Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

Salxım söyüd...

 

 

 

 

Salxım söyüd

 

Povest

 

Yenixeber.org: Günləri yeknəsəq keçirdi. Səhər işə gedir, axşam qayıdırdı. Şənliklə də danışmışdı arada. 

Darıxıram, demişdi Şənlik. Bir də, demişdi ki, buralar çox qəşəngdir. Amma sənsiz heç ürəyim açılmır. Qəribsəmişəm sənsiz söyləmişdi. Bilə-bilə ki, Nərmin gəlməyəcək, onu təkidlə Niyala çağırırdı. Çox həzin notlara köklənmişdi. Nərmin də darıxmışdı. Yarısı getmişdi. Tək qalmışdı. Xiffət çəkirdi. Ürəyi yuxa idi Nərminin. Daha müalicə də, almışdı. İllərlə həkimlərin dilindən bir söz, bircə kəlmə ümid verən onu həyata, gələcəyə ümidləndirən kəlmə gözləmişdi.

Həkim ona: Artıq “ana ola bilərsən” deyəndə dünyaları bağışlamışdılar ona.

İndi küsmək, incimək vaxtı deyildi. Şənlik özü də fərqinə varmadan onun qəlbinə dəymişdi. Nərmin görməzliyə vurmuşdu sevimli həyat yoldaşının hərəkətlərini. Ailəsini qorumuşdu. Gələcəklərini düşünmüşdü. Dünyaya gələcəklərinə ümid bəslədiyi körpələrini düşünmüşdü. Ümidlə yaşayırdı. İndi də Şənlik, ona zəng vurub şirin dillə Niyala, illərlə bir gedib bir qayıtdıqları ata ocağına çağırırdı. Çox danışdılar. İllər həsrətlisi kimi qopmaq, bu virtual ünsiyyətdən ayrılmaq istəmirdi heç biri.

Sonda Nərmin: mən də çox darıxmışam dedi.

Tez qayıt canım. Darıxmışam təklik nə yaman çətin imiş deyə işvə ilə gülərək onu dilə tutmuşdu.

Üstündən heç üç gün keçməmişdi. İşdən gəlib əynini dəyişidi. Mətbəxə keçib çaydanı sobanın üstünə qoydu. Yataq otağına keçib. Güzgünün qarşısında dayandı. Güzgüdən ona qumral saçlı, ala gözlü, qəmli baxışlı bir gözəl baxırdı. Dönüb ətrafına boylandı. Bir özü idi bir də divarlar. Dəli bir istəklə Şənliyi görmək, ona sarılmaq keçdi fikrindən. Axı onlar bir-birini sevirdi. Qapının səsi onu xəyaldan ayırdı. Qapı döyülürdü. Qulaqlarına inanmadı. Diqqət kəsildi. Yox! Yanılmamışdı! Qapı döyülürdü. Qapıya gedə -gedə düşünürdü. Yataq otağı ilə giriş qapısının arasındakı məsafə bir ilə döndü. Bilirdi ki, Şənlikdi qapını döyən. Amma Şənliklə onu birləşdirəcək saniyələr çox uzun gəldi ona. Çatıb qapını açdı. Şənlik qarşısında dayanıb gülümsəyirdi. Bir az kənara çəkilib onu içəri buraxdı. Ağzını açıb nə isə deməyə imkanı olmadı. Əri qollarını açıb ona tərəf gəldi. Nərmin təəccüblə ona baxırdı. Bir anda Şənlik onun ayaqlarını yerdən üzüb yataq otağına doğru getdi. Nərminin ayaqları havada idi. Ayaqlarını dizdən büküb gözlərini yummuşdu. Çoxdandı belə mehriban görüşməmişdilər. Lap cavan vaxtı tələbə ikən sevişdikləri vaxtlar yadına düşdü. Dərsdən çıxıb dəniz kənarına bulvara çıxacaqdılar. Dənizkənarı parkla dənizi ayıran sahədəki baryeri keçib sahil daşlarını yalayan dalğaların dayanmadan çırpıldığı qayalığın lap ucunda dayanardılar. Oradan pərvazlanmışdı mələk sevgiləri. Dəniz kənarındakı gəzintilərindən qayıdanda dənizlə parkı ayıran baryerə qədər yolu həmişə beləcə qucağında aparardı Nərmini. O da cingiltili səslə gülər, çabalayaraq onun əlindən çıxmaq istəyərdi. İndi qollarını ərinin boynuna dolayıb, başını köksünə sıxmışdı. Şənliyin ürəyinin döyüntüsünü düz qulaqlarında hiss edirdi. Ürək döyüntülərini yaddaşına həkk edəcəkdi deyərdin. Deməli sevir. Darıxıb mənim üçün deyə həyəcanla düşünürdü. Şənlik qucağında Nərmin yataq otağına daxil oldu. Ora-bura baxıb sanki onu qoymağa rahat bir yer axtarırdı. Yatağa yaxınlaşıb onu ehmalca yatağın üzərinə qoydu. Dönüb pencəyini soyundu. Nərmin dikəlib durmaq istəyəndə geri dönüb tələsik ona tərəf gəldi. Yatağın üzərində yanpörtü oturub, arvadının başını sinəsinə sıxdı.

Əzizim yaman darıxmışdım sənin üçün. Nərmin ərinin sinəsinə elə sığınmışdı ki, sanki, illərin həsrətlisidir. Bir anda hər şeyi unutdu. Heç bir incikliyi qalmamışdı. Əri ki, yanındaydı, heç nə düşünmürdü. Yatsaydı yuxusuna girməzdi. Mələk sevgisi qayıtmışdı. Bir anlığa özünü mələk sevgini ilk daddığı sahildə, Xəzərin şıltaq dalğalarının yuduğu sahilində hiss etdi. Mələk sevgi süzülürdü qapıdan, pəncərədən.Sevgisi ilə bir yerdəydi. Baş-başaydı indi onunla. Şənlik pıçıltı ilə onu əzizləyir, saçlarına tumar çəkirdi. Xeyli beləcə qaldılar. Bir az keçmiş Nərmin başını yavaşca ərinin geniş sinəsindən azca aralayıb gözlərini qaldırıb altdan yuxarı onun düz gözlərinə baxdı. Şənlik də ona baxırdı. Yenidən gəlini sinəsinə sıxdı. Sonra qollarını boşaldıb yerini rahatladı. İki əli ilə Nərminin üzünü ovuclarının içinə alıb baxmağa başladı. Nərminin sifəti alışıb yanırdı. Elə bil yeniyetmə qız idi. Sanki, bu ayrılıq onları sınağa çəkmişdi. İndi artıq bir- birləri

üçün nə qədər qiymətli olduqlarını ikisi də anlamışdı. Dərk edirdilər ki, onların həyatı ayrı ola bilməz. Ani olaraq dodaqları birləşdi.... .

Üstündən xeyli keçmişdi. Sakitcə uzanıb söhbət edirdilər. Şənlik qolunu Nərminin boynuna salmışdı. Nərminin həyəcanı keçmişdi. Əlini Şənliyinin sinəsinin üzərinə qoymuşdu. Düz ovcunun içində ərinin aramlı ürək döyüntülərini hiss edirdi. Şənlik onsuz necə darıxdığını anladırdı sevgili həyat yoldaşına.

Sənsiz Niyalın gözəlliyindən ləzzət ala bilmədim, yaman çətin oldu mənə sənsiz keçirdiyim o günlər. İnan ki, səni düşünmədiyim bir anım olmadı. Ən çox da bizim otağımızda tək yatdığım gecələr sənin mənim üçün nə qədər əziz, doğma olduğunu bir daha anladım. Səninlə yanaşı olmaq bir yana, sənin adicə varlığını hiss etmək belə həyatda hər şeyə dəyər.

Bunu Bəyim xalanın yanında da deyə bilərsənmi?

Arxası üstə uzanmış Şənlik sağ böyrü üstə çevrilib, əlini yavaşca Nəriminin dodaqlarının üzərinə qoydu. Sus, Nərimin, Allah xatirinə.

Nərmin daha dillənmədi. Haradan biləydi ki, Şənliklə anasının bu mövzuda uzun-uzadı söhbətləri olub. Əri necə lazımdırsa onu müdafiə etmişdi. Anasının onu evləndirmək planlarını eşidəndən sonra Şənlik varından yox olmuşdu. Bir-iki gün fikri özündə olmamışdı. Çox düşünmüş, anasına heç cür haqq verə bilməmişdi. Axı bu haqsızlıq olardı. Nərmini necə buraxa bilərdi. Kimin ümidinə qoyardı onu. Nərmin məhv olmazdımı? Bilirdi ki, əgər o anasının sözünə baxıb Niyalda qalsa onun dediyi kimi, arvadını, evini–eşiyini, işini –gücünü buraxıb kəndə qayıdıb sıfırdan başlasa bir insan ömrünü puç edəcəkdi. Bir ömürlük sevgisini ayaqlar altına atıb getməkmi olar -deyə günlərlə düşünmüşdü. Atası hiss etmişdi ki, oğlu fikir çəkir. Nə isə vurub –vuruşdurur, amma bir qərara gələ bilmirdi. Süfrədə oturanda, çay içib, çörək yeyəndə onun fikirli gözləri uzaqlara zillənərdi. Könülsüzcəsinə bir tikə yeyib kənara çəkilməsi atasının gözündən yayınmamışdı. Açıq aydın görürdü ki, oğlu Niyala gələn gündən xiffət içindədir. Kişi anlamışdı ki, nə keçibsə, Bəyim arvaddan keçib.

Oğlum sən uşaq deyilsən ürəyinin səsini dinlə bala. Anan yaşlı qadındır. Sən bir evin kişisisən, ailən haqqında istənilən qərarı özün qəbul etməlisən. Üstüörtülü eyham da vurmuşdu. Ondan sonra elə bil ayılmışdı. Anlamışdı ki, vəfalı ömür yoldaşını yarı yolda qoymağa haqqı yoxdur. Mövzu nə olursa-olsun, reallıq bu idi. Şənlik üçün bir reallıq var idi. O da Nərminə olan məhəbbəti idi. Susmuşdular. Nərmin yavaşca qalxıb mətbəxə keçdi. Şənlik qolunu qaldırıb saata baxdı. Hələ tez idi. Ayağa qalxıb üst başını qaydaya saldı. Paltar dolabını açıb evdə geyindiyi yüngül enli balaq ev şalvarını geyindi. Öz evi, ocağı necə doğma idi ona. Necə qəribsəmişdi kənddə - Niyalda qaldığı günləri xatırladı. Nərminsiz neçə də darıxdırıcı, rəngsiz, sevgisiz günlər keçirmişdi.

Səhəri günü şənbə idi. Nərmin evdə idi. Şənlik də ki, Niyala gedəndən öz hesabına yazmışdı. Yazmasaydı belə yazdıracaqdılar. Rəis elan etmişdi ki, bir ara proekt yoxdur. Uşaqlar öz hesabınıza yazmalı olacaqsınız bəlkə də. Ona görə də Şənlik anasının təklifini eşidən kimi Niyala getməyə qərar vermişdi. Nərmin çarpayıda uzanıb əlini ərinin enli sinəsi üstünə qoyub sinəsinin aram –aram qalxıb endiyini seyr edirdi. Bu dəqiqələrdə özünü elə rahat, asudə hiss edirdi ki, elə xoşbəxt idi ki, sanki dünya onun idi. Şənlik yanı üstə çevrilib qolunu Nərminin boynuna salaraq onu özünə tərəf çəkdi. Bir-birnə sarıldılar...

Yeməklərini yeyib əyinlərini geyindilər. Bazara gedəcəkdilər.

Gedək bazarlıq edək.

Həyətə çıxanda Nərminin atası ilə üz-üzə gəldilər. Kişinin gözləri gülürdü. Dilinə gətirməsə də sevindiyi hiss olunurdu. Axı neçə vaxt idi, qızı xiffət edirdu. Dərdini heç kimə anlatmaq istəmirdi. Səhər həyətə çıxıb, Nərmingilə tərəf gələndə Şənliyin maşının həyətdə görüb qızının evinə doğru gəlmişdi. Nəhayət qızının kədərli sifətinə gülüş qonmuşdu.

Bazar yaxında idi. Piyada getdilər. Bu bazar çox qələbəlik bazar idi. Bölgələrdən gələn insanlar burada öz mallarını yalnız şənbə -bazar sata bilərdilər. Ona görə də qiymətlər də uyğun idi. İstədiklərini, onlara lazım olan mer-meyvəni alıb bazardan çıxdılar. Şənlik ərzaq torbalarını bir əlində tutmuşdu. O biri əli Nərminin əlində idi. Bazardan evə yol elə də çox deyildi.

Nərmin : Bu qədər ərzaq aldıq, barı ver yarısını mən götürüm dedi. Şənlik ver əlindəkilərdən mən də götürüm. Nə olub? Hamısını sən daşımalı deyilsən ki? –Yox gərəkməz özüm aparıram. Birdə ki, Nərmin mən heç xoşlamıram ki, sən dükan-bazardan yüklənib aparasan. Qadın yaranıb gözəllik üçün. Qadın zərif çiçək kimidir. Mən istəmirəm ki, sənəziyyət çəkəsən. Bəzənəsən, gözəl görünəsən əzizim.

-Axı mən boş əllə yanında necə gedə bilərəm.

Canım mənimlə bir ömür yanımda, qoşa addımlamağını dünya malına dəyişmərəm. Nərmin xoşbəxtcəsinə gülümsəyirdi. Onlar qoşa addımlayırdı.

Birdən Nərmin: axı sən bütün torbaları bir əlinə yığmısan sənə ağır deyilmi. Bəs o biri əlimə də götürsəm səni hansı əlimlə tuta bilərəm deyə Nərminin əlini yüngülcə sıxdı. Nərmin düşünürdü. Dünənlə bu gün arasındakı təzada bax. Atalar necə gözəl deyib. Hər günün bir hökmü var . Bu gün olanlar bu günün hökmü idi. Nəinki bu gün Şənliklə bir yerdə olacağını, hətta, onun artıq geri dönməyəcəyini bəlkə də, bir daha onu heç zaman görməyəcəyini düşünərək kədərlənirdi.

Ardı var...

 

Natavan Niyal

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam