Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

S-400 Türkiyənin əlindən alına bilər? –ABŞ-da yeni təklif müzakirə edilir

 


ABŞ-da Milli Müdafiə Səlahiyyətləri (National Defense Authorization Act ) qanununda Türkiyə ilə bağlı yeni dəyişiklik təklif edilib.
Yenixeber.org: ABŞ-lı senator Con Tun ABŞ Milli Müdafiə Səlahiyyətləri qanununda satınalma ilə bağlı yeni təklif irəli sürüb. Qanunda dəyişiklik qəbul edildiyi təqdirdə ABŞ S-400-ü Türkiyədən satın almaq hüququna malik olacaq.

Bundan əlavə Senatın Xarici Əlaqələr Komitəsinin sədri Cim Riç isə Milli Müdafiə Səlahiyyətləri qanununa baş bir dəyişiklik təklif edib. Təklifdə Türkiyəyə qarşı sərt sanksiyaların tətbiqi nəzərdə tutulur. Mütəxəssislər qanunda bu cür dəyişikliklərin qəbul edilməyəcəyini bildirib ancaq, ABŞ-ın Türkiyənin Rusiyadan satın aldığı S-400-lə bağlı fikirləri hələlik dəyişməyib.
Qeyd edək ki, 2017-ci ildə Rusiya ilə Türkiyə arasında S-400 hava hücumundan müdafiə sistemlərinin satın alınması ilə bağlı 2,5 milyard dollarlıq müqavilə bağlanıb. 2019-cu ilin iyul ayından başlayaraq S-400-ün Türkiyəyə təhvil verilməsi prosesi başlayıb. Bu hadisə həm Avropa dövlətləri həm də ABŞ-ın etirazlarına səbəb olmuşdu. ABŞ bu günə qədər dəfələrlə S-400 hava hücumundan müdafiə sistemlərinin Türkiyədə aktiv hala gətirilməməsi istiqamətində addımlar atıb.
Xatırladaq ki, S-400 hava hücumundan müdafiə sistemləri 400 kilometr məsafədə, 30 kilometr hündürlükdə təyyarə, kruiz, ballistik raketləri o cümlədən quruda istifadə edilən digər silahları vurma qabiliyyətinə malikdir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam