Redaktor seçimi
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin şübhəli qrantları seriyasından... - 
Günün xəbəri

Dünyanın ən yaxşı 700 universitetləri sırasında bir təhsil ocağımız var?

 

   "Xeberinfo.com": Dünya univesitetlərinin reytinqini ölçən ən məşhur 3 qurumdan biri sayılan QS World University Rankings sentyabrın 16-da 2014-2015-ci il üzrə növbəti reytinq cədvəlini açıqlayıb. Dünya universitetləri sıralamasında ilk 700 universitet arasında 651-700 balla Qafqaz Universiteti də yer alıb.

Qafqaz Universiteti Azərbaycanı dünyanın  ilk 700 üniversiteti içərisində təmsil edən yeganə ali təhsil ocağıdır.

Ən yaxşı 700 universitet siyahısında Azərbaycandan yalnız Qafqazın olması nəyin göstəricisidir? Nədən siyahıda Azərbaycandan bir dənə də olsun dövlət universiteti düşməyib?

TQDK keçmiş sədri Vurğun Əyyub deyir ki, bu cür siyahılara düşən Azərbaycandan həmişə iki universitet olub: “Qafqaz və Xəzər universitetləri açıqlanan siyahılarda olublar. Dövlət universitetləri özünün standartlarına, verdiyi təhsilə, tələbə üçün yaratdığı şəraitə, idarəetmə və müxtəlif parametrlərə görə beynəlxalq standartlara cavab vermir. Odur ki, belə siyahılarda yer ala bilmir”.

 

Vurğun Əyyubun fikrincə siyahı hansı kriteriyalara əsasə tərtib olunduğu açıqlansa daha dəqiq danışmaq olar: “Bizə bəlli deyil ki, siyahı hansı kriteriyalar üzrə müəyyənləşib. Bu olsa, Azərbaycanın dövlət universitetlərindən niyə bu siyahıya düşməməsinə daha konkret cavab vermək mümkündür”. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam