Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Rus sülhməramlıları Qarabağda -1000-ə yaxın partlayıcını zərərsizləşdirib

Rus sülhməramlıları Qarabağda 1000-ə yaxın partlayıcını zərərsizləşdirib
Rusiya sülhməramlı kontingentinin hərbçiləri Qarabağda 10 kilometrə yaxın yolu minalardan təmizləyib, eyni zamanda Laçın dəhlizində minə yaxın partlayıcı maddəni zərərsizləşdirib.
Yenixeber.org: Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Rus sülhməramlıları Laçın dəhlizindəki bir ərazini partlayıcı maddələrdən təmizləyib, döyüş əməliyyatları zamanı məhv edilmiş yüksək gərginlikli elektrik xəttini bərpa etmək üçün təmir briqadasının işinin təhlükəsizliyini təmin edib.

Ümumilikdə, Dağlıq Qarabağda aparılan sülhməramlı əməliyyat zamanı mühəndis bölmələri 29 hektardan çox ərazini və 10 kilometrə yaxın yolu təmizləyib, 100-dən çox evi və sosial əhəmiyyətli obyektləri yoxlayıb, 1000-ə yaxın partlayıcı maddə aşkar edərək zərərsizləşdiib”, - deyə məlumatda vurğulanıb.

Qeyd edilib ki, aşkar edilmiş partlayıcı maddələr, eləcə də atılmış və ya istifadə olunmamış sursatlar xüsusi poliqona aparılaraq məhv edilib. İstehkamçılar evakuasiya edilə bilməyən döyüş sursatlarını yerində partladıblar.

Məlumata görə, Rusiya sülhməramlıları elektrik, qaz, rabitə xətlərinin və transformator yarımstansiyalarının bərpası ilə bağlı işlərin təhlükəsizliyini də təmin edir. Ötən gün ərzində üç elektrik ötürücü qüllə, 1,2 min metr qaz kəməri, 1,5 mindən çox rabitə xətti, iki transformator yarımstansiyası bərpa edilib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam