Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

AĞACI BELƏ KƏSƏRLƏR

 

Bu qış yaman sərt gəlmişdi.Qar-çovğun göz açmağa imkan vermirdi.Rafiqin peçə qoyub yandırmağa həyət-bacasında bir çöpü belə yox idi.Uşaqlar bütün günü yorğanın altından çıxmırdılar.Ona görə də Rafiq balta,kəndir götürüb yaxınlıqdakı meşəyə yollandı.O,meşəbəyi Muxtarın yaxşı yeyib-içən olduğunu bilirdi.Ona görə də babat hazırlıq görmüşdü.Əslində meşədən quru çör-çöp kəsməyə “hazırlıq”lazım da deyildi.Amma hamı Muxtarın necə nəfsi iti olduğunu bilirdi.Təmənnasız da kimsəyə əl yetirməzdi.

Yenixeber.org: Kəndirlə heybə çiynində,balta əlində Rafiq dərəylə üzü yuxarı qalxırdı ki,harda quru budaq görsə kəsin,yaxşı bir sürütmə düzəldib aparsın.Ağaclar yarpaqlarını tökdüyündən və budaqların üstü qarla örtüldüyündən Rafiq quru ilə yaşı ayrıd eləməkdə çətinlik çəkirdi.Bəzən quru bilib balta vurduğu budaq yaş çıxırdı və bu yerdə öz-özünə: Əlin qurusun Rafiq,korsan? Bu cavanı niyə yaraladın,bu soyuqda onun yarasını kim sarıyacaq?-deyə özünü danlayırdı.O,dərə yuxarı bir az da qalxıb “novlu”bulağın yanından ətrafa baxdı və yaxınlıqda qurumuş iri bir ağac gördü.Sevindi,çiynindəki azuqəni və kəndiri yerə qoydu.Başladı qurumuş ağacı kəsməyə.Elə ağaca bir,iki balta vurmuşdu ki,meşəbəyi Muxtar başının üstünü quzğun kimi kəsdirdi,salam- kalamsız:-Ə,bu meşəni niyə qırıb talayırsan? Məyər yiyəsi ölüb? Muxtar meşənin yiyəsi deyəndə dövləti yox,özünü nəzərdə tuturdu.Neçə illər idi meşəni dədəsi kor Qəşəminki bilib talayırdı.

Rafiq eşitdiyi səsə əlini saxladı,çevrilib arxaya baxdı.Meşəbəyi Muxtarı gördü,baltanı yerə dirəyib dizini yerdən qaldırdı:- Salam ay Muxdar,nə var,nə yox? Muxtar Rafiqin salamını belə almadan,onu özünün heç vaxt əməl etmədiyi qanunla hədələdi.

-Bilirsən ağac kəsməyin cəzasının nə olduğunu?-deyə Rafiqə bir az da yaxınlaşıb soruşdu.

-Niyə bilmirəm a Muxtar,uşaqzad deyiləm ki.Birdə mən yaş ağacı kəsmirəm ,qurusunu kəsirəm.Mən bilən quru ağacı kəsməyə görə də,qanunda cəza maddəsi yoxdur.

Muxtar səsini bir az da qaldırıb,Rafiqin üstünə yeridi.

-Ə,sən mənə- 20 il meşəbəyi işləyən Muxtara qanun dərsi keçəcəksən?

Rafiq gördü ki,Muxtarı sakitləşdirmək,yola gətirmək çətinləşir,başladı söhbətin səmtini dəyişməyə:

-Ay rəhmətliyin oğlu,nə tutmusan qanunun yaxasından? Vallah,tam qanunla yaşasaq beş günlük dünyada yediyimiz-içdiyimiz burnumuzdan gələr ki.Bir də,qanunu hər yerdə işlətməzlər.Məsəl üçün dərənin dibində,”novlu” bulağın başında qanun yox,yaxşı yemək-içmək olar.Allah bərəkət versin,yemək-içmək də ki,var.Əli boş gəlməmişəm.

Muxtar Rafiqdən “yemək-içmək də ki,var” kəlməsini eşidəcək köpü yatdı,yumuşaldı,qar kimi əriyib ağacların dibinə axdı,sınayıcı tonla:

-Bu soyuqda,çölün düzündə yemək hardandı ə? Rafiq tazyanəni sarı simə vaxtında,məqamında vurmuşdu.Muxtarın necə əyyaş,bir qədəh arağa mənliyini,şərəfini(hərçənd ki,onların heç biri onda yox idi) itirməyə belə hazır olduğunu hamı kimi Rafiq də bilirdi.Ona görə özündən razı halda:

-A Muxtar,məni heç də ədəb-ərkansız adam billmə.Sənin hüzuruna başı xamırlıyla,qızardılmış beçəylə gəlmişəm.Yaxın dur,köməkli çır-çırpıdan bir ocaq çatıb rahat,buğlana-buğlana bizə görə dünyanın ən füsünkar yerində dünyanın beş günündən birini yola verək, qalsın dördü-deyə danışığına poetik cümlələr qatdı.Ocaq çırtha-çırtla yanırdı.Rafiqlə Muxtar isti ocağın qırağında badə tokkuşdururdular,sağlıq-sağlıq üstündən deyildi,doxsan faizi də meşəbəyinin sağlığına.İçəridən tut arağının,çöldən də ocağın istisi Muxdarı hallandırmışdı.Bütün nöqsanlarına baxmayaraq Muxdarın bir gözəl xasiyyəti vardı,elə ki,dilinə “ceyran südü” dəyirdi olurdu quzu balası.Böyüyə,kiçiyə mehirbanlıq,səmimiyyət göstərirdi.İndi də olmuşdu “quzu balası”.İndi də Rafiqə mehirbanlığını göstərirdi.Son çappa stakanı başına çəkdi.Kefi durulmuş meşəbəyi baltanı götürüb,cavan bir palıdın yanına gəldi.Əliylə dibindəki qarı yer bərabəri sildi,dizini yerə qoyub əlinə tüpürdü və bir-birinə sürtüb cavan palıdı kəsməyə başladı.Rafiq ona mane olmaq istədi,amma bacarmadı.Çox keçmədi ki,palıd şapıltıyla yerə gəldi.Muxdar qarı eşələyib xəzəl tapdı və kötüyün üstünə tökdü.Palıdın yarpağını özünə kəfən elədi və qalib bir ədayla:

-Bax,ağacı belə kəsərlər!-deyib kəsdiyi palıd kimi özü də qarın üstünə düşdü.Rafiq cəld baltanı torbay qoyub ağzını bağladı.Muxtarı ocağın qırağında qoyub kəsdiyi odunu sürütmə eləyib evə apardı.

Aradan iki gün keçməmişdi ki,Muxtarı rayon polis şöbəsinə çağırdılar.Vəzifə səlahiyyətlərini aşıb cavan palıd ağacını kəsdiyinə görə işdən azad elədilər və yüksək məbləğdə çərimə kəsdilər.Maddi dəlil kimi ortada balta və baltanın sapında əl izləri vardı.Bu dəfə Muxdar özü də bilmədən böyük səhv edib ağacı özü kəsmişdi.

Məhərrəm Şəmkirli

AYB-nin və AJB-nin üzvü.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam