Redaktor seçimi
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Günün xəbəri

Kəmaləddin Heydərovun 40 milyon avroluq şirkəti əlindən alınır-FOTOLAR

Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun Bosniyadakı 40 milyon avroluq şirə zavodunun tikintisi tamamilə dayandırıla bilər.

Yenixeber.org: Bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli məlumat yayıb.

Onun sözlərinə görə, Heydərovun zavodunun taleyi Bosniya və Herseqovina hökumətinin yanaşmasından asılı olacaq:

“Zavodun təməli 6 il əvvəl Bosniyanın Doboj şəhərində atılıb, 2017-ci ilin əvvəlində istifadəyə verilməli olduğu halda, ləngimə artıq 4 ilə çatır. Baxmayaraq ki, indiyədək layihənin icrasına 15 milyon avro xərclənib, Doboj şəhər bələdiyyəsi Bosniya hökumətinə rəsmi müraciət edərək zavodun tikintisi üçün ayrılmış 10 hektarlıq ərazinin bələdiyyə mülkiyyətinə keçirilməsini və layihənin davam etdirilməsi üçün yeni investorlar axtarışına razılıq verilməsini tələb edib.

Səbəb kimi Heydərova məxsus “Benkons” şirkəti tərəfindən layihənin başa çatdırılmaması əsas gətirilib. Şirkətin Bosniyadakı nümayəndəliyi isə şəhər bələdiyyəsini layihəni təhlükəyə atmaqda ittiham edib.

Bununla belə şirkətdən heç kim zavodun tikintisinin nə zaman yekunlaşacağı və fəaliyyətə başlayacağı haqda təxmini tarix belə deyə bilmir. Heydərova məxsus “Benkons” şirkəti 4 ildən bəridir ki, Bosniya hökumətinə “dünya bazarında neftin qiymətinin aşağı düşməsini” və pandemiyanı əsas gətirir. Neftin qiymətinin FHN şefinin büdcəsinə və biznesinə nə dəxli olduğu bəlli deyil. Amma layihəyə Azərbaycan hökuməti dəstək verib. Azərbaycanın Bosniya və Herseqovinadakı səfirliyinin rəsmi səhifəsində o, BMT-nin “Etimad layihəsi” kimi təqdim olunur. BMT-nin bayrağı altında tikilmiş zavod hazrda yerli “Euro Stil” şirkətinin taxta və yanacaq anbarına çevrilib. Zavodun ərazisinin icarəyə verilməsinin və yanğın təhlükəsi olan anbara çevrilməsinin Heydərovun büdcəsinə nə qədər qazandırdığı məlum deyil”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam