Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

MÜƏLLİM ADINA YARAŞMAYAN HƏQARƏT

"Xeberinfo.com":  Müstəqil (belə demək mümkünsə) Azərbaycan günü-gündən inkişaf edir və gözəlləşir. Sanki məmləkətimiz yenidən qurulur və hər bir vətəndaş öz məmləkəti ilə qürur hissi keçirə bilər. Lakin əmmalar da istisna deyil. Azərbaycan tərəqqi etdikcə, bəzi sahələrdə geriləməni görməzlikdən gələ bilmərik. Gördüymüz çatmazlıqlar isə bugünki təhsil sistemində daha qabarıq nəzərə çarpır. Təhsildə islahatlar, məsələn, kurrikulum sisteminin tədbiq edilməsi şagirdləri çətinə salır desək yanılmarıq. Əgər bu sahədə bilikli kadrlar olarsa, bu sistemin təhsildə özünəməxsus özəllikləri var.Təhsildə islahatın qabaran cəhətlərindən biri də budur ki, təqaüd yaşı çatan qocaman müəllimlər işdən azad edilir. Axı qocaman müəllimlərin fəaliyyəti dayandırılırsa, gərək yetişən yeni kadrların bilik səviyyəsi öz bilik və elmini şagirdlərə aşılaması üçün yetərli olsun. Təəssüflər olsun ki, yeni kadrların elmi və biliyi zəif olduğundan kurrikulum dediyimiz sistemin öhdəsindən gələ bilmir. Lakin stajlı müəllimlər başlanğıc olaraq sovet təhsil sistemindən istifadə edərək müəyyən qədər yeni təhsil sisteminin çətinliklərini aradan qaldırırlar. Əgər müəllimlər yeni sistemdən əziyyət çəkirsə, bəs şagirdlər və valideynlər neyləsin? İstənilən halda valideyinlər övladladının təhsildən geri qalmaması üçün fərdi təhsilə üstünlük verdiyinin şahidi oluruq. Qeyd edim ki bəzi valideynlərin qazancı zəif olduğundan fərdi müəllim tuta bilmirlər. Siniflərdə isə dərs proqramı çətin mənimsənildiyi üçün uşaqların əksəriyyəti verilən tapşırıqları qavramaqda çətinlik çəkirlər. Beləliklə, təhsildə bəzi şagirdlər digər şagirdlərdən geri qalır. Görünənləri nəzərə alaraq belə sual yaranır: ” Belə davam edərsə, Azərbaycan təhsilinin aqibəti necə olacaq?” Bəlkə də uzun illər lazımdır ki, yetişən yeni kadrların bilik səviyyəsi yeni sistemə uyğunlaşsın. Sizcə itirilən illər Azərbaycana nələri verib, nələri alacaq? Əsaslı məsələ isə budur ki, niyə Pedoğoji İnstitutun məzunları hətta dövlət hər tərəfli sosial baxımdan himayə etdiyi halda bölgələrdə ixtisası üzrə əmək fəaliyyətini davam etdirməkdən imtina edirlər? Nədən öz ixtisasları üzrə müəllim adını daşıyan kadrlar məhz şəhərdə fəaliyyət göstərməyə üstünlük verirlər? Görünür kənd və rayonlarda doğulub, boya-başa çatan gənclər həyat şəraiti çətin olduğundan, kiçik yaşlarından şəhər həyatını yaşamağa can atır və bu arzuyla da öz gələcəklərini qururlar. 
Nəzərinizə çatdırım ki, müəllimdən söz getmişkən müasir dövrümüzdə müəllim adına ictimayyət arasında çox ucuz münasibət var. Hətta sürücüyə də müəllim deyə müraciət edirlər. Bu gün müəllimlərin sosial baxımdan maddi rifah halının yetərincə təmin olunmaması müəllim adının alçaldılmasında əsas rol oynayır. Yəni bu gün müəllim maddi cəhətdən tələbə və valideyndən asılı vəziyyətdədir. Çox təəssüf ki, müəllimlərin əmək haqqları az olduğundan fərdi şəkildə evlərdə tələbə hazırlamağa üstünlük verirlər. Çünki dövlət tərəfindən ödənilən 180 ya 200 manat arası verilən məvacib müəllimlərin yaşayışını təmin etmir. Elə müəllimlər var ki, dərs bitdikdən sonra başqa əmək fəaliyyəti ilə məşğul olurlar. Bəziləri isə dərs saatı az olduğundan başqa-başqa məktəblərdə kadr qıtlığından başqa fənndən dərs deməklə bir təhər başını saxlayır. Düşündürücü məqam budur ki, niyə dövlət müəllimin xəstəsini, xeyr- şərini və müəyyən ehtiyaclarını nəzərə almır? Məni narahat edən isə müəllimlərin özlərinə olan haqsızlıqlarla barışaraq, iş yerlərini itirmək təhlükəsi ilə üzləşməməsi üçün susmağa məhkum olmalarıdir. Məncə müəllimin qələmi haqsızlığa qarşı həmişə iti və zirək vəziyyətdə bu və buna bənzər hadisələrin öhdəsindən gəlməlidir. Hətta bəzi müəllim dostlar var ki, onlarla vəziyyətləri barədə müsahibə aparmaq istəmişəm, lakin verəcəyim suallara cavab verməkdən imtina ediblər. Görəsən axı, nədir müəllimlərin dilinə möhür vuran? Niyə susurlar, niyə öz haqqlarını tələb etmirlər? Axı müəllim ictimayyətin yazan əli, görən gözüdür. Bu gün iş başında olub öz kürsülərinə möhkəm sarılan məmurlar niyə unudurlar ki, onları bu mərtəbəyə ucaldan müəllim olub?! (Hansıki Milli Məclisin millət vəkili olan Hadi Rəcəblini də müəllim yetişdirib.) Təəssüflər olsun ki, hörmətli Hadi Rəcəbli müəllim adına ögey münasibət bəsləyərək bu adın ucalığına kölgə salır. Onun gözündə müəllim dülgər, fəhlə, bənna da ola bilər. Hadi Rəcəbli düşünürsə ki, müəllimlərin ikinci peşəsi olmalıdır, müəyyən qədər bu fikirləri kişi müəllimlərinə şamil etmək olar, bəs qadın müəllimələr ikinci peşə kimi hansı işlərdə fəliyyət göstərməlidir? Dediklərindən belə məlum olur ki, qadın müəllimələr dərs saatı bitdikdən sonra öz müəllim adını qorumaqla yanaşı restoranların birində aşpaz,ya da qabyuyan işləməlidir ki, ailəsinə əlavə gəlir apara bilsin?! Maraqlı məntiqdir. Görəsən, millət vəkili Hadi Rəcəbli bu fikri ictimaiyyətə yaymaqda məqsəd və məramı nə olub? Gəlin bir anlıq müəllimlərsiz cəmiyyətdə nəyin baş verə biləcəyini düşünək. Təəssüf doğurası suallardan biri də budur ki, niyə Təhsil Nazirliyinin münasibəti müəllimlərə qarşı birtərəflidir? Düzdür, hərdən eşidirik müəllimlərin məvacibləri müəyyən qədər artırıldı. Araşdırma zamanı nəzərə çarpır ki, qəbul olunan qanun attestasiyadan kecmiş müəllimlərə şamil edilir. Maraqlıdır, nədən müəllimin savadı və biliyi dərəcələrə ayrılıb müəyyən ballarla qiymətləndirilməli və toplayacağı ballar onun məvacibinə təsir etməlidir? Bu ayrıseçkiliyin səbəbi nədir? Yuxarıda göstərilən faktlar bəzi müəllimlərin öz ixtisaslarından imtina etməsinə gətirib çıxarmırmı? 
Bu məqaləni yazmaqda məqsədim isə sosial şəbəkədə oxuduğum bir yazının mənə yaşatdığı acı oldu. Oxuduğum məqalədə qeyd olunur ki, ali təhsilli müəllim ailəsini maddi cəhətdən təmin edə bilmədiyindən müəllim peşəsindən imtina edərək şirkətlərin birində fəhlə kimi çalışmağa başlayır. Günün birində taleh onu əvvəllər dərs dediyi tələbəsi ilə qarşılaşdırır. Maraqlı cəhət budur ki, təhsil aldığı müddətdə bivec olan bu uşaq, bu gün vəzifə başındadır və müəllimin onun qapısında etdiyi “hamballığa” tamaşa edir və deyir: ” Müəllim zaman vardı deyirdin, səndən heçnə olası deyil. Amma baxın siz savadlı müəllim, mən isə sizin sevmədiyiniz tələbəyəm.” Yuxarıda qeyd etdiyim kimi, xanım müəllimələr ikinci peşə olaraq restoran və kafelərdə əlavə gəlir üçün əmək sərf edib qabyuyan, aşpaz ya ofisant işləyirsə təsadüfən rast gəldiyi tələbəsinin üzünə bəs necə baxsın? Bu halda məni təsirləndirən hadisədə olduğu kimi müəllim bivec tələbəsinin yanında başını aşağı dikir və deməyə söz tapmır. Sizcə baş verənlər müəllim adına həqarət deyilmi? Nədən müəllimlər bu qədər alçaldılmalıdır? Yazının müəllifi yadımda qalmasa da, real hadisəni işıqlandıran müəllim tələbə qarşılaşması mənə hədsiz təsir etdi. Çünki mənim də atam zamanında şərəfli peşələrdən sayılan müəllim adını daşıyıb. Müəllim adına böyük hörmətim olduğundan müəllim deyiləndə gözümün önünə Nizamini, Fizulini bizə bəxş edən ZİYA gəlir. Bu ziya çox gözlərə nur olub. Dünya var olandan müəllimlər bizlərə kimləri bəxş etməyib ki?! İnsan nə qədər yolunu azmış olsun ki, bu həqiqətləri görməzdən gəlsin. Mən Sovetlər dönəmində təhsil almışam və müəllimə hörmətlə yanaşı, onun sosial baxımdan əziyyət çəkməməsinin şahidi olmuşam. Atam stajlı kadr kimi 180 rus rublu məvacib alırdı. Bizim ailəmizin də dövrünə görə heç bir maddi sıxıntısı olmayıb. O dövrdə atam fərdi müəllim kimi tələbə də hazırlaşdırmırdı. Yəni o dövrün müəllimləri belə bir duruma əl ataraq öz müəllim adlarına ləkə gətirməzdilər. Unutmayaq ki, söhbət bəyənmədiyimiz Sovet dönəmindən gedir. O dövrlər müəllimə yetərincə hörmət vardı. Əgər tələbə küçədə və hansısa məclisdə öz müəllimi ilə rastlaşardısa vəziyyətdən asılı olmayaraq öz sevimli müəllimi ilə ehtiramla görüşər , hal-əhval tutardılar. Bəs bu gün Müstəqil Azərbaycanda hansı vəziyyət hökm sürür? Bütün bunları görüb və eşitdikdən sonra görəsən, Avropalaşan dövlətimizdə müəllimi öz bilik və elminin köləsinə çevirən Təhsil Nazirliyi bizə lazımdırmı?! Bu gün müəllim dolanışıq dərdindəm elmini ikinci plana atır. Yaşadıqları isə müəllimin təfəkküründə iz qoyaraq onun elm və savadını kölgə altına salır. Əfsuslar olsun ki, bu aşınmalar gələcək nəsillərin elm və bilik səviyyəsində özünü göstərəcək. 
P.S. SOS Həyəcan siqnalını çalmağın zamanı deyilmi? Azərbaycan təhsilini nə gözləyir? Verilən sualın cavabı yaxın gələcəkdə öz əksini tapacaq. Fərdi şəkildə müəllimlər gələcəyin tələbələrini öz evlərində hazırlaşdırırsa,yuxarıda qeyd etdiyim kimi bizə Təhsil Nazirliyi lazımdırmı...????!!!...Çünki oxumaq arzusunda olan uşaqlar tələbə adını qazanmaq üçün məktələrdə keçirilən dərs saatlarında iştirak etməkdən imtina edirlər. Maraqlısı budur ki, bu kimi hadisələrin baş vermə səbələrinin arxasında nələr durur. Nədən Azərbaycan təhsili uçuruma yuvarlanmaqdadır???? 

 

TƏRANƏ ŞƏMS.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam