Redaktor seçimi
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Günün xəbəri

Ermənistanda keçmiş hərbiçi və mülki şəxs Azərbaycanın xeyrinə casusluğa görə həbs edilib

 
Ermənistanın Milli Təhlükəsizlik Xidməti bu gün bir keçmiş hərbiçinin və bir mülki şəxsin Azərbaycanın xeyrinə casusluğa görə həbs edildiyi barədə məlumat yayıb.

Yenixeber.org: Təqsirləndirilən şəxslər Azərbaycan və Türkiyə kəşfiyyatı tərəfindən əməkdaşlığa cəlb ediliblər və düşmənə Ermənistan silahlı qüvvələri, Ermənistanda və Qarabağda qoşunların və texnikanın yeri barədə məlumatlar ötürüblər, deyə məlumatda bildirilir.

Mənbənin məlumatına görə, həbs edilən şəxslər Azərbaycanın üçüncü ölkədəki səfirliyində pul müqabilində Azərbaycanla əməkdaşlığa razı olduqları barədə yazılı sənəd imzalayıblar.

Təqsirləndirilən şəxslər Azərbaycan tərəfə foto, videomateriallar və digər materiallar, o cümlədən strateji obyektlər və İkinci Qarabağ müharibəsi zamanı qoşunların hərəkəti haqqında materiallar ötürüblər. Məlumatlar xüsusi tətbiq vasitəsilə türk nömrələrinə göndərilib.

Müharibə zamanı onlardan biri könüllü dəstənin komandiri olub və Hadrutda olub, 2020-ci il oktyabrın sonlarına qədər düşmənə məlumatlar, o cümlədən hava hücumundan müdafiə vasitələrinin, raket sistemlərinin, zirehli texnikanın, döyüş mövqelərinin, hərbi birləşmələrin yerini əks etdirən video və fotomateriallar ötürüb.

Bu, Ermənistan silahlı qüvvələrinə ciddi ziyan vurub, Azərbaycanın ordu birliklərinə, hərbi texnikaya və canlı qüvvəyə zərbələr endirməsinə və onları sıradan çıxarmasına, cənub istiqamətində müdafiə xəttini qırmasına və Dağlıq Qarabağın dərinliklərinə doğru irəliləməsinə imkan verib, deyə məlumatda qeyd edilir.

Milli Təhlükəsizlik Xidmətinin məlumatlna görə, qrupun ikinci üzvü arxa cəbhədə məlumat toplayıb, arxa cəbhənin dərinliklərində yerləşən zenit-raket komplekslərindən birinin yeri haqqında dəqiq məlumatları ötürərək, düşmənin pilotsuz uçuş aparatı vasitəsilə onu məhv etməsinə imkan yaradıb.

Həbs edilən şəxslər etirafedici ifadələr veriblər. Axtarış zamanı xüsusi rabitə vasitələri, videoyazılar, habelə digər dəlillər aşkar edilib və götürülüb, deyə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin məlumatında bildirilir.

Həbs edilən şəxslərin adları açıqlanmır. Qeyd edək ki, bu, İkinci Qarabağ müharibəsindən sonra Ermənistanda Azərbaycan casuslarının ifşa edilməsi ilə bağlı 4-cü hadisədir.(turan)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam