Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

MƏNİ ARAYIN

 

 

 

 

 

 

 

 

 

 

Yenixeber.org:

Eşqdir mehrabı uca göylərin,

Eşqsiz ey dünya, nədir dəyərin?

Nizami

Tarixən Azərbaycan şifahi və yazılı ədəbiyyatında saf, həqiqi məhəbbətə, sevgiyə aid minlərlə ədəbi nümunələr yaradılıb, bu gün də yaradılır, sabah da yaradılacaq. Bu sıradan bir mövzu deyil. Bəşəri və insani mövzudur. Neçə ki, insan, insanlıq var, məhəbbət, sevgi də var. Şifahi xalq yaradıcılığında zaman- zaman eşq, məhəbbət haqqında fundamental əsərlər olan dastanlar, əfsanələr yaradılmışdır. Əcdadlarımız məhəbbətə elə-belə müxtəlif cinslərin bir-birinə olan sevgisi kimi baxmayıblar. Məhəbbəti ilahiləşdiriblər, qəhramanlıq, igidlik zirvəsinə qaldırıblar. Sevən adam sevgisi, məhəbbəti yolunda ölüm- dirim savaşına atılıb və haqq aşiqi olduğuna görə, bu savaşdan alnıaçıq, üzüağ olaraq qəhraman, igid kimi çıxıb. Heç də təsadüfi deyil ki, şifahi xalq ədəbiyyatının ən böyük janrı olan dastanların bir növü də məhəbbət dastanlarıdır. Bu dastanlar insanlara gözəl arzuları, xoş niyyətləri, yaxşı sifətləri təbliğ edir və aşılayırlar. Sevmək, sevilmək hər iki tərəfi müdrikləşdirir, sevginin, məhəbbətin həyat həqiqəti olduğunu onlara dərk etdirir. Sevmək adamın gözlərində sevgini ilahiləşdirir. Bu ilahi sevgidən insan heyrətə gəlib şairləşir, sevgisini şairanə sözlərlə oxşayır, onu ən zərif gülə, ən ətirli çiçəyə bənzədir. Aşiq sevgilisini açılan səhərə, çıxan günəşə oxşadır. Onunla nəfəs aldığını, onsuz yaşaya bilmədiyini deyir.

Sevgi ömür yoludur. Bu yolu sona qədər gedirsənsə, bu ən böyük qəhramanlıqdır. Nə qədər ki, sevməmisən, sevilməmisən həyat sənin üçün adidir, elə ki, sevdin və sevildin həyatın dəyişir. Məhəbbətin, sevginin nə olduğunu dərk edirsən, məhəbbət həyatının mənasına çevrilir. Sevdiyin adam daha gözəl, daha cazibədar görünür.

Gülzar Şəmkirlinin "Arayın məni..." kitabındakı "Məhəbbət dünyanı fəth edir" bölümündəki şeirlərin hər misrasında, hər bəndində bu İlahi və böyük sevgini hiss edir, duyursan. Müəllifif sevgilisinin onun üçün dünyanın varı olduğunu qürur və fərəhlə dilə gətirir. Onun xəzinəsi- ürəyi məhəbbətlə, sevgiylə doludur. Onu həyata bağlayan, ruhlandıran bu zənginlikdir.

Bəzən sevgidə tələsmələr, gecikmələr də olur ki, bu da hər iki aşiqdə təəssüflik hissi yaradır və dodaqlardan "heyif"nidası səsləndirir. Aşağıdakı misralardakı kimi:

Bu vüsalın üstünə qəm ələnir,

Heyif,sən tələsmiş, mən gecikmişəm!

Bu gecikmə aşiqi üzür, ona əzab verir. Bu əzabı, acını çəkməkdən başqa da çıxış yolu yoxdur. Bir sözlə geriyə dönə bilməzsən..

Aşiqlər bir birinə elə bağlanıblar ki, biri o birindən ayrı dura bilmir. Dünyanın bütün gözəllikləri aşiqin gözündə bir qara qəpiyə dəymir, hətta qüssədən onun nitqi belə itir, ruhsuz can olur. Ruhsuz can da quru bir ağacdır. Sevgilisini görmək, ona qovuşmaq üçün aşiq dərviş kimi yollara düşür. Şair bu ayrılığı, bu tənhalığı poetik billə oxuculara çox gözəl çatdırır.

Gülzar xanımın bütün sevgi şeirlərində müqəddəs və İlahi sevgiyə böyük sayğı və qiymət var. Bu şeirlərdə sevənlərin qovuşub əbədi bir yerdə olmaları arzu,istək yox, məqsəddir.

Şair bəzəndə qarşısındakının özünü sevdirə bilməməsindən, sevdiyini özü- özünə qısqanmağından, bulaq suyu kimi saf və şəffaf məhəbbət, sevgi istəməyindən yazır.

İnsan dünyaya gəldiyi andan Tanrı onu sınağa çəkib imtahan edir. Onu çətin duruma salır, ağır dərd verir. Sonra da dözümlülüyünü, gücünü, ayaqda dura bilməyini yoxlayır. Bir sözlə Allah bəndəsini(özü də əsasən kasıbını, üzüyolasını, təmizini) imtahan edir. Zavallı insan da bunu uca yaradanın qəzavü- qədəri, alın yazısı, taleyi kimi qəbul edib dözür. Son anda üzünü sonsuz göylərə tutub deyir: Sənə qurban olum Allah, özün bilən məsləhətdir.- deyib onunla razılaşır.

Gülzar xanım bir yazar olaraq bununla barışmır, üzünü Allaha tutub haqlı olaraq soruşur: "Nə qazanmışam ki, mən bu dünyada". "Bu qədər hesabat verirəm, Allah?!". Axı hesabatı qatı cinayətkarlar, xalqın var- dövlətini mənimsəyənlər, ona xəyanət edənlər, ev yıxanlar, könül sındıranlar, bir sözlə pis adamlar verməlidirlər. Mən ki, mərd oldum, haqqa tapındım, ədaləti, həqiqəti isdədim, minnətli verilən çörəyin qulu olub məddəhlıq, yaltaqlıq eləmədim, ev yıxmadım, haram yemədim, halal qazanıb, halal yedim, əlimin qabarı, alnımın təri ilə süfrəmin ruzisini, bərəkətini yaratdım. Bütün bunların qarşılığında mən niyə imtan verib sınağa çəkilməliyəm?!- deyə sorğusunun cavablandırılmasını istəyir.

Və şeirin sonu belə bir istək, arzuyla bitir: "Haqqın yolun əbədi tutanları, Ucaldıb,namərdə böyük dərd eylə!"

Bəlkə də dünyada haqqla nahaqq ekiz doğulub. Amma bunu hələ ki, təsdiq edən yoxdur. Ola bilər birinci haqq yaranıb, sonralar haqqın uğurlarını həzm edə bilməyən nahaqq. Və get- gedə də nahaqq çoxlalıb, artıb. Və bu da yəqin ki, insanın nəfsinin pisliyindən, vara- dövlətə hərisliyindən yaranıb. Haqq bununla barışmayıb, nahaqqa qarşı barışmaz və amansız mübarizəyə başlayıb. Bu mübarizə heç vaxt rahat və asan olmayıb. Amma bir şey qürur verici və sevindirici olub ki, bu mübarizənin, vuruşun sonu qələbə ilə bitib. Haqqın bu mübarizəsi aforizmə çevrilib dillərə düşüb: "Haqq nazilər, amma üzülməz!".

Heç kimə sirr deyil ki, bu gün dünyanın güclü dövlətləri haqqdan tamam uzaqlaşıb, özünə sərf edən nahaqqla yaşayır. Ancaq buna baxmayaraq haqqa tapılanlar, haqqa, ədalətə söykənib, əmin-amanlıqla yaşayanlar var gücləri ilə çalışıb,vuruşub haqqı üzülməyə qoymurlar. Şair də "Haqq nazilər, üzülməz" şeirini nikbin notlarla bitirir:

Haqq, tanrının yoludur,

Haqqa bir zaval yoxdur,

Sonsuzluğun sonudur,

Haqq nazilər, üzülməz!

Gülzar Şəmkirlinin "Susma, vicdanım" şerini oxuyanda yadıma son dərəcə gözəl və unudulması mümkünsüz olan bir rəvayət düşdü. Deyir, yer üzü bərqərar olmaşışdan qabaq su, od, hava yol gedirmişlər. Vicdan da onlara qoşulur. Onların yolda belə bir söhbətləri olur. Bir- birimizi itirsək necə taparıq? Su deyir: Harda yaşıllıq olsa, mən ordayam. Od deyir: Harda tüstü görsəniz mən ordayam. Hava deyir: Siz mənsiz mövcud ola bilməzsiniz. Siz harda, mən də orda. Sonda vicdan deyir:- Siz harda olsanız da, bir-birinizi tapacaqsınız. Amma məni itirsəniz bir də tapa bilməyəcəksiniz. Ona görə də çalışın məni itirməyin.

Müəllif dönə- dönə vicdanına müraciət edir, onu heç bir halda susmamağa səsləyir. Vicdanı qanundan uca tutur. Çox vaxt qanunun demədiyini vicdan deyir. Şair doğru olaraq vicdanının susmasını qiyamət gününün başlaması kimi təsvir edir.

Şairin bu məzmunlu şeirləri kitabda geniş yer alıb.

Gülzar xanımın "Arayın məni..." kitabının sonunda xeyli satirik şeirləri də yer alıb. Şairi narahat edən, onu bu mövzuda yazmağa məcbur edən nədir? Niyə o sevgi, məhəbbət mövzusundan ayrılıb satirik mövzuya keçir? Onun satirik şeirlərində özlərinin bəd və çirkin əməllərini görən, dəsti- xəttini, səviyyəsizliyini tapan nə qədər tip var. Şair belə tiplərə qarşı amansızdır, qətiyyətlidir.

Gülzar Şəmkirli narahat şairdir, cəmiyyət üçün məqbul edilməyən hadisələri qəbul etmir. O, başqalarından fərqli olaraq haqsızlığa, ədalətsizliyə, mənəm- mənəmliklə yaşayanlara, rüşvətxorlara, korrupsionerlərə, boğazdan yuxarı danışanlara, yalançı vətənpərvərliyə qarşı amansız mübarizədədir. Bu keyfiyyətlərinə görə də, o kimsənin yanında gözü kölgəli deyil.

Bax, elə bu cəhətlərinə görə o başqalarından fərqlənir. Şair sözünün, sənətkar qələminin kəsərinin necə dəyərli və lazımlı olduğunu Gülzar xanımın yaradıcılığında çox aydın görmək olur. Mən bir həmkar kimi Gülzar Şəmkirliyə bu yolda bol-bol yaradıcılıq uğurları arzulayıram.

Məhərrəm Şəmkirli

AYB və AJB-nin üzvü.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam