Redaktor seçimi
Saleh Məmmədovun "gözqamaşdıran" biznesi -
Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində "soyuq" savaş - Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı -
Emin Əmrullayevin menyusuna: Göyçay şəhəri 7№-li orta məktəbin öz qanunları var –
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Günün xəbəri

Ermənistan ABŞ və Britaniyanı casusluqda günahlandırır – Azərbaycanın xeyrinə...

 

 

Yenixeber.org: Ermənistan apardığı 30 illik işğalçılıq siyasətinə görə 44 günlük müharibədə üzləşdiyi acı məğlubiyyətlə bağlı hələ də özündən başqa az qala, hamını günahkar çıxarmağa davam edir. “Günah keçisi” qismində seçilənlər arasında işğal dövründə keçmiş Dağlıq Qarabağ coğrafi ərazisində humanitar missiya ilə məşğul olmuş Böyük Britaniyanın “Halo Trust” şirkəti də var.

Bu quruma minnətdar olmaq əvəzinə, ermənilər ənənəvi nankor xislətlərinə sadiq qalaraq, “Halo Trist”u 2-ci Qarabağ savaşından sonra Ermənistana xəyanətdə ittiham eləməyə başlayıblar. Guya qurumun vaxtilə işğal altında olan ərazilərimizdə çalışmış əməkdaşları müharibə başlayanadək mina xəritələrini Türkiyə xüsusi xidmət orqanlarının agentlərinə, onlar da Azərbaycan tərəfə ötürüblər və nəticədə Azərbaycan Ordusu minalanmış sahələri problemsiz keçib.

Qarabağın mina xəritəsini kim oğurlayıb? – Məğlubiyyətin “HALO Trust”  sığortası

Artıq bu absurdla bağlı saxta “cinayət işi” də qaldırılıb. Belə ki, Musavat.com-un erməni mediasına istinadən verdiyi xəbərə görə, uydurma “artsax”ın “istintaq komitəsi” bu gün – martın 30-da ingilis təşkilatı “HALO Trust”un “artsax”dakı fəaliyyəti dövründə minalanmış ərazilərin xəritəsinin Türkiyə xüsusi xidmət orqanlarına təhvil verilməsi barədə 11 mart 2021-ci il tarixdə mətbuatda getmiş məlumatlarla bağlı açılan cinayət işini icraata götürüb”.

“Hazırda hadisənin bütün təfərrüatını aydınlaşdırmaq üçün lazımi istintaq və prosessual hərəkətlər aparılır. İlkin tədqiqat davan edir”, - deyə artıq mövcud olmayan oyuncaq qurumun mövcud olmayan “istintaq komitəsi”ndən News.am-a bildirilib.

Three HALO Trust De-Miners Killed in Artsakh Mine Explosion - Armenian  National Committee of America

Xatırladaq ki, həm də ABŞ-da qeyri-kommersiya təşkilatı kimi qeydiyyatdan keçən və fəaliyyət göstərən adı çəkilən qurum heç bir fakta, dəlilə söykənməyən bu ittihamı dərhal və qətiyyətlə rədd edib.

Məsələ həm də ondadır ki, Ermənistan onun tam kapitulyasiyası ilə bitən 2-ci Qarabağ müharibəsində İngiltərənin tutduğu obyektiv mövqeyi, o sırada BMT Təhlükəsizlik Şurasında savaşın qızğın vaxtında Azərbaycan əleyhinə hazırlanan sənəd layihəsinin Böyük Britaniya tərəfindən əngəlləməsini heç cür unuda bilmir.

Böyük Britaniya ilə İran arasında saxlanılan tanker məsələsi müzakirə  olunacaq

Bu xüsusda az öncə UNİCEF-in (BMT-nin Uşaq Fondu – red.) Ermənistan üzrə nümayəndəsi, Britaniya təmsilçisi Marianna Clark-Hattingin Ermənistan əleyhinə casusluqda suçlanaraq və “persona-non-qrata” elan edilərək ölkədən çıxarılması da təsadüf deyildi. Belə ki, martın 9-da Ermənistan XİN-i Marianna Clark-Hattinghin səlahiyyətlərinə son verildiyini bildirib, ölkə prokurorluğu isə onun haqqında mətbuatda yayılan Azərbaycan və ya Britaniyaya casusluq etməsi iddialarını araşdırmaq üçün cinayət işi açıb.


Ms. Marianne Clark-Hattingh, UNICEF Representative Malaysia, at Women Icons  Malaysia 2018 - YouTube

Hansı olaya ki, BMT səviyyəsində dərhal etiraz reaksiyası gəlmiş, xanım Marianna Clark-Hattingh dürüst və öz peşəsinə sadiq əməkdaş kimi xarakterizə edilmişdi. Eyni zamanda, BMT-də UNICEF-in Ermənistan nümayəndəsinə qarşı ittihamları təkzib edilərək, əsassız adlandırılmışdı. “Ona ünvanlanan ittihamlar əsassızdır və biz onu müdafiə edəcəyik”, - BMT Baş Katibinin mətbuat katibi Stefan Dujarric açıqlamaslnda deyilirdi.

Di gəl ki, Ermənistan öz gözündən “tiri” götürmək əvəzinə, həyasızcasına beynəlxalq birliyi çaşdırmağa yönəlik cəhdlərinə davam edir. Sanki Azərbaycan halal hərbi qələbə qazanmayıb və işğalçı ölkəyə qarşı mifik “Suriya muzdluları” da daxil, beynəlxalq hərbi koalisiya mövcud olub.

Əlbəttə ki, bu nağıla ermənilərin özlərindən savayı kimsə inanmır.(musavat.com)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam