Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Rusiya-Türkiyə-NATO üçbucağında paradoksal əlaqələr:MOSKVA YENİ SAZİŞİN İMZALANACAĞINA ÜMİD EDİR

Anton Mordaşov

“Əl-Monitor”, 03.12.2019

 

Rusiya və Türkiyə, ABŞ-ın sanksiya təhdidinə baxmayaraq, Ankaranın daha çox “S-400” raket sistemləri satın alması ilə əlaqədar yeni razılaşmanı nəzərdən keçirdiklərini təsdiqləyib. Ancaq Türkiyənin ABŞ-a güzəşt təklif etdiyi də güman olunur.

Yenixeber.org: Rusiyanın dövlət silah ixracatçısı “Rosoboronexport”-un baş direktoru Aleksandr Mixeyev noyabrın 26-da bildirib ki, Moskva gələn ilin ilk yarısında “S-400” raket sistemlərinin Türkiyəyə satılması ilə bağlı yeni sazişin imzalanacağına ümid edir.

“Rosoboronexport” İran, Şimali Koreya və Suriyaya silah satdığına görə hazırda ABŞ sanksiyaları altındadır.

Mixeyev “RİA Novosti”-yə deyib: “Ümid edirik ki, 2020-ci ilin birinci yarısında müqavilə sənədlərini imzalayacağıq”.

O əlavə edib: “Ancaq vurğulamaq istəyirəm ki, Türkiyə ilə hərbi texniki əməkdaşlıq “S-400”sisteminin tədarükü ilə məhdudlaşmır. Qarşıda böyük planlarımız var”.

Ertəsi gün Türkiyənin xarici işlər naziri Mevlut Çavuşoğlu Rusiyanın “S-400”-lərindən əlavə, ölkənin daha çox hava hücumundan müdafiə sistemlərinə ehtiyac duyduğunu vurğulayıb. Çavuşoğlu, Ankaranın “Patriot” raket sistemlərini satın alma məsələsini nəzərdən keçirəcəyi ilə bağlı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın açıqlamalarını təkrarlayıb.

“Əl-Monitor” təxminən eyni zamanda ABŞ dövlət katibi Mayk Pompeonun “S-400” sistemlərinin satılması ilə bağlı mübahisələrin zəiflədilməsi və Ankaraya qarşı yeni sanksiyaların təxirə salınması üçün səy göstərdiyini bildirib.

Rusiyanın bir neçə hərbi mütəxəssisi “Kommersant” qəzetinə deyib ki, hazırkı vəziyyətdə Ankara manevr üçün yalnız ritorikadan istifadə etməməyə çalışır. Mütəxəssislərin rəyincə, müdafiə naziri Hulusi Akarın “S-400”-ün NATO hava hücumundan müdafiə sisteminə qoşulmadan avtonom olaraq işləyəcəyi ilə bağlı açıqlaması Türkiyənin Qərb müttəfiqlərinə ilk güzəştidir.

Türkiyənin NATO müttəfiqləri “S-400”-ün NATO blokunun təhlükəsizliyinə təhdid olaraq görürlər. Vaşinqton rus mühəndislərinin ABŞ-a məxsus “F-35” qırıcı təyyarəsi haqqında həssas məlumatlar əldə edə biləcəyindən narahatdır.

Ankaranın təklifinin, həqiqətən, “kompromis” olub-olmaması mübahisəlidir, çünki inteqrasiya texniki və siyasi baxımdan olduqca çətin olacaq.

Rus hərbi mütəxəssisi və köşə yazarı polkovnik Mixail Xodaryonokun fikrincə, “S-400”-ün NATO hava hücumundan müdafiə vasitələrinin avtomatlaşdırılmış nəzarət sistemləri ilə uyğunlaşdırılması texniki cəhətdən mümkündür, lakin çox vaxt və əlavə xərc tələb edir. Belə inteqrasiyaya nail olmaq üçün mütəxəssislər tezliyin uyğunlaşdırılması, avadanlıqların rabitə uyğunluğu, hədəf identifikasiya sisteminin quraşdırılması və kodlanması kimi problemləri həll etməlidir. Bunun üçün Rusiya və NATO tərtibatçıları arasında əməkdaşlıq tələb olunur ki, bu da qeyri-mümkündür.

Beləliklə, bahalı və mürəkkəb texniki xidmət zərurəti “S-400”-ün funksionallığını məhdudlaşdırır. İnteqrasiya olmadıqda, rus identifikasiya radarı Türkiyə radarı ilə əvəz edilə bilər. NATO hava hücumundan müdafiə sistemləri ilə işləyərkən, Türkiyə qüvvələrinin “S-400” təminatçısından müstəqil olmasını təmin etmək üçün.

Bu məsələdə siyasi amil də vacibdir.

Rusiya döyüş təyyarəsinin vurmasının ildönümündə reallaşdırılan Türkiyənin Murted hava bazasında 2 günlük hərbi təlim Rusiya-Türkiyə-NATO üçbucağında paradoksal əlaqələrin parlaq nümunəsidir. 2015-ci ilin 24 noyabr böhranından sonra Moskva Suriyada “S-400” komponentlərini sürətlə yerləşdirib: bu, təkcə Türkiyəni məhdudlaşdırmaq üçün deyil, həm də NATO hava qüvvələrinin İncirlik bazasındakı hərəkətlərini izləmək üçün idi.

Hazırda türk zabitləri ABŞ-da istehsal olunan “F-16 Viper” və “F-4 Phantom” təyyarələrindən istifadə edərək Rusiya istehsalı olan radarları sınaqdan keçirirlər.

Ankaranın hava müdafiəsinin inkişafına yönəlik dəyişikliyi də əhəmiyyətlidir. 2012-ci ildə suriyalılar Türkiyənin “F-4 Phantom” təyyarəsini vurublar. 2013-cü ildə Suriyanın imkanları Türkiyəyə qarşı təhdidlərin əsasını təşkil edirdi. Hazırda Ankara Rusiya istehsalı olan radarla təchiz edilmiş “S-400”-lə Amerika istehsalı olan təyyarələrin təhlükəsini izləməyə çalışır.

Rusiya-Türkiyə yaxınlaşmasından bəri, Moskva ilə Ankara arasındakı əməkdaşlıq bir sıra barter sövdələşmələrlə də yadda qalıb.

Xarici Siyasət Tədqiqatları İnstitutunun Yaxın Şərq proqramının direktoru Aaron Steyn haqlı olaraq “S-400” sisteminin məhdud istifadəsinin Türkiyə hökumətinin tamamilə siyasi qərarı olduğunu vurğulayır. Türkiyə uzunmənzilli hava hücumundan müdafiə sistemi üçün tender elan edəndə, Çinin “HQ-9” sistemləri yarışda qalib gəlib, amma 2015-ci ildə Türkiyə NATO-nun təzyiqi ilə bu müqaviləni pozmalı olub.

“S-400”-lərin alınması son nəticədə 2016-cı ildə Türkiyədə baş vermiş çevriliş cəhdi ilə bağlıdır. Ərdoğana qarşı üsyan edənlər Amerikanın “F-16” təyyarələrindən və “AH-1 Super Cobra” helikopterlərindən hökumət binalarına, Ərdoğanın həmin an qaldığı otelə və prezident iqamətgahına hücum etmək üçün istifadə ediblər. Təyyarələri havada kifayət qədər uzun müddət saxlamaq üçün “KC-135R” yanacaq tankerlərini İncirlik hava bazasından gətirmək lazım idi. Bir neçə ay sonra Türkiyə “S-400” danışıqlarını elan edib.

Beləliklə, “S-400” müqaviləsi Ankaraya müstəqil, obyekt yönümlü hava hücumundan müdafiə sistemlərini yaratmağa kömək edib. Eyni zamanda, “S-400”-ün məhdud istifadəsi ABŞ prezidenti Donald Trampın Ankaranın “qırmızı xətt”dən kənar addımlarına göz yummağa hazır olması, Ərdoğanın Vaşinqtonla oynaya biləcəyi ehtimal olunan kartdır.Tərcümə: Strateq.az

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam