Ağacı belə kəsərlər
Hekayə
"Xeberinfo.com": Qış yaman sərt gəlmişdi. Qar- çovğun göz açmağa imkan vermirdi. Rafiqin peçə qoyub yandırmağa həyət- bacasında bir çöpü də yox idi. Uşaqlar bütün günü soyuqdan yorğanın altından çıxmırdılar. Ona görə də Rafiq balta, kəndir götürüb yaxınlıqdakı meşəyə yollandı. O, meşəbəyi Muxtarın da yaxşı yeyib- içən olduğunu bilirdi.Ona görə də yüngülvari hazırlıq görmüşdü. Əslində meşədən quru çör-çöp kəsməyə "hazırlıq" lazım da deyildi. Amma hamı Muxtarın nəfsinin iti olduğunu bilirdi.
Kəndir çiynində, balta əlində Rafiq dərəylə üzü yuxarı qalxırdı ki, harda quru ağac görsə kəsib yaxşı bir sürütmə düzəldib aparsın. Ağaclar yarpaqlarını tökdüyündən və budaqların üstünün qarla örtüldüyündən Rafiq quru ilə yaşı ayrıd etməkdə çətinlik çəkirdi. Bəzən quru bilib balta vurduğu ağac yaş çıxırdı və bu yerdə öz-özünə: Əlin qurusun Rafiq, korsan? Bu cavanı niyə yaraladın, bu soyuqda onun yarasını kim sarıyacaq?- deyə özünü danlayırdı. O dərə yuxarı bir az da qalxıb "novlu" bulağın yanından ətrafa baxdı və yaxınlıqda qurumuş iri bir ağac gördü. Sevindi, çiynyndəki azuqəni və kəndiri yerə qoydu. Başladı qurumuş ağacı kəsməyə. Elə ağaca bir, iki balta vurmuşdu ki, meşəbəyi Muxtar başının üstünü kəsdirdi. salam kalamsız:
-Ə,bu meşəni niyə qırıb talayırsan? Məyər yiyəsi ölüb?
Rafiq eşitdiyi səsə əlini saxladı, çevrilib arxaya baxdı. Meşəbəyi Muxtarı gördü, baltanı yerə dirəyib dizini yerdən qaldırdı:
-Salam ay Muxtar, nə var. nə yox?- deyə onun kefini soruşdu. Muxtar Rafiqin salamını belə almadan, onu özünün əməl etmədiyi qanunla hədələdi.
- Bilirsən ağac kəsməyin cəzasını?- deyə Rafiqə bir az da yaxınlaşıb soruşdu.
- Niyə bilmirəm a Muxtar, uşaq- zad deyiləm ki? Birdə mən yaş ağacı kəsmirəm ki, quru ağacı kəsirəm. Mən bilən quru ağacı kəsməyə görə də, qanunda cəza maddəsi yoxdur.
Muxtar səsini bir az da qaldırıb, Rafiqin üstünə yeridi:
- Ə,sən mənə- 20 il meşəbəyi işləyən Muxtara qanun dərsi keçəcəksən?
Rafiq gördü ki, Muxtarı sakitləşdirmək, yola gətirmək çətinləşir, başladı söhbətin səmtini dəyişməyə.
- Ay rəhmətliyin oğlu, nə tutmusan qanunun yaxasından? Vallah, tam qanunla yaşasaq beş gülük dünyada yediyimiz- içdiyimiz burnumuzdan gələr ki. Bir də, qanunu hər yerdə işlətməzlər. Məsəl üçün dərənin içində, "novlu" bulağın başında qanun yox, yaxşı yemək- içmək olar. Allah bərəkət versin, yemək- içmək də ki, var. Əli boş gəlməmişəm.
Muxtar Rafiqdən "yemək- içmək də ki, var" kəlməsini eşidəcək köpü yatdı, yumuşaldı, sınayıcı tonla:
-Bu soyuqda, çölün düzündə yemək hardandı ə?
Rafiq tazyanəni sarı simə vaxtında vurmuşdu. Muxtarım necə əyyaş , bir qədəh arağa mənliyini, şərəfini itirməyə belə hazır olduğunu hamı kimi Rafik də bilirdi. Ona görə özündən razı halda:
- A Muxtar, məni heç də ədəb- ərkansız adam bilmə. Sənin hüzuruna başıxamırlıyla, qızardılmış beçəylə gəlmişəm. Yaxın dur, köməkli çır-çırpıdan bir ocaq çatıb rahat. buğlana- buğlana bu füsünkar yerdə dünyanın beş günündən birini yola verək- deyə danışığına poetik cümlələr qatdı.
Ocaq çırtha-çırtla yanırdı. Rafiqlə Muxtar isti ocağın qırağında badə tokkuşdurdular sağlıq sağlıq üstündən deyildi,hamsı da meşəbəyinin sağlığına. İçəridən tut arağının, çöldən də ocağın istisi Muradı hallandırmışdı. Bütün noqsanlarına baxmayaraq Muradın bir gözəl xasiyyəti vardı elə ki, dilinə "ceyran südü" dəyirdi olurdu quzu balası. Böyüyə, kiçiyə mehirbanlıq, səmimiyyət göstərirdi. İndi də olmuşdu "quzu balası". Rafiqə mehirbanlığını göstərirdi. Son çappa stakanı başına çəkdi. Kefi durulmuş meşəbəyi baltanı götürüb, cavan bir palıdın yanına gəldi. Əliylə dibindəki qarı yer bərabəri sildi, dizini yerə qoyub hayxırıb əlinə bir lomba tüpürdü və bir-birinə sürtüb baltanı götürüb cavan palıdı kəsməyə başladı. Rafiq ona mane olmaq istədi, amma bacarmadı. Çox keçmədi ki, palıd şapıltıyla yerə gəldi. Murad qarı eşələyib xəzəl tapdı və kötüyün üstünə tökdü və qalib biri kimi:
- Bax, ağacı belə kəsərlər- deyib kəsdiyi palıd kimi özü də qarın üstünə düşdü. Rafiq cəld baltanı salafan torbaya qoyub ağzını bağladı.Muxtarı orda qoyub yığdığı quru ağacları bağlayıb evə yollandı.
Aradan iki gün keçmişdi ki, Muxtarı rayon polis şöbəsinə çağırdılar. Vəzifə səlahiyyətlərini aşdığına və cavan palıd ağaçını kəsdiyinə görə işdən azad elədilər və yüksək məbləğdə cərimə kəsdilər.Maddi dəlil kimi ortada balta və baltanın sapında əl izləri vardı. Bu dəfə özüdə bilmədən böyük səhv edib ağacı özü kəsmişdi.
Məhərrəm Şəmkirli