Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“Salxım söyüd” Natavan Niyal

 

 

Yenixeber.org: Davamı

Günlərin ətəyindən daş asılmışdı. O daşın ağırlığı Nərminin zərif çiyinlərindən enib ürəyinə çökmüşdü. Gecəsi gündüzünə qarışmışdı. Mələk sevgi bu ağırlığın altında inildəyirdi. Görən bir də mələk sevgi onların səmasında cövlan edəcəkdimi? Cavabsız suallar beynini çeynəyirdi. Sərgərdan xəyalları Mələk sevginin axtarışına çıxmışdı. Bu axtarış Nərminin özünü yeyib bitirmişdi.

  Şənlikdən xəbər tuta bilmirdi. Nə səs var idi, nə də səmir. Gecələri diri açıb dan üzün gözləyirdi. Bəlkə yenə dan üzündən Mələk sevgi gəlib ona Şənlikdən xəbər sızdıracaqdı.

Nə baş vermişdi? Nə üçün zəng vurub xəbər tutmasın Şənlik öz sevimli Nərminindən?  Gedəndən sonra neçə dəfə danışmışdılar. Hal-əhval tutmuşdu. Onun üçün darıxdığını demişdi. Saat  birin yarısı idi. Yavaş-yavaş hazırlaşmağa başladı. Sonra nə düşündüsə çölə çıxmaqdan vaz keçdi.

Evdən gətirdiyi yeməyi götürüb aşağı mərtəbədəki mətbəxə düşdü. Qızdırıcını açıb bankanı yerləşdirdi. Sonra qapını kip bağlayıb qara düyməni burub qızdırıcını işə saldı. On dəqiqə vaxt qoymuşdu yeməyini qızdırmağa.

Pəncərənin önündə dayanıb həyətə baxırdı.Həyət çox səliqə-sahmanlı idi. Qədim tikilinin arxası şəhər tərəfə idi. Binanın arxasında  qalın şam ağacları vüqarlı duruşu ilə bir az o tərəfdəki akasiya ağaclarına acığ verirdi.

Allah bilir kim əkmişdi. Nə məqsədlə əkmişdi. Amma indiki halda tikilinin arxasında boy çəkərək uzaqlara boylanırdı. Yuxarıda azadlıq idi, sərhəd yox idi. Amma aşağıda qalın, bahalı, qara metaldan hazırlanmış üstü nizə kimi iti çıxıntılı hasar var idi. Ağacların budaqları da,  kökləri də çoxdan hasarı keçmişdi. Amma gövdəsi yarıyacan məhbusluqda idi. Şəbəkəli dəmir hasara içəri tərəfdən lay dəmirlər vurulmuşdu. Hasarla tikilinin arsında yaşıl bir zolaq var idi. Səliqəli iki adamlıq oturacaqlar qoyulmuşdu. Burda çox vaxt idarənin  mətbəəsində  çalışan gənc oğlanlar görmək olardı.

Həyətlər tərəfdə  daş döşənmişdi. Bu sahə qızılgül kolları ilə əhatə olmuşdu. Nə vaxt baxırdın sarı, qırmızı, çəhrayı güllər açırdı. Külək tutmurdu buranı. Xırda, düzbücaqlı boz rəngli daş pilitələr döşənmişdi. Qalan tərəflər hamısı asvalt döşənmişdi. Tikilinin qarşısındakı meydançada dörd bucaqlı kiçik meydança var idi.  Göy-göyərti,  keşniş, şüyüd, ağ  reyhan əkilmişdi bura.

Yeməyi çoxdan  istilənmişdi, avtomat da atmışdı. Bəlkə də, artıq soyumaq üzrə idi. Bankanı götürüb  masaya qoydu. Sonra dolabı açıb təmiz nimçə götürdü. Yeməyi ora boşaltdı. Salfetə büküb gətirdiyi qaşığı götürüb tələsmədən açdı. Heç iştahası yox idi. Amma yemək vaxtı idi. Sonra imkan olmayacaqdı. Olsa-olsa çay içmək olardı arada. Onu da gərək enib aşağı mətbəxdə içəydi.

Yeməyini axır ki, birtəhər yeyib bitirdi. İşçilər iki bir, üç bir gəlməyə başlamışdı. Yuxarı qalxıb otağına keçdi.

Gültəkin xanım bir onun əlindəki selofan torbaya, bir də komputerin sağ küncündəki saata baxıb əda ilə gözlərini süzdürdü.

Yerində əyləşib kursoru əlinə alıb kompüterin ekranında gəzdirəndə gördü ki, saat bir tamamdı. Xanımın göz süzməsinə dodaqaltı gülümsədi. Özü-özünə düşündü ki, bu qadına “Gültikan” adı daha uyğun gəlir.

 Öləsən də əsəbləşməyəcəm deyə düşündü. Zalımın qızı şər-xatadır başdan ayağa. Nə var ki, saat birdir, artıq Nərmin yeməyini yeyib qayıdır.

Hər halda bir bəhanə ilə müdirin otağına girib cuğullayacaqdı onu. İşi peşəsi çuğulluq etmək idi. Müdir də allah tərəfi “insan” adam idi. Kim-kimi çuğullasaydı müdir əfəndi anında çağırıb o adama deyəcəkdi ki, bax ha... filankəs sənin haqqında belə-belə sozlər deyir. Zamanın nəbzini tuturdu müdir. İradını bu yolla bildirib özünü pis kişi etmirdi.

Əməkdaş müdir münasibətləri yetərincəyə qədər ciddi olsa da, nüanslar da çox idi. O da öz aləmində bir güllə ilə iki dovşan vururdu. Bilirdi. Deməsəydi bağrı çatlayardı. Müdir tayfası seçilmiş insanlar olmaqla yanaşı, həm də çox sözə gedən, intriqa həvəskarıdırlar.

Nərmin düşünürdü ki, onların bəxti gətirib. Müdir ifrat dərəcədə çürükçü deyil. Amma sözə gedəndir. Haradasa ən azı bu xəstəliyə düçar olub,vəziyyətin orta ağırlığında çabalayır.

Gültəkin xanım kimi ünsürlər də belə xəstəliklərin daşıyıcısı və yoluxdurucusudur. Gültəkin xanımın elə bir günü yox idi ki, kimdənsə müdirə “danos” aparmasın.

Bütün bunları düşünə-düşünə mobil telefonunu götürüb otaqdan çıxdı. Qapıdan  azca aralanmışdı ki, geri döndü. İçəri girəndə öz adını eşitdi. Gültəkin xanım yanaşı oturmuş cavan oğlana pıçıltı ilə nə isə anladırdı.

 Masasının daxılını açdı. Telefondakı nömrələrini hər ehtimala qarşı dəftərçəyə yazıb saxlayırdı. Nə bilmək olar birdən telefon korlandı deyə ehtiyat tədbiri görmüşdü.

Nömrələrin heç də, hamısını yeni telefonuna köçürməmişdi.

Gültəkin xanım susub onun hərəkətlərini izləyirdi. Kitabçanı tapıb nömrəni yazıb götürdü.

 Bu qadının dərdi nə idi ilahi? Nə istəyirdi insanlardan? Tək idi. Bəlkə də, talehsizliyinin  intiqamını ətrafındakı qadınlardan  alırdı? Vaxtında ərə getmədiyinə görə ətrafa kin saçırdı. Ailəli qadınları gözü götürmürdü. Hər addımda acılayır, imkan düşdükcə rəhbərliyin gözündən salmağa çalışırdı. Bəxtinin bağlanmasının günahını onun-bunun boynuna yıxmağa çalışırdı. İşdə orta yaşlı qız-gəlin onu çıxdaş eləmişdi. Daldada asıb-kəsirdilər. Rastlaşanda üzünə gülüb keçirdilər. Biri digərinə - kobranın quyruğunu basma sən Allah, deyirdi.

Əslində onu dindirib–söylətmək istəmirdilər. İnsafən qəşəng qadın idi. Amma bir qəpiklik bədən quruluşu yox idi. Balta kəsməyən qara qarağaca oxşayırdı. Heç kimi də bəyənmirdi. Hər kəsə bir irad tuturdu,ayama qoşurdu. Yanındakı iki cavan uşağı ciddi cəhdlə gənc qızlarda qoruyurdu. Yeganə dost olduğu insanlar qeyri-cinsdən idi.

 İdarənin kişilərini yedirib-içirirdi. Hər maaş alanda yanındakı cavan uşaqlar üçün məxsusu olaraq kilolarla bahalı konfet-şokalad alırdı. Biri otağa girib bu gənc oğlanlardan nə isə soruşanda, söhbət edəndə kiriş qırırdı. Rəng alıb rəng verirdi. Özündən xəbəri yox idi.

İdarədə öz babları var idi ki, onlarla yaxınlıq edirdi.

Böyründəcə oturmuş Nərmini heç görən gözü yox idi. Onun savadı, qabiliyyəti, kollektivdə qazandığı hörmət ürəyinə neştər kimi batırdı. Otağını dəyişəcək halı da yox idi Nərminin. İşləri otaq yoldaşları ilə sıx əlaqəli idi.

   Otaqdan çıxıb binanın həyətə enən pillələri ilə aşağı düşüb, həyətə keçdi.

.Həyət fasilə vaxtı xəlvət olurdu. Binanın arxa tərəfinə keçib oturacaqda əyləşdi. Dəftərçəni çıxarıb açdı. 

Telefon nömrələrini bir-bir açıb istədiyi nömrəni tapıb yığdı. Bir az keçmiş telefonda uzun çağırış siqnalı eşidildi. Üç dəfə uzun-uzadı siqnal səsləndi. Telefonu açan yox idi. Yerini rahatladı.

Bir də cəhd etdi. İri hərflərlə Ömrüm yazılmışdı. Nömrəni seçib düyməni sıxdı. Ekranda əvvəlcə yaşıl işıq yandı sonra operatorun səsi eşidildi.

Yığdığınız nömrə təyin edilməmişdir.

 On gündən artıq idi eyni komandanı eşidirdi. Ekrana baxıb yan düyməni sıxıb söndürdü. Ürəyi sıxıldı.

Qalxıb ensiz meydançanı sona kimi addımladı. Sonra da geri qayıdıb sola tərəf keçdi. Qızılgül kollarının yanından keçib qabaq darvazaya qədər addımladı.

Qanı qaralmışdı. Nazik atlas pencəyinin qolunu bir az yuxarı çəkib saata baxdı. On üç otuz. Yenidən telefonu açıb nömrəni yığdı. Qaynatasının nömrəsini yığmışdı. Ümidi olmasa da ,yığmışdı. Bilirdi ki, qaynatası indi meydanda olar. Yəqin ki, telefonu evdə qoyub gedib.

Ehtimal böyük idi. Əgər cavab verəsi olsaydılar, o, Bəyim arvad olacaqdı.

Barmağını qaldırıb yox nöqtəsini sıxmaq istəyəndə birdən elə bil möcüzə baş verdi.

Qaynanasi idi.

   -Bəli ! Eşidirəm-dedi - Kimdi danışan?

Nərmin dişlərini sıxıb :

-Salam ana!

-Salam ! Xeyir ola?

-Xeyirdi ana. Şənlik cavab vermir telefonlarıma. Nigaran qalmışam.  Kənddədirmi?

-Heç verməyəcək də cavab.

 Qızım, bir anla. İstəmir səni. İstəsəydi səni orda qoyub Niyala gəlməzdi.

Baş alıb balam çıxıb. Daha nə qayıdası, nə də səninlə görüşəsi deyil. Unut, bala, onu. Get özünü bir gün ağla!

- Nə danışırsınız?  İşlə əlaqədar gedib. Demişdi gedəndə Niyala dəyəcəm. Valideynlərimi də görüb sonra gedəcəm dedi hərbi hissəyə.

 Şənlik elə hərəkət eləməz. Qəhərlənmişdi. Boğulurdu. Deyirdin bu dəqiqə ürəyi sinəsini deşib çıxacaq.

-Sən elə düşün - deyə süni səslə güldü. -Səni istəyən ər olsaydı nömrəsini dəyişməzdi. Çıxarıb atdı nömrəni, dedi heç kimi eşitmək istəmirəm. Hər halda bizi demirdi. Valideynlərini atmayacaq deyil ha?

     Birdən qadın xırıltılı səsi ilə gülməyə başladı.

  -Yoxdu Şənlik burda. Bala  yığma bu nömrəni birdə.

Doluxsunmuşdu. Bir az da keçsə, ağlayacaqdı. Amma ağlamaq istəmirdi. Bu zövqü ona verməyəcəkdi.

-Yaxşı sağ olun. Təşəkkür edirəm.

 Telefonda qırıq-qırıq siqnal eşidilib sonra da susdu.

Mobil telefona baxa-baxa qalmışdı. Qaynanasının sözləri xəncər olub ürəyini dəlmişdi. Qanı axırdı. Üzü qızarmışdı. Bıçaq vursaydın, qnı çıxmazdı.

Ax Şənlik! Hardasan? Nə üçün bir xəbər vermirsən?

Axı biz səninlə belə danışmamışdıq.

    Özünü binanı yan tərəfinə verdi. Hasar o tərəfdən sarmaşıqla əhatə olunmuşdu.

Ürəyi sinəsinə sığmırdı. Deyirdin bu dəqiqə ürəyi cırılacaq.

 Çiyinləri əsir, gözünün yaşı səssizcə qəlbinə axırdı. Nə qədər vaxt keçdiyini bilmirdi. Əlləri ilə yanağını silib, telefonun düyməsini basıb ekranı işıqlandırdı. On dörd iyirmi idi. Dönüb su kranına yaxınlaşdı. Krantı açıb üzünü bolluca su ilə yudu. Əl dəsmalı ilə üzünü quruladı. İndi gedib otağa girsəydi, Gültəkin xanımın alıcı quş baxışları ilə onu rentgendən keçirəcəkdi.  Qalan vaxtını həyətdə gəzməklə keçirdi.

   Pillələri qalxıb iş otağına  doğru  addımladı. Qapı açıq idi.  Keçib öz kreslosunda əyləşdi.

Rəngi  bozarmışdı. Gözündən süzülən qan-yaş çəhrayı yanaqlarının rəngini yuyub aparmışdı. Dünya başına hərlənirdi. Şənlik getdiyi artıq bir aya yaxınlaşırdı. Axşam evə gedəndə əynini soyunmamış qaynatasının nömrəsini bir də yığdı. İki dəfə çalmışdı ki, yenə xəttin o başında Bəyim arvadın gərgin səsi eşidildi.

Ardı var...

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam