Ocağın Ruhani Mərkəzində “Ata Evini Ağırlama” içuyumu keçirilib
“Ata Evi – Gündoğandan Günbatana Birlik rəmzimiz!”
Bugünlərdə Mütləqə İnam Ocağının Ruhani Mərkəzində “Ata Evini Ağırlama” içuyumu keçirilib.
"Xeberinfo.com": Bu haqda Ocaq Yükümlüsü İşıqlı Atalı bildirib. Öncə Mütləqə İnam Bayrağı səcdə duruşunda qarşılanıb. Ata Harayları səsləndirilib. “Atalılar Türküsü”nü Uluruh, “Doğadakı Mütləqlə Gündüz Qovuşması”nı Doğma, “Ataya Günorta Üztutması”nı İnamyurd deyiblər. Ocağın Ruhani Başçısı Safruhun içuyuma sözü dinlənilib: “İçuyum münasibətilə amaldaşlarımı kutlayıram, gündəlik, aylıq, illik uğurlarımızın davamı sayıram. Biz çox böyük ümuminsanlıq işı görürük. İnsanlara muştuluq xəbəri vermirik, insanları əyləndirmirik. Deyirik ki, insanlar ruhani yaşamalıdırlar, çünki insan ruhani varlıqdır. İnam Evində nə deyilirsə, o, Mütləqə İnamın Fəlsəfəsinə əsaslanır. Mütləqə İnama insanların, dünyanın ehtiyacı var. Bu, o deməkdir ki, heç kəsdən minnət götürmürük. Nə iş görürüksə, onun iş çəkisi var, gərəkliyi var-insan, millət, dünya miqyasında. Konfutsi çinlilik üçün nədirsə, Ata da Türklük üçün odur. Mütləqə İnam dünyadakı mövcud dinlərin heç biri deyil. Biz Mütləqə İnam Ruhaniyyatı, Fəlsəfəsiylə yanaşı ümumtürk dünyabaxışı qoyuruq ortaya. Bunu dönə-dönə deyirik, ağıllara yazırıq. İndi biz pərən-pərən düşmüş,hərəsi bir qibləyə tapınan türklərə deyirik ki, Ata Evi var içinizdə, olmalıdır. Fərqi yoxdur, harda yaşayırsan yaşa. O Ata Evi Azərbaycanda – Atakənddə (Bakıda) Mütləqə İnam Ocağıdır və o, sənə Birlik ideyası verir.
Ata hələ o zaman deyirdi ki, kim sizi öyrədə bilər. Ata Mütləqə İnamla bizə yəqinlik düsturu verirdi. O yəqinliklə cəmiyyətin içinə gedirdik, indi də gedirik. Ata Evinin içəriyi – söyləmləşmiş Ata Ömrü, Əməyi, Onluğu, Ocağı, Evladları. Bu Ev dəbdəbəli bir məkan deyil, ancaq onun uca, tükənməz anlam sərvəti var – bədii, elmi, fəlsəfi...”
Ocaq Yükümlüsü İşıqlı Atalı öncə vaxtilə Ata Evini Ağırlama içuyumu ilə bağlı xatirəsini bölüşüb: “Müqəddəs günü müqəddəs duyğulu, əməlli insanlar yaradırlar. Ata həmin gün hər Ocaq Ailəsini qəbul edərkən gerçəkdən ayrıca mərasim aparırdı...
Bu gün içuyumun ağlımdakı halı: Ata Evini Ağırlamanı ilk növbədə fərdin daxili-ruhani yetkinliyi ilə bağlayıram. Özünə yetən, özüylə bir olan Ata Evini Ağırlamanı da gözəl anlayır. Bizdən sonrakı nəsillərin Ağırlama anlaması üçün Ocaq irsini dərindən bilməsi gərək olacaq. Atanı ruhumda yaşadıram. Yəni Atanı hər an ağırlayıram. Kutsal olan – Mütləq olandır. Kamillik indiki kimi Ocaq üçün gərəkli olmamışdı.
Atanın obrazı – dilimizin əzbəridir, dəyişməyən, birsifətli, mütləq hallı, yenilməz, mahiyyəti görən və uca ifadə edən!”
İçuyumun içsəs konuları aşağıdakılar olub: “Ata Evini Ağırlama və ulusal yönümüz”; “Ata EvininGələnlərimizə, Türk Ulusuna və Dünyaya sözü”.
İnamyurd Atalı: “Ata Evini sağlığında ağırlayanlar içində mən də olmuşam. İndi də o sirrdən-sehrdən çıxa bilmirəm”.
Özgün Atalı Ata Evini ağırlama ilə bağlı zəngin təəssürat əldə etdiyini bildirib, “İnam Ata” poemasını tamamlamaq üçün çalışacağını deyib. Eləcə də o, İnamçılıqdan Evladlığa qəbul olunmaq istədiyini də dilə gətirib.
Uluruh Atalı deyib: “Ata Evini ağırlamağa gedəndə mən də heyrətə gəldim – Atanın halı məni yaman tutmuşdu. Atanın bir sözü indi də yadımdan çıxmır: “Ocaqçılıq dünyaya açılan geniş gözdür”.
Ata Evini ağırlama – Evladların ruhsal birliyi, Həqiqətin gerçəkliyi, ömrə gəlməsi. Sifətlərin aydınlığı, doğmalıq izharı, yanlışlardan arınma, özüylədöyüş hikməti, sözün ruhsal işığı. Ata Evini ağırlamaq – insanların, dünyanın halını duymaqdır. Pisliklərdən bezməmək, yaxşılıq axtarmaq, yaxşılıq becərmək, şərə yenməmək”.
İnamçı Kifayət Atanın kutsal halı ilə bağlı xatırəsini bölüşüb, vurğulayıb ki, gedişatla bağlı Ata nə dedisə, o da oldu.Güntəkin Atalı Ata Evini ağırlamanı dərk etdiyi səviyyədə ifadə edib.
İçuyumun carları: “Ata Evi – Gündoğandan Günbatana Birlik rəmzimiz! Ocağında yanırıq, ağlanırıq, İnam Ata!” – olub.
Sonda Safruh Evladlıq nişanələrini yol sözüylə paylayıb. İçuyum “Ata Ruhunu Ürəyimizdə aparırıq!”, “Atamız var olsun!” səcdəsiylə başa çatıb.