Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqında kütləvi narazılıq –Araz Paşayevin qərarı etiraz doğurdu

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqında ciddi narazılıq yaşanır. Məlumatlı mənbələrdən daxil olan informasiyaya görə, qurumda ondan artıq əməkdaşın işdən çıxarılması barədə qərar qəbul edilib.
Yenixeber.org: Məlumata görə, ittifaqın sədri Araz Paşayevin göstərişi ilə 10 nəfərdən çox işçi ilə oktyabrın 1-dən etibarən əmək müqaviləsinə xitam veriləcək .
Rəsmi olaraq bu addım “ixtisar” kimi təqdim edilsə də, əslində yeni əməkdaşların işə götürülməsi prosesi aparılır.
İddialara görə, çalışqan, ancaq himayədarı olmayan əməkdaşlar heç bir əsaslandırma olmadan işdən azad olunsa da, bacarığı olmayan, ancaq vəzifəli şəxslərə yaxın insanlar vəzifədə saxlanılır.
Mənbələr bildirir ki, bu qərar həmkarlar ittifaqı daxilində ciddi narazılıq yaradıb və yaxın günlərdə ölkə rəhbərliyinə rəsmi müraciət olunması gözlənilir.