, Ankara Yıldırım Beyazıt Universitetinin professoru Salih Yılmaz Türkiyə kimi böyük bir ölkənin sərhədlərini qoruması üçün ikinci mərhələnin belə kifayət etməyəcəyini söyləyib.

Türkiyənin ikinci mərhələ S-400 alqı-satqısını və ABŞ-ın buna qarşı çıxma səbəblərini dəyərləndirən S.Yılmaz bildirib ki, Vaşinqtonun davamlı təzyiq və sanksiya təhdidlərinə baxmayaraq, növbəti S-400 sistemlərinin satın alınması Türkiyənin özünün müdafiə siyasətində müstəqilliyini nümayiş etdirmək baxımından önəmlidir:

"Türkiyənin hava hücumundan müdafiə sistemlərini əldə etməsinin məqsədi bölgədəki hər hansısa bir aktora qarşı savaşa hazırlaşmaq deyil. Ölkənin şərq və cənub-şərq bölgələrinin hava təhdidlərindən qorunması lazımdır. Türkiyənin artan regional və qlobal önəminə görə ölkənin özünün raket və hava hücumundan müdafiə sistemini istehsal etməsi lazımdır ki, bu da ölkənin NATO-nun raketdən müdafiə sistemindən asılılığını və ondan irəli gələn potensial təhlükəni ortadan qaldıracaq".

Türkiyənin S-400 sistemlərini davamlı olaraq istifadə etməyəcəyini, ancaq təhlükəsizliyinə açıq təhdidlər ortaya çıxdıqda onu aktivləşdirəcəyini xatırladan Salih Yılmaz ABŞ-ın qarşı çıxmasının arxasında fərqli səbəblərin ola biləcəyinə işarə edərək belə qeyd edib:

"Əgər həqiqətən gizlətdikləri bir şey varsa, Türkiyə S-400-lərdən bəzi detalları öyrənərək F-35 layihəsini tamamilə sıradan çıxara bilər. Başqa bir səbəb Türkiyənin S-400-ləri alanda İraq və Suriyada "Uçuş qadağan bölgəsi" elan etməklə hökmranlığını açıq şəkildə göstərə bilməsidir. Məlum olduğu kimi, Rusiya və ABŞ Suriyanın hava sahəsini öz aralarında bölüşməklə bir-birlərinə uçuşa qadağa zonası elan etdilər. Türkiyə ilə Rusiya arasında S-400 qabaqcıl texnologiya sahəsində əməkdaşlıq nəticədə digər silah texnologiyaları sahəsində əməkdaşlığa yol açacaq ki, bu da ABŞ silah bazarı üçün təhlükədir".

O əlavə edib ki, S-400-ün ikinci mərhələsinin alınması Rusiya-Türkiyə birgə hərbi sənaye istehsalının başlanğıcı ola bilər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam