Redaktor seçimi
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Günün xəbəri

Erməni alimdən faşist çağırış-Azərbaycanlıları universitetlərinizə buraxmayın!

 

                                   

                                 Erməni alimi təzə qisas növü fikirləşib

Yenixeber.org: Kaliforniyanın (ABŞ) Stenford universitetinin tədqiqatçısı Tiqran Xalapyan xarici təhsil müəssisələrini bütün qapıları azərbaycanlıların üzünə bağlamağa çağırıb. “Bir azərbaycanlı tələbəyə də öz ölkəsindən kənarda hər hansı universitetə daxil olmağa imkan verilməməlidir. Bu hərbi cinayətkarları öz kampuslarınıza gətirməyin”, deyə o, dünən Tvitterdəki hesabında yazıb və qeydini Amerikanın bütün məşhur universitetləri ilə bölüşüb.

Xalapyan ürək-damar xəstəlikləri üzrə mütəxəssis, Stenford Tibb Departamentinin  bir sıra nəşrlərinin həmmüəllifidir. Və indi bəlli olur ki, həm də faşistdir. Xalapyanın belə qatı millətçi çağırışı dünyanın aparıcı elm və təhsil mərkəzlərindən birinin, alman şairi Quttenin “Azadlıq küləyi əsir” misrasını devizə çevirmiş ali məktəbinin əməkdaşı adı ilə heç cür bir araya sığmır.

Azərbaycanın Los-Ancelesdə Baş konsulu Nəsimi Ağayev hesab edir ki, Stenford universiteti qaragüruhçunu dərhal işdən qovmalıdır: “O, bütün azərbaycanlıları “hərbi cinayətkar” adlandırır. Biz rəsmi məktub göndərmişik və ümid edirik ki, Stenford təcili tədbir görəcək” (1news.az).

Onu da əlavə edək ki, artıq Tvitterdə @tigranmd hesabı mövcud deyil. Universitetin saytında tibb sahəsində çalışan tədqiqatçılar arasında da Xalapyan soyadına ümumiyyətlə rast gəlinmir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam