Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

ABŞ S-400-ü Türkiyədən satın ala bilərmi?– AÇIQLAMA


Bir neçə gün əvvəl ABŞ-lı senator Con Tun ABŞ-ın Milli Müdafiə Səlahiyyətləri qanununda satınalma ilə bağlı yeni təklif irəli sürüb. Qanunda dəyişiklik qəbul edildiyi təqdirdə ABŞ S-400-ü Türkiyədən satın almaq hüququna malik olacaq. Mütəxəssislər bu təklifin qəbul edilməyəcəyini bildirsə də  ABŞ-ın hələ də S-400 hava hücumundan müdafiə sistemləri ilə bağlı sərt mövqeyi davam edir.
Yenixeber.org: Məlum olduğu kimi 2019-cu ildə Rusiya S-400 hava hücumundan müdafiə sistemlərini Türkiyəyə təhvil verdi. Bundan sonra ABŞ rəsmiləri çıxış edərək bildirdi ki, Türkiyə həmin raketləri aktiv hala gətirərsə sanksiyaların tətbiq edilməsi üçün addımlar atılacaq. Artıq bir ilə yaxındır ki, Türkiyə S-400-ü aktivləşdirməyib. Hökumət buna səbəb olaraq koronavirus pandemiyasının yayılmasını göstərdilər. Bəs ABŞ S-400 hava hücumundan müdafiə sistemləri Türkiyədən ala bilərmi?
Nə üçün ABŞ Türkiyənin S-400-dən istifadəsinə bu qədər qarşı çıxır?
Mövzu ilə bağlı Yeniavaz.com-a danışan politoloq Elxan Şahinoğlu bildirdi ki, ABŞ-lı senatorun bu təklifi qəbuledilməzdir:
“Birincisi, Türkiyə o silahları ABŞ-a heç vaxt satmaz. İkincisi, Rusiya-Türkiyə arasındakı müqavilədə yəqin göstərilib ki, bu üçüncü ölkəyə verilə bilməz. Üçüncüsü də odur ki, ABŞ bir neçə senatorun sözünə baxıb bu cür addım atmaz. Türkiyə bənzər raketləri ABŞ-dan almaq istəyirdi, onlar satmadığına görə, məcburən Rusiyadan alındı. Əgər ABŞ bu qədər qarşı idisə nə üçün “Patriot” raketlərini Türkiyəyə satmadı? Artıq raketlər Türkiyədə yerləşdirilib, pulu ödənilib iş bitib”.
Elxan Şahinoğlu ABŞ-ın S-400-lərin Türkiyə tərəfindən satına alınmasına və aktivləşdirilməsinə nə üçün bu qədər qarşı olduqları barədə də danışdı. Politoloq bildirdi ki, Rusiya bu addımla kifayət qədər ön plana çıxdı:
“Rusiya tarixində ilk dəfə NATO ölkəsinə raket satdı, hər iki ölkə arasındakı münasibətlər daha da genişləndi. Bu da təbii ki, ABŞ-ın maraqlarına ziddir. Ona görə də buna mane olmağa çalışdılar. Ancaq, burada ən böyük səhvi ABŞ etdi. Onlar Türkiyənin istəklərinə cavab vermədilər, pulunu ödədikləri F-35 qırıcı təyyarələrini təhvil vermədilər, dəfələrlə müraciət edilməsinə baxmayaraq raket sistemlərini satmaqdan imtina etdilər. Onlar bu səhvi düzəltmək əvəzinə çalışırlar ki, Türkiyəyə təzyiqlər göstərsinlər. S-400-ün Türkiyədə aktivləşdirilməsindən sonra isə ABŞ-ın sanksiya tətbiq edib-etməyəcəyi hələlik bilinmir”.
Elxan Şahinoğlu bildirdi ki, bu gün dünyada S-400-lərə maraq artıb. Bunun əsas səbəblərindən biri S-400 hava hücumundan müdafiə sistemlərinin “Patriot”lara nisbətdə daha ucuz olmasıdır. Artıq Hindistanla da danışıqlar başlayıb. Bir neçə gün əvvəl Hindistanın Müdafiə naziri Moskavada idi, bu barədə müzakirələr aparırılır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam