Redaktor seçimi
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!: “Şamaxılı Cavid”ə "DUR" deyin...-
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Günün xəbəri

Rus "sülhməramlıları" Qarabağı daha ağır müharibəyə sürükləyir


 

Yenixeber.org: II Dünya Müharibəsindən sonra bir çox mütəfəkkirlərin yekdilliklə qəbul etdiyi məşhur aforizm meydana çıxdı: “Ədalətsiz sülh daha qanlı müharibələrin müqəddiməsidir”. Çünki daha qanlı bitən II Dünya müharibəsi məhz I Dünya Müharibəsi zamanı imzalanan ədalətsiz sülh sazişindən ortaya çıxmışdı.
 
Nə yazıq ki, Azərbaycan ordusunun birmənalı qələbə çaldığı Vətən Müharibəsindən sonra Dağlıq Qarabağa yerləşən rus “sülhməramlıları”nın yürütdüyü siyasət də mahiyyət etibarilə ədalətsiz status-kvo yaratmağa hesablanıb. Bu isə tərəfləri daha ağır müharibələrə apara bilər.
 
Belə ki, rus “sülhməramlı”larının missiyası döyüşən tərəflər arasında hər kəsi razı salacaq ortaq məxrəci tapmaq, Dağlıq Qarabağda həm azərbaycanlıların, həm də ermənilərin yerləşməsini və təhlükəsiz yaşamasını təmin etməkdir. Üstəlik, bütün bu fəaliyyətlərin hamısı Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində həyata keçirilməlidir. Rus “sülhməramlı”larının gördüyü işlərə nəzər salanda yalnız ermənilərin mənafeyinə xidmət etdiklərini görürük. 
 
Acınacaqlıdır ki, indiyədək Qağlıq Qarabağa 40 mindən çox erməni köçürən ruslar bir nəfər azərbaycanlının belə öz dədə-baba yurdlarına yerləşdirilməsinə kömək etməyib. Əksinə, onlar Azərbaycan əsgərinin böyük fədakarlıqla torpaqlarını işğaldan azad etmək səylərini də əngəlləməyə çalışırlar. Bir neçə gün bundan əvvəl Çaylaqkənd və Köhnə Tağlar kəndində önümüzə çıxan, daha sonra rəsmilərimizin işə qarışmasıyla səngiyən rus əngəli indi Şuşa rayonuna məxsus yaşayış məntəqələrində özünü büruzə verir. Hər halda DQR” “Ərazi İdarəetmə və İnkişaf naziri” Zhirayr Mirzoyanın bu gün media orqanlarına verdiyi açıqlamalardan belə çıxır.
 
Mirzoyan açıqlamasında bildirib ki, rus “sülhməramlıları”nın müdaxiləsindən sonra Azərbaycan Silahlı Qüvvələri Şuşanın Ulu Qarabəy və Kirov kəndlərini tərk ediblər.
 
Məlumata görə, rus “sülhməramlıları” bu kəndləri boşaltmaq üçün səhərə qədər vaxt veriblər.
 
Sözsüz ki, Azərbaycan ordusu sonsuzadək rus “sülhməramlı”larının bu ermənipərəst mövqeyinə laqeyd qala bilməz. Getdikcə torplanan enerjinin  partlayışı isə daha sarsıdıcı olur.(ovqat)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam