Redaktor seçimi
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı siyasi klub kimi -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqında dolanan kabus –
    QHT-lərə Dövlət Dəstəyi Agentliyindən növbəti saxtakarlıq – 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi korrupsiya bataqlığında:
SOSIAL Anar Məmmədovun ofis adamının LÜKS HƏYATI -"Mərc oyunları"nda "bəxti gətirən" Teymurov /
“Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” dövlət büdcəsinin qayğısına belə qalır -
Günün xəbəri

Nigar Sultanova insan sağlamlığını riskə atır? -Saxta diplomla gözəllik oyunu

Son zamanlar sosial şəbəkələrdə kosmetoloqların peşəkar hazırlığı, təhsili və sertifikatlarının doğruluğu ilə bağlı ciddi müzakirələr gedir.
Yenixeber.org: Cəmiyyətin narazılığı təkcə kosmetoloji xidmətlərin bahalığından deyil, bu xidmətləri göstərənlərin peşəkarlığının sual altında olmasındandır.
Bir çox şəxsin tibbi təhsili olmadan iynə, lazer və invaziv prosedurlar həyata keçirməsi həm insan sağlamlığı, həm də qanun qarşısında məsuliyyət baxımından ciddi risk yaradır. Lakin bəzi “həkim-kosmetoloqlar” bu tənqidlərə cavab olaraq saxta sənədlərlə legitimlik görüntüsü yaratmağa çalışır.
Bu müzakirələrin mərkəzinə düşənlərdən biri də özünü “həkim-kosmetoloq” kimi təqdim edən Nigar Sultanovadır. Sosial şəbəkələrdə yayılan iddialara görə, o, saxta sənədi sertifikat kimi paylaşmaqla izləyicilərini və pasiyentlərini aldatmaqda davam edir.
Paylaşılan fotoda Sultanovanın həm diplomu, həm də “Tibbi kosmetologiya” üzrə ixtisas kursu keçdiyini göstərən “şəhadətnamə” yer alır. Sənədə əsasən, o, guya 2021-ci ilin 29 sentyabr tarixindən 2022-ci ilin 11 fevralınadək cəmi 5 ay ərzində bu ixtisas üzrə kurs keçib.
Maraqlı məqam ondan ibarətdir ki, bu sənədin T.e.d. Qasımov Nazim Akif oğlu tərəfindən verildiyi göstərilir. Qasımov Nazim - Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun (ADHTİ) rektorudur. ADHTİ isə yalnız ali tibbi təhsili olan həkimlərin və əczaçıların ixtisas artırması üçün fəaliyyət göstərən rəsmi dövlət qurumudur.
Lakin sənəddə Nigar Sultanovanın ixtisası “əczaçılıq” kimi qeyd olunub. Bu isə hüquqi və peşəkar baxımdan çox ciddi suallar doğurur.
Azərbaycan qanunvericiliyinə görə, tibbi prosedurları yalnız ali tibbi təhsili olan və sertifikasiyadan keçmiş şəxslər icra edə bilər.
Bu məsələ ilə bağlı Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinə rəsmi sorğu göndərilib. Mərkəzin cavabında bildirilir ki, Nigar Sultanovanın adı Tibbi Kadrların Vahid Məlumat Reyestrində yoxdur.
Yəni o, nə sertifikasiyadan keçib, nə də rəsmi şəkildə həkim kimi fəaliyyət göstərmək səlahiyyətinə malikdir.
Mövcud qanunvericiliyə əsasən, sertifikatsız şəxslərin tibbi və ya əczaçılıq fəaliyyəti ciddi inzibati məsuliyyət yaradır.
Bununla bağlı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində qeyd olunur ki:
vəzifəli şəxslər üçün 800-1000 manat,
hüquqi şəxslər üçün isə 6000-8000 manat məbləğində cərimə nəzərdə tutulur.
Bu, təkcə kosmetoloqların deyil, onları işə götürən klinikaların da məsuliyyət daşıdığı anlamına gəlir.
Məlumatlara görə, Nigar Sultanova 2016-cı ildən 2 nömrəli Tibb Baza Kollecində müəllim, 2017-ci ildən isə “Laser Beauty” Klinikasında həkim-kosmetoloq kimi çalışır.
Əgər onun tibbi təhsili və sertifikatı yoxdursa, bu, həm klinikanın, həm də onu işə götürən rəhbərliyin qanunsuz tibbi fəaliyyətə şərait yaratması deməkdir.
Kosmetologiya sahəsində saxta sənədlərlə fəaliyyət göstərmək təkcə fərdi məsələ deyil bu, ümumi ictimai etimadın sarsılması, tibbi sistemə inamın azalması deməkdir.
Xüsusilə son illərdə qadınlar arasında estetik prosedurlara tələbin artması bu tip halları daha da təhlükəli edir.
Bir “sertifikat” fotosu ilə insan sağlamlığı üzərində eksperiment aparmaq nə peşəkarlıqdır, nə də məsuliyyət.
Əldə olan faktlar göstərir ki, Nigar Sultanovanın təqdim etdiyi sənədlərin legitimliyi sual altındadır.
Səhiyyə Nazirliyinin reyestrində adının olmaması, ixtisasının “əczaçılıq” olması və buna baxmayaraq həkim-kosmetoloq kimi çalışması qanun pozuntusudur.
Bu məsələ tək bir şəxsin fəaliyyəti ilə məhdudlaşmamalı, sistemi təmizləmək üçün ümumi yoxlamalar aparılmalıdır.
Saxta sənədlərlə “gözəllik” yaratmaq mümkündür, amma bu, cəmiyyətin gözündə çirkin bir saxtakarlıq obrazı yaradır.(Azerbaycanreallığı)
Qarşı tərəfin cavab haqqını tanıyırıq.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam