Atasından bixəbərsizliyin anatomiyası
Yaxud əzizinin tumanı altında gizlənən “qəhrəman”
“Xeberinfo.com”: Birinci dəfə deyil mənə hürürlər. İndiyə qədər də çox hədə-qorxuların, vay-şivənlərin hədəfi olmuşam. Təəssüf ki, dalı başından yaxşı işləyənlərin “qəhrəmanlıq”ları günümüzün reallığı olaraq davam etməkdədir... Bu dəfə isə əzizlərinin tumanı altında gizlənib mənə hürürlər.
Redaksiyamızın elektron ünvanına müxtəlif qondarma adlarla təhqir və təhdid yazırlar. Doğmalarının-ailə üzvlərindən tutmuş “körpüdə yan-yana dəydiklərinə” qədər-layiq olub, haqq etdiklərinin eynisini...
Nə ad, nə də ünvan bəlli deyil, özləri kimi saxta, fuflo. Bu nə ya, bu nə rəzalət, bu nə şərəfsizlik. Arvadındanmı öyrəndin bunu gəda. Tuman altında gizlənib hürməyi sənə kim öyrətdi. İnanmıram ki, atanın kimliyini bilmiş olasan. Nə qədər olmasa da belə atandan xəbərdar olsaydın bunca şərəfsizlik etməzdin. Budurmu sənin yaşam etalonun, budurmu səni mövcud edən (Yaşadan demirəm...) amal?
Sən şərəfsiz olduğundan daha çox yazıq, müti bir məxluqatsan. Sən hansısa bir vəzifənin, pulun da sahibi ola bilərsən. Amma sən heç vaxt adam olmayacaqsan. Adam olan bəndədə az da olsa belə cəsarətdən, qorxmazlıqdan əsər-əlamət olar. Zərrə qədər də olsa cəsarətin varsa gizləndiyin tumanın altından başını çıxart, səni tanıyım və həyatın mənasını başa salım. Onsuz da gec-tez səni tapıb, əl atıb gizləndiyin yerdən çıxaracam.
Mən bilirəm ki, sən kiməsə yazdırırsan. Sən nə internetdən, nə yazıdan qanan deyilsən. (Mənim o “mirzə”yə də yazığım gəlir) Sən şərəfini satıb para qazanmaqdan başqa bir şey bilməzsən.
Yazdırırsan ki, ağıllı olum, saytda yazıları saxlayım. (Hansı yazıları bilə bilmədim). Bədbəxt sənin gözlərin kimi, ağlınıda tor basıb. Mən hər sənin kimi siçovulların təhdidindən qorxsaydım bu peşəni seçməzdim.
Bilirsiniz mənim üçün qısa da olsa belə bu sətirlərə müəlliflik etmək asan deyil. Ürəyim acıyır, təəssüf edirəm. Axı nədən bizim əksər məmurlar hələ də tənqidçi jurnalistikaya “qutuda ilan kimi baxırlar”? Axı nədən bizimlə əmkədaşlıq əvəzində, başqa yolu seçirlər? Beləcə bizim də vaxtımız və enerjimiz boşuna gedir, boşuna.
İlqar Salmanov