Hüquqdan Haqqa gedən yol
Xeberinfo.com: Azərbaycanda qədim Yunan və dünya filosoflarından sitatlar gətirməklə onlarla fəlsəfə elmiləri namizədləri, doktorları,professorları, akademikləri yetişib. Mən bunları çəkinmədən bir mənalı olaraq "sitatlar filosofları" adlandırardım.Məqalələrini, monoqrafiyalarını,kitablarını sitatlarla gen- bol yükləyib üzə çıxarmaq, oxucuya vermək hələ filosofluq deyil.Olsa-olsa başqalarını təkrarlamaqdır. Başqalarını təkrarlamaqla ad-san qazanmaq,fəxri adlar,mükafatlar almaq olar,amma tarixdə filosof kimi qalmaq olmaz. Tarixdə qalmaq üçün isə yeni ideyalar yaratmaq, deyilməmiş fikirlər irəli sürmək, başqalarından fərqli dünya- baxış yaratmaq lazımdır ki, səni tanısınlar, səndən öyrənsinlər, bənzərsizliyini,kimliyini təsdiq etsinlər.
Mənə görə, təpədən dırnağa Milli olan Azərbaycan və Türk dünyasının yeganə filosivu Azif Atadır. Mənim məqsədim klassik Azərbaycan və Türk filosoflarının xidmətini danmaq, üstlərindən xətt çəkmək deyil. Onlar da zamanın dahi şəxsiyyətləri olublar. Amma bu gün Asif Ata təkdir,bənzərsizdir, ona bərabər olan,ondan qabaqda gedən filosof yoxdur.Mən onu tanıyan gündən, ta bu günə kimi onun Mütləqə İnam Fəlsəfəsinin, dünyabaxışının sehrindəyəm, cazibəsindəyəm. Bu sehirdən, cazibədən istəsəm də çıxa bilmərəm.Çünki o artıq mənim içimdədir,varlığıma hakim kəsilib.
Asif Atanın "On kutsal bitiq" inin 7-ci bitiqi- "Hüquqdan Haqqa"kitabı masamın üstündədir.Kitaba Mütləqə İnam Ocağının Ruhsal Başçısı Safruh "Buzqıran gəmi yolçuluğu" başlıqlı geniş ön söz-haray yazıb. Önsözdən sonra "İqtisadiyyat insansızlığı- iqtisadiyyat insaniliyi" bölümü gəlir.Burda Asif Ata Natural iqrisadiyyatla sivilizasiyalı iqtisadiyyatın fərqini göstərir. Məlum olur ki, birincidən fərqli olaraq, ikinci qazanc tələbindən yaranıb. Bu da sonda insanın insan üzərində Ağalığı deməkdir.
Asif Ata doğru olaraq göstərir ki, iqtisadiyyatın inkişafı insanın Vaxtını,Ömürünü ,Həyatını əlindən alıb, onu əsarəti altına salıb. Əsarət də insan üçün yükdür.Özü də ağır yük.Bu yükə tab gətirməksə çətindir. İqtisadiyyat həmidə insanı özündən asılı vəziyyətə salıb. Bir sözlə iqtisadiyyatın qidası insandır. O insanla qidalanır, onunla ətə-qana gəlir.
Cəmiyyət özündə Mülkiyyət yaradır. Bunsuz cəmiyyət mümkün deyil.İqsidayyat kimi mülkiyyət də İnsanın maddi tələbini ödəmək üçün yox,Ağalıq üçün yaradılıb. Mülkiyyət İqtisadiyyatın üç əsasından biridir və insanlığı qəbul etmir.Bütün ictimayi quruluşlarda - Quldarlıqda da,Feodalizmidə də,Kapitalizmidə də iqtisadiyyatı inkişaf etdirən insanlar Ağaya mənsub olublar. Hələlik son ictimayi quruluş olan Sosializmidə mülkiyyət dövlətin əlində birləşmişdi. Amma burdada dövlətin insanlar üzərində Ağalığı vardı.
Asif Ata xüsusi olaraq qeyd edir ki, iqtisadi gəlir istehsal sahələrinin inkişafına təkan verir, onları tərəqqiyə yönəldir, insan tərəqqinin ailətinə çevrilir. Ağa varlanır, zəhmətkeş istehlaşır.Və buradan da bir mənalı olaraq belə bir nəticə çıxarmaq olar: İstehsalat İnsaliyə xidmət etmir.
İqtisadiyyatın inkişafı elə ticarətin də inkişafı deməkdir.Madiyyat bolluğu ticarətin çiçəklənməsi deməkdir. Bu tərəqqidə, çiçəklənmədə insan qazanc mənbəyinə çevrilir. Onun dəyəri satışla, alışla ölçülür və beləliklə cəmiyyət anti insani iqtisadiyyat yaradır ki, bu iqtisadiyyat təkcə insanı yox, həmidə təbiəti məhv edir,onun uyumunu (ahəngini) pozur, onun təmizliyini yox edir,çayını,dənizini çirkləndirir. Bir sözlə onun "anasını" ağlar qoyur. Çünki o, təbiətin doğması,qohumu yox,yadıdır, düşmənidir. Yeni ishehsalat sahələri yarandıqca,təbiətin ölümə doğru yolu da gödəlir, qısalır. Belə həyat insanı təbiətdə sağalam, firəvan yaşamaqdan uzaqlaşdırır, məhrum edir.
İstisadiyyatın anti insani inkişafı həm, də antitəbiyətçilik yaradır ki, bu da yer üzünün məhvinə gətirib çıxarır. Asif Ata bunun yolunu göstərir. İnsanlar nə vaxt xudbinlikdən,ağalıqdan, rəqabətdən ayrılsalar onda insani iqtisadiyyat yaranacaq və o bir başa insanlığa xidmət edəcək.İnsanlığa xidmət edəcək iqtisadiyyatda insanlar inama,idraka, mənəviyyata, iradəyə sahib olacaqlar. Bu da adamların insanlaşması olacaq.
Kitabın ikinci bölümü "Həqiqət azadlığı-Cəfəngiyat əsarəti" adlanır.Burda Asif Ata göstərir ki,Azadlıq varsa həqiqət də var, Həqiqət varsa azadlıq da var. Həqiqət elə azadlıqdır. Əgər insanlıq həqiqət azadlığına çatmayıbsa, demək o Cəfəngiyat Əsarətindədir. Bu əsarətdən qurtarmaq, azad olmaq üçün mütləq Həqiqət olmalıdır.Həqiqət də olmayan yerdə xurafat yaranır. Xurafat da özlüyündə qorxu və asılılıq yaradır. Bu yerdə insan ancaq mahiyyətə varanda anlayışıqlı olur.
Asif Ata yazırdı: "Cəmiyyət- siyasi dünyadır". Cəmiyyəti siyasət qoruyur, yaşadır. Elə bu gün dünyanı qan çanağına döndərən yalançı demokratiya adıyla xırda ölkələrin üzərində Ağalıq etməyə çalışan böyük ölkələrdir. Bu, ölkələr xırda ölkələri xarabazara çevrib, əhalisini bir-birinə qırdırıb, onun sözünə baxan birini hakimiyyətə gətirib, ondan faydalanır və üzərində Ağalıq edirlər. Bunlar eyni zamanda həmidə ölkənin "inkişafına yardımçı" olurlar. Böyük ölkələrin-Ağaların böyük yardımı, dəstəyi ilə iqtisadiyyatını inkişaf etdirən kiçik ölkələr özlərini yox, himayadarlarını zənginləşdirirlər. Və bu zənginliklə böyük ölkələr kiçik ölkələrin böyüməsinə heç zaman imkan vermirlər, onların kiçikliklərini qoruyurlar ki, Ağılıqlarını heç vaxt itirməsinlər, saxlasınlar. Ağalıq rəyyətlikdən yaranır.Rəyyətlik olmayan yerdə də Ağalıq olmur. Ağalıq rəyyətliyi yox, rəyyətlik Ağalığı yaşadır. Və beləcə cəmiyyətdə təbəqələşmə yaranır. Dünyanı yüksək təbəqədə olan böyük ölkələr idarə edirlər. Böyük ölkələr arasında da siyasi yadlaşma yaranır. Siyasi yadlaşma ilə cəmiyyət inkişaf edir, inkişafdan qalmır. Amma insanlıqdan uzaqlaşır,aralanır.
Asif Ata göstərir ki, iradəyə, məqsədə çatmaq üçün Zəmanəyə, Şəraitə, Mühitə, Cəmiyyətə qarşı çarpışmaq, vuruşmaq lazımdır. İnsanlaşmaq üçün siyasi dünyadan ayrılmaq, Ruhani dünyaya qovuşmaq iddiasında olmalısan.
İnsanlığı təsdiq etmək üçün isə Haqq olmalıdır. Bu gün dünya təhsil sistemində hüquq fakültələri var. Atanın düşüncəsinə,fikirinə görə hüquq fakultələri haqq fakultələri ilə əvəz olunmalıdır ki, adamlığı yox,insanlığı qorusun, müdafiə etsin. Haqqdan fərqli olaraq Hüquq insanlığı yox, adamlığı qoruyur. İnsanın fərəh, qorxusuzluq, özümsüzlük haqqları olmalıdır ki, insanlıq öz haqqına qovuşsun
Həyatda hər şey dəyişir.Dəyişməyən bircə şey varsa, o da dünyanın mənasıdır. Dünyanın dəyişməzlik mənasını öyrənmək İdrakın işidir. İdraka bəzən daxili göz deyirlər. O, dəyişməzliyi görür.
Zaman,Mühid, Şərait həqiqətləri deyilən həqiqətlər yoxdur. Ona görə ki,Zaman da,Mühid də,Şərait də dəyişir.Burdan da belə məlum olur ki, həyatda dəyişməzlik yoxdur, dəyişgənlik var ki, bu da yoxluqdur. Yoxluğun özü yox, mahiyyəti qalır.Çünki o ziddiyətli deyil bütövdür. Hadisələr müstəqil deyil, bir-birindən asılıdır. Asılılıqda isə müstəqillik mümkün deyil
İnsanlığın təsdiqi haqqdan keçir, hüquqdan yox.Ona görə də İnsanlıq mütləqlikdir. Bu mütləqlikdə Ədalət,Həqiqət,İnam,İdrak,Mənəviyyat,İradə və s. cəmləşməlidir. İnsanlıqda olan bu yüksək və kamil keyfiyyətlər adamlıqda olmur. Adamlıqda ağalıq,nökərçilik olur ki, bu da təbəqələşmə, özgələşmə deməkdir . Bu məqamda hüquq ədaləti tanımır, çünki ədalət nisbiləşir,keçəri,ötəri olur,qeyri-kamil ədalətə çevrilir.Hüquq həqiqəti yox, gerçəkliyi qoruyur və ondan yüksəyə qalxa bilmir. Məhz elə buna görə də hüquqi qanunlar nisbi qanunlar anlamındadır. Məqsədi də gerçəkliyi qorumaq,yaşatmaqdır.Hüquq heç vaxt cinayəti öldürmək gücündə olmayıb, sadəcə caniləri edam edib və bununla da məqsədinə çatmış olub. İnsan necə ki,özünün hakimi olmayıb, cinayətə, caniliyə də son qoya bilməyəcək.
İnsanın ən böyük haqqı həyat haqqıdır ki, bunu da hüquq qoruya bilmir. Bu haqqı qoruya bilən ancaq mütləqləşməyə yetən ruhani varlıqdır. Ruhani varlıq hər zaman cəmiyyətdən,şəraitdən, mühitdən üstün olub. Asif Ata çox doğru olaraq göstərir ki, hüquq insanı adam səviyyəsində qoruyur. Bundan artığına gücü çatmır. Və belə qorumaq da, qorumaq deyil. Bu insanlığa yaraşmır,onu başı aşağı,gözü qıpıq edir. Mühit necədirsə, hüquq da insanı eləcə qoruyur və insanlıq belə qorunmanı istəmir,özünə yaraşdırmır. Belə qorunmaq ancaq adamlığa yarayır və onu da təmin edir.Hüququ qorumayla haqqı qorumanın arasında böyük və müqayisəyə gəlməyəcək bir fərq var. Haqqı qorumaq insanı ucaldır, onu ali varlıq səviyyəsinə qaldırır. Hüquq heç vaxt müharibələrin, dağıntıların qarşısını ala bilməyib və almaq gücündə də deyil. Neçə ki, müharibələr mənəviyyatdan silinməyib,müharibələr, dağıntılar hər zaman olacaq. Bunun yeganə yolu haqqa tapınmaqdır. Haqq varsa, mənəviyyat da var və o mənəviyyat tərtəmizdir,orda savaş yoxdur, silinib.
Asif Ata yazırdı: "İnsana Yüksəlməyən Adam Özündə Canavarı yaşadır, İlanı yaşadır, Tülkünü yaşadır". Böyük filosof haqlıdır. Adam canavar kimi yırtıcı, ilan kimi soyuqqanlı, zəhərli,tülkü kimi hiyləgər və bic olur.Yırtıcılığın, zəhərliliyin, hiyləgərliyin qarşısını hüquq alır, amma bütün bunlara görə adamlıq mənəvi kamillik tələb etmir. Əgər hüquqla adamı kamil insan etmək olsaydı, onda nə yırtıcılıq, nə soyuqqanlıq, nə də hiyləgərlik olardı.Hüquq azadlığından fərqli olaraq,haqq azadlığında insan özüylə döyüşür, içindəki canavardan,ilandan,tülküdən azad olur.Adam insan ola bilmirsə, o həmişəlik əsarətdə qalır. Əsarətdən qurtulmanın,azad olmanınsa bir yolu var ki, bu da insanlıq yoludur.
İstər keçən dövürdə,istərsədə indi belə bir ifadə var: "Adamlar qanun qarşısında bərabərdirlər". Bunu qanun deyir,özü də özünü öyə-öyə, sinəsinə döyə-döyə.Amma əminliklə deyə bilərik ki, bu heç də belə deyil. Çünki qanun cəmiyyətin mənafeyindən çıxış edərək belə deyir. Ağalıq, nökərçilik olan yerdə yalançı bərabərlikdən danışmaq xalqı aldatmaqdır, özünə də hörmətsizlikdir.
Gəlin görək bu bərabərlik Haqda necədir?Haqda insan qanun qarşısında yox, insanlıq qarşısında bərabərdir. Haqq cəmiyyətçiliyi rədd edir. Çünki burda ağalıq, nökərçilik, təbəqələşmə, hamılaşma və özgələşmə var. Bu yerdə şəxsiyyətin kamilləşməsindən, mütləqləşməsindən danışmaq olmaz. Haqqda ruhaniyyatın ölçüsü olmur. Ruhaniyyatı maddiyyatla ölçmək bəşəri fəlakətdir.İnamçı,idrakçı şəxsiyyət var-dövlət hərisi olmamalıdır.
Asif Atanın müstəqillik haqqında olan fikirlərində bir işıq,bir nur var ki, o insanı ruhlandırır.Hüquq cəmiyyət səviyyəsində müstəqillik tanıyır. Burda nökərçilik dairəsində fərdiyyət müstəqilliyi olur, xalq,dövlət müstəqillikləri olmur. Və beləcə cəmiyyət müstəqilliyi ilə Haqq müstəqilliyi arasında böyük fərq yaranır. Haqq müstəqilliyi insanilik səviyyəsində qoruyur. Bu yerdə ağalıq,nökərçilik,hamılaşma,təbəqələşmə,özgələşmə aradan çıxır,fərdiyyat,dövlət,xalq müstəqillikləri qorunur.
Asif Ata kitabında "Həyat haqqı","Azadlıq haqqı", ""Bərabərlk haqqı","Mülkiyyət haqqı", "Şəxsiyyət haqqı", "Vətəndaşlıq haqqı","Həqiqət haqqı", "Ədalət haqqı", "Xeyir haqqı"və s.mövzularda geniş məlumat verir və sonda belə qənaətə gəlir ki, haqqın məkanı-insanilikdir.Və məqsəd də hüququn haqla əvəz olunmasıdır ki,İnsanlar hüququ ötüb- Haqqa qatılsınlar.
İnsanlıq Haqqımız Mübarək!
Məhərrəm Şəmkirli