Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

Ortaq dil lazımdırmı?

                         

  "Xeberinfo.com": Uzun  illərdə  ortaq  türk  dili  haqqında  geniş  söhbətlər  gedir. Və  bir  anlıq  öz-özünə  süal  verirsən:" Ortaq  Türgcə- buna  ehtiyac  varmı ?" Bir  mənalı  olaraq  deyirsən: "Bəli, var!" Ona  görə  ki,  dünyanın  süper  gücləri  dünya  xəritəsini  öz  xeyirlərinə  dəyişmək  istəyirlər. Hədəfdə  isə  türk  dünyasıdır. Bunun  qarşısını  almaq  üçün  isə  ancaq  türk  dünyasında  türk  dilinin  yeganə  ünsiyyət  vasitəsi  olması  əsas  şərtlərdən  biridir.

   Bildiyimiz  kimi  dünya  xalqları  çoxsaylı  mənşələrə  bölünüblər. Bunlardan  biri  də  Türk  mənşəli  xalqlardı. Bu  türk  mənşəli  xalqlara  azərbaycanlılar, özbəklər,türkmənlər, qazaxlar, tatarlar  və  adlarını  çəkmədiyim  neçə- neçə  böyüklü- kiçikli  xalqlar  daxildir. Bu  xalqlar  arasında  tür  dilinə  ən  yaxın  dil Azərbaycan  türkcəsidir.Biz  bir- birimizi  çox  asan  anlayır  və  başa  düşürük.Bizə  tərcüməçi- filan  da  lazım  deyil. Amma  çox  təəssüf  ki, özbəklə, qazaqla  qırğızla, türkmənlə, tatarla  danışanda  ünsiyyət  vasitəsi  kimi  rus  dilindən  isdifadə  edirik. Məgər  hər  birimiz  türk  dilində  danışa  bilmərik? Təbii  ki, bilərik. Amma  istəmirik.

   Nəyə  görə  qədim  slavyanlar  bir- biri  rus  dilində  danışıb, anlaşırlar, biz  yox?

 Bu  gün  yalan, şər- böhtan  dünyasında  tək  qalmamaq, hər  yetənin  qapazının  altı  olmamaq  üçün  türkdilli  xalqların  bir  ideya, bir  məslək  ətrafında  birləşməsi  vacibdən  də  vacibdir. Bunun  da  ən  səmərəli  yolu  ortaq  dildə  danışmaqdı. Ortaq  dil  isə  ancaq  türk  dilidir.

   Orta  Asiya  dövlətlərində  və  eləcə  də  türk  mənşəli  ölkələrdə  orta  məktəblərin  aşağı  siniflərində  xarici  dil  kimi  uşaqlara  türk  dili  tədris  olunsun. Necə  ki, Sovet  dönəmində  bütün  SSRİ  məkanında  rus  dili  aşağı  sinifdən  öyrədilirdi.

   Yuxarı  yaşlı  insanların  bir-birini  anlaması  üçün  isə  bütün  türk  dünyasına  yayımlanan  tük  dilində  ortaq  bir  televiziya  kanalı  açılsın, maarifləndirici  və  tədris  proqrqmlarına  geniş  yer  verilsin.

  Türkiyə  hər  zaman  dünyanın  güclü  dövlətlərindən  biri  olub  və  olaraq  da  qalır.Amma  bunu  gözü  götürməyənlər  heç  də  az  deyillər. Bunun  qarşısını  almaq  üçün  isə  bir  olmaq  lazımdır. Bunun  da  yolu  söz  "qardaşlığı"ndan  iş "qardaş"lığına  keçməkdir. Onda  Türk  dünyası  güclü  və  böyük  olacaqdır. Böyüklük  və  güclülük  yolunda  irəli, Türk  dünyası! Yolun  açıq  və  nurlu  olsun!

          

Məhərrəm  Şəmkirli

 

     


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam