Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Prezident:"Dünyanın məşhur kardioloji mərkəzlərində aparılanəməliyyatların ölkəmizdə..."

Prezident: "Dünyanın məşhur kardioloji mərkəzlərində aparılan əməliyyatların ölkəmizdə gerçəkləşdirilməsi təqdirəlayiqdir"

Prezident: "Dünyanın məşhur kardioloji mərkəzlərində aparılan əməliyyatların ölkəmizdə gerçəkləşdirilməsi təqdirəlayiqdir"

Yenixeber.org:  Azərbaycan Prezidenti İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş "Bakı Ürək Günləri"  IV Beynəlxalq Konqresi və Avrasiya Ürək-Damar Cərrahiyyə Cəmiyyətinin 15-ci Konfransının iştirakçılarına təbrik məktubu ünvanlayıb.

 APA-nın məlumatına görə, açılış mərasimində  məktubu Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva oxuyub.

Təbrik məktubunda bildirilir:

"Azərbaycan kardioloqları, kardiocərrahları  müxtəlif ölkələrdən ölkəmizin paytaxtında gələn alimləri səmimi salamlayır, Konqresinizin işinə uğurlar, insanların sağlamlığı naminə nəcib fəaliyyətinizdə hər birinizə nailiyyətlər arzu edirəm. Kardiologiya, ürək-damar cərrahiyyəsinin inkişafında özünəməxsus mövqeyi ilə seçilən ənənəvi Bakı Konqresi bu günün təbabətinin müalicə üsullarının və texnologiyalarının Azərbaycanda tətbiqinə layiqli töhfələrini verməkdədir. Dünyanın mötəbər tibb mərkəzlərini təmsil edən tanınmış kardioloq, alim və cərrahların iştirakı ürək-damar xəstəliklərinin müalicəsinə dair son elmi nailiyyətləri müzakirə ediləcək Konqresinizin yüksək nüfuzunun göstəricisidir. Gənc mütəxəssislər üçün təcrübə məşğələlərinin keçirilməsi isə onun elmi-praktik əhəmiyyətini xüsusi ilə artırır. Avrasiya  Ürək-Damar  Cərrahiyyə Cəmiyyətinin 15-ci Konfransı ilə birlikdə təşkil edilən hazırkı Konqresin xalqımızın Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə həsr edilməsinin rəmzi mənası var. Heydər Əliyev ölkəmizdə səhiyyə sisteminin davamlı təkmilləşdirilməsi üçün kifayət qədər geniş imkanlar yaradıb. Sonrakı dövr ərzində Azərbaycanın səhiyyə sisteminin inkişafı, həmçinin kardiologiyanın dünya standartları səviyyəsinə yüksəldilməsi istiqamətində xeyli  işlər görülüb. Dünyanın məşhur kardioloji mərkəzlərində aparılan mürəkkəb əməliyyatların hazırda ölkəmizdə yeni nəsil kardioloqlar tərəfindən müvəffəqiyyətlə gerçəkləşdirilməsi təqdirəlayiqdir. Ümidvaram ki, kardiologiyanın və ürək-damar cərrahiyyəsinin aktual məsələlərinin qabaqcıl mütəxəssislərin iştirakı ətraflı müzakirəsi ölkəmizin xarici əlaqələrini daha da möhkəmləndirəcək, beynəlxalq təcrübədən qarşılıqlı faydalanmaqla bütövlükdə tibb elminin inkişafına xidmət edəcək".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam