Redaktor seçimi
Bu kadrı Zaur Mikayılovun adından sui-istifadə edir?! -
Saleh Məmmədovun oliqarx işçisi - Bəhruz Lalayev iş adamıdır, yoxsa dövlət işçisi? -
Məmur İntiqam Məmmədovun “topdağıtmaz” sərvəti -
Balababa Rzayevi niyə “tok vurdu”?! –
Azərbaycan Dövlət Aqrar Universiteti rektorun özəl hissləri ilə idarə olunur – 
Cavid Qurbanovun əmisi oğlu niyə ölkədən qaçıb?! -
Gəncə şəhər stadionunun tikintisi mərhum nazirin oğlunun iş ortağına tapşırılıb -
Ağsuda dövlətin pulu küçələrin işıqlandırılması adı ilə “qaranlığa qərq olur” –
Günün xəbəri

Yaşam diləyi

 

Povest

"Xeberinfo.com":  Yaşamaq ...

Bu səs təcili yardım xəstəxanasına hakim kəsilmişdi. Həmin səsi eşidən hər kəs dəhşətə gəlirdi... Bu səsin sahibi Həcər adlı gənc xanım idi. Xəstəxanaya dünən yerləşdirilmişdir.

         Gənc qız ali məktəb tələbəsi idi. Arıq bədən quruluşuna malik bu qızın uzun saçları vardı.O, maşın qəzasına düşmüşdü.

Qəza onun yolunu bu xəstəxanadan saldı.

         Həcər uzaq dağ rayonlarının birindən gəlmişdi. Ali təhsil alan Həcər Universitetlərdən birində 2-ci kursda oxuyurdu.

         Atası o, uşaq ikən vəfat etmişdir. Anası Anaxanım xala onu çox böyük çətinliklə tək böyütmüşdür.

         Zaman keşdi. O böyüdü. Boya-başa çatdı. Artıq o gözəl və ağıllı qız olmuşdu. Onun bu gözəlliyinə hamı heyran idi. Lakin nə biləydi ki, bir zaman onun gözəlliyinə göz dəyəcək. Hələ ki bunu bilmədən yaşayırdı...

         Beləcə illər ötdü. Həcər orta məktəbi bitirdi. Ali təhsil almaq üçün qəbul imtahanlarına hazırlaşırdı. Anası həsrətlə qızının tələbə adını alacağını səbrsizliklə gözləyirdi. Ananın bir arzusu da var idi. Qızının gəlin köçəcəyi günü görmək. Həcər həmişə anasının məsləhətlərinə qulaq asırdı.

         O imtahanları müvəffəqiyyətlə verəcəyinə inanırdı. Nəhayət arzuladığı gün gəldi. Qəbul imtahanları başladı.Həcər anası ilə bərabər imtahan verəcəyi məktəbə yola düşdü. Yoxlanılma proseduru olduqdan sonra o uçəri keçdi. Birazdan sualları gətirdikdə nəzarətçi qaydaları izah etdi.

sual olacaq. 3 saat vaxt. Sualı olanlar müraciət edə bilər. Beləcə imtahan başladı. Sualı olan nəzarətçiyə müraciət etsin.Uğurlar.

İmtahan başlandı. Bir an işində otağa sakitlik çökdü. Artıq vaxt

gedirdi. Qız yalnız öz sualları ilə məşğul olurdu. Qaynıyıb-qarışmırdı.

Bir neçə saatdan sonra imtahan bitdi. Hər kəs otağı tərk etdi. Həcər də həyətə çıxdı.Anasının yanına gəldi.

 

-Necə oldu?

Yazdım da

Onlar evlərinə gəldilər. Lakin ana ürəyi nigaran idi. Bir yerdə qərar tuta bilmirdi.

         Təki uğurlu olsun deyirdi.

         Aradan bir neçə müddət keçdi. Hər ikisi – ana ilə bala cavabların çıxacağı günü gözləyirdilər. Hər ikisi də eyni dərəcədə həyəcanlanmışdılar.

         Görəsən nə cavab gələcək?

         Bu hər ikisini maraqlandırırdı. Lakin ana daha çox həyəcanlanırdı.

Nəhayət həmin gün gəlib çatdı. Kənddə böyük qələbəlik yaranmışdı. Həcər də həyəcanlı idi. “Görəsən hansı formada cavab gələcək” Gözləyirdi. Nəhayət rayon mərkəzinə getməyi qərara aldı.

         Rayon mərkəzinə çatdıqda yaxınlıqdakı internet kluba getdi. Kodunu verdi və yoxlamağı xahiş etdi. Yoxlayan:

         -Xanım, nəticələriniz düzdür qəbul olmusunuz-dedi.

         Bu xəbər qızı şadlandırdı.

O, kəndə anasının yanına tələsdi.Özü ilə şad xəbər aparırdı. Beləcə həmin çatacaqdı. Qızın qəlbi fərəh hissi ilə dolu idi. Çünki arzusuna çatmışdı. Ali təhsil alacaqdı. Yəqin ki, ali təhsili bitirəndən sonra da yaxşı bir işlə təmin olunacaqdı. Bu fikirlər içərisində nə zaman evə çatdığını bilmədi. İçəri daxil oldu və :

         -Urra! Qəbul olunmuşam.

         -Necə? deyə ana heyrətləndi.

         -Düz eşitdin.

         -Bu xəbəri eşidən ana sevindi. Gözlərindən sevinc yaşları axdı.

         -Şükür allaha dedi.

         O zaman ana öz qızı ilə fəxr edirdi. Çünki qızı ali təhsilli olacaqdı. Yəqin ki, perspektivli iş də tapacaqdı. Ana buna yüz faiz əmin idi. Buna görə sevinirdi.

         İndi nə zaman gedəcəksən deyə ana soruşdu:

         Özləri deyəcəklər.

      

         Hər ikisi əyləşdi, öz aləmlərinə qapındılar. Heç biri dinib danışmirdı. Qızın xəyalında şəhər canlanırdı. Yeni şəhər, yeni mühit, yeni tanışliqlar... O bunu düşünürdü.  Şəhərə gedəcəyi günü gözləyirdi. Yəqin ki, hər şey yaxşı olacaqdı.

Nə fikirləşirsən ? - ana soruşdu.

Heç....

Darıxma hər şey yaxşı olacaq.

Ananın sevinci qızına da təsir etmişdi. O da yeni dostlar tapacağına əmin idi. Bakıya gedəcəyi günü gözləyirdi.

Nəhayət həmin gün gəlib çatdı. Həcər lazım olan şeylərini götürdü. Ertəsi gün yola düşəcəkdi. “Dərslərimə fikir verəcəyəm” çünki qız bu kənddən ali təhsil alacaq ilk qaranquş idi. Ona görə sevinirdi. O yola düşdü.

Xəyalında Bakı canlanırdı. Yeni dostlar, yeni mühit ... canlandırdığı bu idi.

Nəhayət, o Bakıya yola düşdü. Onu anası yola saldı.

Kəndə qayıtdıqdan sonra hamı, bütün qohum-qonşular anaya göz aydınlıgı verirdi.

Sag-salamat gəlsin.

Xeyirli kadr olsun.

Bunu söyləyirdilər.

Həcər bu zaman Bakıda idi. Özünə kirayə ev də tapmışdı. İlk dərs gününə hazırlaşırdı. İlk həyəcan onu tərk etməmişdi.

Tutduğu ev Bakının mərkəzində idi. O, burada yaşayacaqdı. İlk dəfə buradan gedəcəkdi.

Həcər hər şeyi dərk edirdi. Qarşıda hələ onu uzun və keşməkeşli yollar gözləyirdi. Buna da, hazır olmalıydı Həcər....

Çətini ilk gündən asılıydı. Bundan sonra hər şey öz-özünə həll edilməliydi.

Anasını da, fikirləşirdi. Onun da, həyatı qızından asılı idi. Anaxanım xalanın da, dolanacağını təmin etməliydi. İşləməliydi. Bunu qət etmişdi.... Anasını da, fikirləşirdi.

 

         Həcər Bakıya gəldi. Nəhayət ilk dərs günü o,universitetə ilk qədəmini basdı.... Ab-hava onun xoşuna gəldi. Ali təhsil alacağına görə özünü xoşbəxt və çox bəxtəvər sanırdı. Beləcə,ilk dərs günü başladı. Həcər öz yerini tutdu. Həmin auditoriyada xeyli gənc vardı.

Qədəmlərin mübarək!

Sağ salamat.....

Ugurlar

Biri-birinə bunu söylədilər.

Tələbələr ilk dərs günündə tanış oldular. Hamı bir-birinə tanışlıq verirdi. Həcər ilk gündə Nərminlə tanış oldu. O qızın səmimi olması Həcərə xoş gəlirdi...

Neçə bal?

311-dedi Nərmin.

Hər ikisi baxışdı. Həmin baxışlarda nələr oxunmadı?!

Dost olaq?

Bəli....

Hər ikisi and içdilər.Ömürlük dost olacaqlarını dedilər.... Hər ikisi bu dostluqdan razı idi. Sevinirdilər.

         Beləcə, ilk dərs günü başladı. Həcər heç kəsə fikir verməyəcəkdi. Öz təhsilini artıracaq,maraqlı biliklər əldə edəcəkdi.....

         Həcər həmin günü çoxdan gözləyirdi. Çoxdan hazırlaşırdı bu günə...

         İlk dərs günü rahat keçirdi. Həcər buna görə çox sevinirdi.

         Dərsdən sonra Həcər Nəzrinlə həmin evə gəldi. Birgə yaşayırdılar. Onlar dostlaşmışdılar. Aralarında mehriban və xoş ünsiyyət yaranmışdı. Beləcə, dostluqları davam edir, möhkəmlənir, təkmilləşirdi.

         Nəzrin Nadir adlı gənci sevirdi. Lakin, Həcərin sevgi həyatı qapalı idi. Həyatında kimsə olmamışdı....

         Səhəri gün o, dərsə gəlmişdi. Tənha idi.Hələ heç kəs yox idi.Həcər pəncərə qarşısında dayanıb, uzaqları seyr edirdi. “İlahi necə gözəlliklər var”.... Bunu fikirləşir, bunu düşünürdü. Beləcə günlər keçirdi. Qızlar fikirlərini yalnız dərsə, biliyə vermişdilər.

 

  Beləcə, onlar mehribanlaşmış, dogmalaşmış, isinmişdilər. Bir gün yenə onlar dərsdən çıxdilar. Evə gedib, dincələcəkdilər. Bu an Nəzrin arxadan Nadirin gəldiyini hiss etdi. Dərhal qızlar dayandılar.

Salam....

Salam.

Nəzrinlə Nadir baxışdılar. Xeyli susdular..... Hələ də dinmədilər...

Vəziyyətin?

Lap normal.

Nadir sevindi.Şad idi.

Bu kim?

Dostum....

Adı..

Nəriman

Həcər həmin gəncə diqqətlə baxdı. Lakin, diqqətlə baxmasına baxmayaraq, heç nə deməyibsusdu. Baxışlarından mərdlik və səmimilik yağırdı. İlk baxışdan Həcər ona vurulduğunu dərk etdi. Bir an içərisində üzünə bəxtəvərlik qondu. Çox sevindi...

         Beləcə, günlər keçdi. Nərimanla Həcər arasında yaxınlaşma, mehribanlaşma dərinləşirdi. Hər ikisi həmin tanışlıqdan razı idi... Buna görə çox sevinirdilər. Nəhayət, bir gün Nəriman Nadirlə məsləhətləşdi:

Deyəsən, vurulmuşam...

Kimə?

Həcərə....

Nadir susdu. Xeyli müddət fikrə getdi. Dostuna diqqətlə baxdı. “Yox,deyəsən bu həqiqətə bənzəyir...” . Elə bunu da, fikirləşdi. Lakin, heç bir söz deməyib susdu.

Aradan xeyli keçdi. Nadir soruşdu:

Demək, Həcərə vuruldun?

Bəli, dostum....

Əla... Çox yaxşı qızdı...

Nəriman susurdu. Hələ də,dostuna heç nə demədi. Sakitlik yarandı. Uzun müddət dinən danışan olmadı. Yenidən susdular. Hərə öz aləminə qapıldı.

                                              

         - Yaxşı qızdır....

         - Haralı?

         - Rayondan.....

         - Birdən....

         - Darıxma, onun fikiri oxumaq, bilik, savad almaq...- söylədi.

         - Deməli?

         - Lap əla seçim....

Nəriman susdu. Daha heç nə demədi. Sakitlik idi. Dimmədi. İndi onun fikiri yalnız bu qızın yanında idi. Ona vurulmuşdu. Onsuz yaşaya bilməyəcəyini çox gözəl və aydın dərk edirdi. “Görəsən o, mənə gələrmi?” Həmin bu fikir onu çox narahat edirdi....

         Bir müddət keçdi. O, hələ də susur, heç nə demirdi. Göz önündən çox hisslər, çox hadisələr keçirdi. Nə barədəsə çox fikirləşirdi....

Nə olub sənə?

Nəriman cavab verməyib, susdu. Heç nə deyə bilmədi. Diqqətlə dostuna baxırdı.

 

(Ardı var)

 

Azər Qaraqoyunlu

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam