Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Kəmaləddin Heydərovun kreslosu müzakirəyə çıxarıldı: "Prezident sadə stulda oturub..."-FOTO

 

Kəmaləddin Heydərovun kreslosu müzakirəyə çıxarıldı:



Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun "Diqlas" Ticarət Mərkəzində baş vermiş yanğınla bağlı keçirdiyi müşavirədə çəkilən fotosu müzakirəyə səbəb olub. AFN xəbər verir ki, nazirin oturduğu kreslonun dəbdəbəli olması diqqətli vətəndaşların gözündən yayınmayıb.

Yenixeber.org: Belə ki, jurnalist Səbuhi Abbasov sosial şəbəkədəki hesabından paylaşım edərək eyni hadisə ilə bağlı prezident İlham Əliyevin rəhbərlik etdiyi müşavirədən çəkilən foto ilə K.Heydərovun keçirdiyi müşavirədə çəkilən fotosunu müqayisə edib. "Kəmaləddin müəllim elə bil gəmidə üzür. Prezident təkcə danışmır, təəssüf ki, həm də əyani olaraq göstərmək məcburiyyətində qalıb. Yuxarıdakı foto prezidentin "Diqlas"la bağlı son müşavirəsində çəkilib, sadə stulda oturub, elə iştirakçılar da. Aşağıdakı foto isə Kəmaləddin Heydərovun "Diqlas"la bağlı müşavirəsindən çəkilib. Bu, kreslo deyil, AVM-lərdə gördüyümüz masaj aparatıdır. Mən hər zaman insanların ilahiləşdirilməsinin əleyhinə olmuşam. Bir insan ən yaxşı halda 5 il bir postu tutmalıdır. Dövlətçilik ənənələri həm də periodik kadr islahatları ilə formalaşır, möhkəmlənir və təkmilləşir. Kəmaləddin müəllimin elə 3-4 villası ancaq pul anbarı kimi funksiyalaşdırılıb. Bundan o tərəfə yığmaq mümkün də deyil. Elə 4-5 nazirin evindən çıxan pula Qarabağı bir xarici vətəndaşın əli ilə satın ala bilərik" - deyə jurnalist bildirib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam