Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

Kəmaləddin Heydərov iflası davam edir-DAHA 2 LAYƏNİ İTİRDİ 

   

     

Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərov haqqında son günlər bir-birinin ardınca iflas xəbərləri gəlməkdədir.

Yenixeber.org: Bu dəfə o xaricdəki böyük bizneslərindən çəkilməli olub. Bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli məlumat yayıb.

Jurnalist öz araşdırmasında deyilir:

        HEYDƏROVUN 85 MİLYON DOLLARLIQ İKİ LAYİHƏSİ BATDI

Kəmaləddin Heydərovla bağlı nələrsə baş verir. Fövqəladə hallar naziri haqqında son vaxtlar yayılan məlumatlar onun fövqəlgücünün sarsıldığı barədə danışmağa ciddi əsaslar verir. Məsələn, ötən həftə Heydərova məxsus məşhur holdinqin cərimələnməsi xəbəri yayıldı. Eləcə də ona bağlı Benkons Group-un Bosniyada tikdiyi 30 milyon avroluq layihəsini başa çatdıra bilməməsi və maliyyə sıxıntıları ilə üzləşməsini diqqətinizə çatdırmışdım. Gilan Holdinq və Benkons Group bu məlumatlara hələ reaksiya verməyib.
                 Və Heydərovla bağlı daha bir məlumat.
Nazirə məxsus Benkons Group Tatarıstandakı iki böyük layihəsini dayandırıb. Söhbət Kazanka çayı sahilində 20 milyon dollar investisiya dəyərində 13 ofislik biznes mərkəzi və 252 yerlik 4 ulduzlu oteldən ibarət kompleksin tikintisindən gedir. Nazirin şirkəti eyni zamanda Tatarıstanın Laişevski rayonunda 4 milyard rubl (65 milyon dollar) investisiya dəyəri olan şirə zavodunun və logistika mərkəzinin tikintisindən də müəmmalı şəkildə imtina edib. İldə 50 min ton istehsal gücünə malik zavodda 250 nəfərin işlə təmin olunması nəzərdə tutulurdu.
Heydərovun şirkəti kompleks üçün nəzərdə tutulmuş 2 hektarlıq ərazini yarımçıq tikili qarışıq Rusiyanın UD Group-una bu yaxınlarda satıb. Zavod üçün alınmış 75 hektar və logistika nəzərdə tutulmuş 12 hektar ərazi də hazırda satışa çıxarılıb.

Cavanşır Həsənli adlı şəxsin şəkli.
Cavanşır Həsənli adlı şəxsin şəkli.
Cavanşır Həsənli adlı şəxsin şəkli.
Cavanşır Həsənli adlı şəxsin şəkli.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam