Asif Atanın kitabları təqdim olundu
"xeberinfo.com": Aprelin 18-də Ataturk Mərkəzində dahi Azərbaycan filosofu Asif Atanın əsərlərinin 10 cildliyinin çap olunmuş 5 cildinin («Mutləqə İnam», «Mütləqləşmək – Var olmaq», «Görmək İnsaniliyi», «Fəlsəfənin Təməli», “Kutsal Quruculuq”) təqdimatı kecirilib.
Tədbiri giriş sozuylə Mutləqə İnam Ocağının Yukumlusu İşıqlı Atalı acıb: “Asif Ata insanlıq ustə yeni yon, yol, gozumuzu ozgəliklərdən yığmaq üçün ulusallığa əsaslanan inam, idrak, mənəviyyat, iradə imkanımızı yaratdı, Azərbaycan insanının özümlü əsasda var ola bilməsini sübut etdi. Ata bəşər tarixini qaralama sayırdı. Onun tarixdə idealı olmadı, özü və ardıcılları üçün ideal oldu”.
Asif Atanın 40 illik silahdaşı, Ocağın Ruhsal Başçısı Safruh deyib: “Atanın adı ilə Azərbaycanda insanlaşmağa əsaslanan bənzərsiz ruhaniyyat hərəkatı yaranıb. Bu hərəkat onun Mutləqə İnam təliminə soykənir, adıçəkilən təlimin muddəalarını xalqımıza çatdırır. Həmin ideyalar Asif Atanın bu gün təqdim etdiyimiz kitablarında əksini tapıb.”
Tədbirdə filosof Yolruh Atalı, professor Rustəm Kamal, ədəbiyyatşunas Məti Osmanoğlu, kinoşunas Aydın Dadaşov, şairlər Əlisəmid Kür, Mübariz Məsimoğlu, Zaməddin Ziyadoğlu, Fəridə Hacıyeva, Asif Atanın ilk silahdaşlarından olmuş Elxan Huseynov (Əsil), rəssam Vaqif Ucatay, Əlisəfa Mehdiyev cıxış ediblər.
Bildirək ki, Asif Atanın Mutləqə İnam dunyabaxışını əhatə edən 43 əsərini Ocağın Ruhsal Başcısı Safruh “On Kutsal Bitiq”də sistemləşdirib.
Asif Ata 1935-ci ildə anadan olub. 1952-1957-ci illərdə Moskvadakı M.Qorki adına Dünya Ədəbiyyatı İnstitutunda oxuyub. 1975-ci ildə Azərbaycan (indiki Bakı) Dövlət Universitetində “Etik və Estetik Tərbiyə Klubu”nu yaradıb. 1978-ci ilin noyabrından klub Ocağa çevrilib, onun sədri Asif Əfəndiyev ardıcılları tərəfindən Asif Ata adlandırılıb. Ocaq tarixi 1979-cu il mart ayının 1-dən hesablanır. 1982-ci ildə Asif Atanın Mütləqə İnam Ocağı basqılara uğrayıb və qapadılıb. Ocaq bir neçə il gizli fəaliyyət göstərib.
Asif Ata 1997-ci ildə aramızdan gedib. Sonevi Ağstafadadır.