Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Uçmağın bir addımlığında

 

 

 

 

Safruh

Mütləqə İnam Ocağının Ruhsal Başçısı

 

 

 

Uçmağın bir addımlığında

 

(İçsəs)

 

"xeberinfo.com": Özüm ağız əzmirəm, qanad qırmıram; qanadımı qıranları öyə bilmirəm, çünki ictimai xadim damarım yoxdur.

***

Sözün etkisi tükənən yerdə, sözün etkisinə qarşı peyvənd almışlar arasında ruhaniyyat işləmir.

***

Ömrünüz yaranmanız olsun, ifşanız olmasın. Gözəl doğulduğunuz kimi, gözəl də ölün ki, ölümü yenəsiz.

***

Gərəksiz, aşırı mənəvi gözəllik – cism eybəcər hala, can sürünmə, yavıma halsızlığına, gülünc olanadək yaşamaq – vaxtında ölməyi bacarmamaq...

***

Doğuluşunla da sevindirmək, ölümünlə də... Bir yanı ağrı olmalı – yoxsa tam olmaz ömür.

***

Səmimiyyətlə qulluq eləməyə bir ağa axtarıram. Beləsini də tapmaq çətindir indi.

***

İç boş olmasa, ev dolu olmaz. İç də dolu, ev də dolu olanda adam Taqor olar ən uca halda. Ev boş olub, iç dolub-daşanda adam Qandi olar, İnam olar.

***

Ev – dünyayla dolub-daşar, İç – özüylə.

***

Özüylə dolub-daşan Qandiləşər, İnamlaşar – dünyalaşar, hamılaşar.

***

 Dünyayla dolub-daşan özündən uzaqlaşar, ruhsuzlaşar – dünyalaşmaz, hamılaşmaz.

***

Dolu ev haqq aramaz – ona qanun yetər – mülkiyyət hüququnu qoruyan qanun.

***

Artırmada atılıb-düşdük, sözdə sevişdik. Evə giriş yox idi.

***

Ev də boş, iç də boş – Allahın qarğadığı...

***

Dünya kövşənliyində otlaya-otlaya anamızdan çox uzaqlara getmişdik, İnamın Gəlişiylə diksinib, oyanıb mələyə-mələyə anamıza – doğma yuvamıza qayıdırıq.

***

Bacarıqlı alçağa, alcaq istedadlıya öygülər yağdırmayın, ölüm hökmü oxuyun, ey İnamın “Ruh Üstə”sini oxumuş kimsələr!

***

Mütləqə İnam Ocağı bir şəxsin başqa şəxs üzərində, bir dəstənin başqa dəstə üzərində, bir ulusun başqa ulus üzərində qələbə çalması yeri deyil.

***

Ata Xəzinəsinin üstündə dayanmaqdan utanıram – “mən nə karəyəm?!” deyə. Onu atıb qaçmaqdansa arlanıram.

***

Sütunincideyil, incisütundeyil. İnciolmalı sütunyoxsao, Göyümüzü çiynində saxlayabilməz.

***

Uçmağın (cənnətin) biraddımlığındayam, ancaqoragirə bilmirəm, çünkiaradasəmimiyyətsizlikvar.

***

Nə gözəlqələmsən, eybusözləriyazdığımqələm! Gözündən öpürəm!

***

Atamızvarolsun!

Çiçək ayı 36-il.

(Aprel 2014).

Atakənd. İnam Evi.      

 

 

 

 

İşıqlı Atalı Yolruh Atalını kutlayıb

 

“Əzabdan ötə ola, fərəhə yetə, mahiyyəti görə bildin”

Mütləqə İnam Ocağının Yükümlüsü İşıqlı Atalı tanınmış ruhaniyyatçı-filosof Yolruh Atalını doğum günü münasibətilə kutlayıb. 
Kutlamada deyilir: “Uca qardaşım Yolruh! Dünyaya gəlişinin 38 ili kutlu olsun! Anadangəlmə ruhaniyyatçılığının yiyəsi ola, ruhsal imkanlarını insanlığın tələbi səviyyəsinə yüksəldə, özünü təsdiq edə bildin. 
Varlığının özülü insan-təbiət birliyini duymağından gəlir. Xarakterində türk dönməzliyi var. Əsllik aşiqisən. Özünütərbiyə (özünüyaratma) yolunu ərdəmliklə keçməkdəsən. Ocaqçılıqda ciddi, bənzərsiz uğurların var. Ömür yaradıcılığın təsdiq olundu. Yazı yaradıcılığın bunun ayrılmaz bir parçasıdır. Ruhundan yaratdığın ailəçiliyin var. İnam Ataya, Ocağa vurğunsan. Aqibətimiz – Birdir. O deməkdir ki, Yolumuz birdir – İnsanlıq. Dünyadan umacağımız yoxdur. Səndə özümü görürəm. Mütləqiliyə – İnam, İdrak, Mənəviyyat, İradə ölçüsünə yetəcəyinə inamlıyam! 
Əzabdan ötə ola, fərəhə yetə, mahiyyəti görə bildin. 
Qarşıdakı mərhələ – mütləqləşmək – var olmaqdır! Sənə yenilməz ruhsal güc diləyirəm! 
Atamız var olsun!

15 Dilək günü, Çiçək günü 36-cı il. (15.4.2014). Atakənd.

 

 

YolruhATALI
ruhaniyyatçı-filosof

Yaşamboyuacı çəkmək

(İçsəs)

Çəkdiyiniz bütün acılar, iztirablar – dünyanın üzərinizdə minnətidir. Minnətdən (dünyaya aşırı maddi bağlılıqdan) əl çəkin ki, acıya tuş gəlməyəsiniz. 
***
Maddi hər şeyə çatırsınız – içiniz isə qan ağlayır. Yaşam boyu çəkəcəyiniz iztirab qarşılığında dünyanı "qazanırsınız".
***
Maddi bağlandığın hər şey – maddi asılılığını qəbul etdiyindir. 
***
İztirabdan ayrıla bilməyən – dünyadan ayrılır.
***
Asanlığı sevmək – acını, iztirabı seçməkdir. 
Çətinliyi sevmək – fərəhi seçməkdir. 
***
Cism – dünyaya, ruh – dünyanın mənasına bağlanmağı gərəkli sayır. 
***
Bugünkülərlə çağdaşlıq – cismani çağdaşlıq. 
Sabahkılarla çağdaşlıq – ruhsal çağdaşlıq. 
***
Kamillər – insanların əbədi çağdaşlarıdır. 
***
Dünyada ən böyük maddi qazanc – cismani var olmaqdır. 
***
Dünyada ən böyük ruhsal qazanc –dünyanın mənasına uyğun yaşamaqdır. 
***
Həqiqət həmişə gerçəklikdən, zamandan üstündür. Ona görə həqiqəti bugünkülər yox, sabahkılar dəyərləndirir. 
***
Özündən başqa doğruçu dəyərini bilən varmı, verən varmı?
***
Özündəki antiinsaniliklə, heyvanlıqla döyüşmədən necə insan sayıla bilərsən? 
***
Özünün insan olduğuna inanmayan kimsə – yoxdur. De gəl, insanlığa inanmayan kimsə – çoxdur. 
***
Atamız var olsun!

14 Çiçək 36-cı il. 
(14.4.2014)

 

 

İşıqlı ATALI
Mütləqə İnamOcağınınYükümlüsü

Dünyaçılıq – İnsançılıqdır

“Dünyaçılıq – İnsançılıq” (39-cu Kutsal Kitab, Günəş ayı, 19-cu il. Bakı (mart, 1997-ci il).
Əsər 36 bölümlü olub, İnsanın Dünya, Yaşamla ruhsal ilişkilərinin Mütləqə İnam ölçüsündə açımıdır.
Əsərdəki hər bölüm bir neçə cümlə olsa da, buradakı məna yükü, ifadə səlisliyi, aydınlığı insanı heyrətə gətirir. Çünki İnam Ata birbaşa mahiyyəti ifadə edir. 
“Təbiət–İnsan” bölümündə qədim türk təfəkküründə insanın təbiətə münasibətinin kutsallığı, bənzərsizliyi, sonradan bu ilahi münasibətdəki aşınmadan danışılır, mahiyyət birliyinə diqqət çəkilir: “Qədim Türk Təfəkküründə Təbiət İnsanlaşırdı, İnsan Təbiətləşirdi. 
Sonradan Obyekt–Subyekt əlaqələrində Təbiət İnsana qarşı, İnsan Təbiətə qarşı qoyuldu – bu da İnsan–Təbiət Yadlığına Yaradı.
Təbiət İnsan deyil, İnsan da Təbiət deyil – ancaq hər ikisinin Mahiyyəti Birdir”.
İnam Ata təbiət-insan münasibətlərinin ilahilik səviyyəsində qurulmasını qaçılmaz sayır. Bundan ötrü isə insanın insana münasibəti ilahiləşməlidir: “Cəmiyyətin İnsan üzərində Ağalığı artdıqca, İnsanın Təbiət üzərində Ağalığı da artdı. Cəmiyyət İnsan Qənimi oldu – İnsan Təbiət Qənimi”. 
İnam Atanın görümündə Təbiətçilik Materialist, Allahçı baxışlardan üstündür: “Təbiətçilik – Ruhaniyyatçılıqdır əslində”. Ata Ruhaniyyatı cismanilikdə ruhsallıq görür, təbiətə ağa münasibəti rədd edir, təbiətdə insanı, insanda təbiəti görür, bunların birliyini yaradır. İnam Ata Fəlsəfənin materializmə və idealizmə bölünməsini fəlsəfənin ikiləşməsi sayır, həqiqətin bir olduğunu bildirir: bu, Mütləqçilik fəlsəfəsidir. 
“Zərurilik” bölümündə gələcək insani inkişafın yönü açıq şəkildə göstərilir: “Elm – İnsanlaşan Təbiət, Təbiətləşən İnsan görümündən Ayrılır, Sənət onu natam bərpa edir, İnam onu tam bərpa etməlidir”.
“Qədim Türklər – Allahçı olmayıblar, Dünyaçı olublar”: əsərdəki “Fərq” bölümündə Tanrıçılıqla Allahçılığın fərqi Ataya məxsus şəkildə dəqiq açıqlanır: “Tanrı Dünyanı Təmsil edir, bu səbəbdən də Dünyadan asılı olur.
Allah Dünyanı İdarə edir, bu səbəbdən də Dünya Allahdan asılı olur.
Tanrıçılıq – Dünyaçılıqdır əslində, Din – Allahçılıq”.
Bu, o deməkdir ki, insan qismətçilik təsəvvüründən, fatalizmindən üstündür. 
İnsançılığa yetən dünyaçılığa da yetir, həqiqəti dərk edir. 
İnam Ata mifologiyanı “təxəyyül izharı” sayır – idraka yarayan. 
Əsərdə Ata mahiyyət birliyi ideyasını irəli sürür. O deməkdir ki: “Dünyanın Mahiyyəti Birdir – Təzahürü min”. Burada bütövlük fəlsəfəsinə – Mütləqə İnama insani-bəşəri gərəklik hava-su kimi meydana çıxır. 
Əsərdə dünyaçılığa münasibətin özülündə duran idraki ölçü bizə tam aydın olur. İnam Ata sübut edir ki: “Dünyaçılıq – Mütləqçilikdir – yəni Əzəli, Əbədi, Sonsuz, Kamil Dünyalığa İnamdır”.
Aydın olur ki, dünyaçılıq – müqəddəsçilikdir. Dünyaçı müqəddəslik – Əzəli, Əbədi, Sonsuz, Kamil İnama – Mütləqə İnama yetməklə dərk olunur: “Dünyaçılıqda Müqəddəslik Özümləşir – Özgəlikdən Ayrılır”.
İnam Ata Ölümü Həyatın şərti sayır: “Ölüm olmasa – Həyat ölər”.

***

“Gerçəkliyi ötmək” (“Şeiriyyət ruhu”, 24 Qar Ayı, 13-cü il. Bakı. Yanvar, 1992) əsərində Atanın şeiriyyətlə bağlı düşüncələri sistemli şəkildə ifadəsini tapır. Ata gerçəkliyi ötən, hadisəni sadəcə təsvir etməyən, Nisbini Mütləqə çatdıran şeiriyyət istəyir, çağına qədərki şeiriyyət ifadəçilərinin yaradıcılığından örnəkləri təqdim edir, fikirlərini əsaslandırır: “Şeiriyyət Əbədinin, Sonsuzun, Kamilin ifadəsidir; bu səbəbdən də o, Keçicini, Sonlunu, Qeyri-Kamili ötür; – Gerçəkliyi Mahiyyətə yüksəldir”. 
İnam Atanın fikrincə, şeiriyyət gerçəkliyi ötmək ehtiyacından yaranıb. 
Əsərdə Nizami Gəncəvinin, Nəsiminin, Füzulinin, Hafizin, Y.İmrənin, S.Vurğunun, N.Hikmətin, F.H.Dağlarcanın yaradıcılığından örnəklər gətirilir, İnam Atanın şeiriyyətlə bağlı fikirləri Mütləqə İnam ölçüsündə, sistemli şəkildə sunulur.
Ata şeiriyyəti Mənaçılıqla bir sayır, Əzəli, Əbədi, Sonsuz, Kamil Şeiriyyət tələbinin İnsani tələbatdan yarandığını bildirir. 
Əsərdə indiyə qədərki şeiriyyətin gözəllikləri Ata ölçüsündə görünür, bilinir. Bundan sonrakı şeiriyyətin təsdiqi üçün Mütləqə İnam Ruhaniyyatından yararlanma möhtəşəm, bənzərsiz özünüifadə imkanı olaraq sunulur. 
Əslində şeiriyyət insaniliyi ifadə və təsdiqdir: “Şeiriyyət gerçəklik həddini ötür, Mahiyyət hədsizliyinə çatır; Şeiriyyət Gerçəkliyə Məna hədsizliyi gətirir”. 
    İnam Ata yaradıcıdan sözünə, yazdığına bərabər olmaq istəyir. 
İnsanın mənası insandan artıqdır, yüksəkdir. Gerçəkliyə dayanıb qalan, gerçəkliklə nəfəs alan şair bu həqiqəti duya, görə, ifadə edə bilərmi? Onun yaratdığı əsl şeiriyyət sayıla bilərmi? Yox! 
   “Cismanilikdə ruhaniliyi görmək üçün cismanini ötməlisən, Mahiyyətə çatmaq üçün Təzahürü ötməlisən”.
İnam Ata şeiriyyəti “çətin, ağır, xüsusi görüm” sayır, “Mənanı görmək üçün Gerçək Görümü ötməlisən” deyir. 
Gerçəkliyi ötən şeiriyyət Dünyanın Dünyadan, Həyatın Həyatdan, İnsanın İnsandan artıq mənasını təsdiq edir. 
İnam Ata Füzuli şeiriyyətinin açımına ayrıca yer ayırır, onun dərdçiliyinin dövran dərdinə dərman olduğunu bildirir: “Eşq Dərdi – Təbibdir: – Füzuli dərdində Gerçəkliyi ötür, Müqəddəsliyə çatır”.
     Füzuli aşiqliyi dövranın əsarətinə qarşı necə dura bilər? Bu, sadəcə, sözdürmü? Yox, bu, Atanın mahiyyət ölçüsündə görümüdür. 
    Sabahkı yaradıcılar bu əsərdəki təməl nümunələrə əsaslanacaqlar. 
İnam Ata Hafizin yaradıcılığında eşq konusunu şeiriyyət tələbində araşdırır: “Hafizdə Meyxanə – Məscidə, Aşiqlik – Zahidliyə, İnsan – Dövrana qarşıdır. 
Meyxanə – Eşqi, Həqiqəti təmsil eləyir; Məscid – Xurafatı, Yalanı; İnsan – Ülviyyəti; Dövran – Fəlakəti; Hafiz Eşqində, Həqiqətində Gerçəkliyi ötür, Mahiyyətə çatır”.
     İnam Ata İnsanı mahiyyətə yetirən şeiriyyət istəyir; burada təsvir qaçılmaz, adi qeyri-adilikdir, biçim gözəlliyinə, məzmunu təsdiqə xidmət edir: “Şeiriyyət – İnsaniliyin dərki və izharıdır; bu səbəbdən də Gerçəkliyi ötür, Ötməlidir”. 
     Yunus Əmrə üstə təhlillərdə Ata gerçəkliyi ötən yaşam yiyəsi Əmrənin 
ruhsal əhvalını – özünəyetməsini təqdir edir əslində. O deməkdir ki, özünə yetən insanın halının ifadəsi gerçəklikdən ötə olur, şeiriyyət ruhunu təsdiq edir. 
    Beləliklə, İnam Atanın şeiriyyət tələbi, ölçüsü zamanı, mühiti, şəraiti ötür. Ata inanır ki, gerçəklikdə qalan şeir – şeiriyyətə çatmır. Deməli, gerçəklikdə insani arzulara yetə bilməyənlərin xəyallarının inamlı, gerçəkliyi dəyişdirmək qüdrətində olan, qətiyyən xülyaçılıq ifadə etməyən imkanı olur şeiriyyət ruhu.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam