Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

ÖLƏ BİLMƏYƏN QƏŞƏM KİŞİ

 

75 yaşlı Qəşəm kişinin səkkiz nəfərlik ailəsi də növbəti köç siyahıyasına salınmışdı.Bir neçə gündən sonra 30 illik həsrətə soy qoyulacaydı.Bütün ailə sevinc içindəydi.

Yenixeber.org: Zarafat deyildi,bir igidin ömrü qədər eldən-obadan uzaq düşmüşdülər.Amma Qəşəm kişi qəfildən xəstələnmişdi.Doğmaları onu bir neçə həkimə göstərmişdilər,həkimlərin hamsı eyni sözü demişdilər: “Sağalmağı mümkün deyil,aparın öz evində ölsün”demişdilər. O, dördüncü gün idi ki,yataqda can verirdi.Qohum- əqraba çarpayısının başına yığılmışdılar.Qəşəm kişinin ölməyini gözləyirdilər.Amma Qəşəm kişi nə ölmək istəyirdi,nə də ölə bilirdi.Çuxura düşmüş gözlərindən çox aydın oxumaq olurdu: “Nolar Tanrım,məni qoyma ölüm,bir az möhlət ver.Mən 30 il həsrət qaldığım torpağımı görmək istəyirəm,imkan ver doğma vətəndə ölüm, əcdadlarım uyuduğu torpağda dəfin olunum”.Bizdə olan elə bir duyğu var ki, bəlkədə dünyanın çox millətində o yoxdur.Bu müqəddəs olan ocaq və torpaq duyğusudur ki,biz ona daha çox bağlanmışıq.Doğulduğumuz,öyrəşdiyimiz torpağa ana-atamıza bağlandığımız kimi bağlanırıq.Bu torpaqda dünyanın ən gözəl yerində belə tapa bilmədiyimiz rahatlığı tapırıq.Burda yaşamaq gözəl olur,ölmək də rahat.Fani dünyanın əzabları,ağrıları burda yaddan çıxır,unudulur.Özünü quş kimi  hiss edirsən.Ölüm adlı kabusun vahiməsindən,qorxusundan qurtulursan,ölümə meydan oxuyursan.Əbədi uyuyan doğmalarınla,tanışlarınla sanki görüşə gedirsən.

Doğma torpağa qayıtmaq üçün yüzlərlə,bəlkədə minlərlə adam Qəşəm kişi kimi beləcəTanrıya gecə-gündüz yalvarmışdılar ki,onları öldürməsin,möhlət versin. Onlar da heç olmasa bir gün də olsa 30 il həsrətini çəkdikləri eldə,obada gəzsin,lap dizin-dizin sürünsün.Amma yüzlərlə,minlərlə ölüm ayağında olan,əllərini onun dərgahına uzadanların son arzu,istəyini Tanrı nəzərə almamışdı,yerinə yetirməmişdi.Onlar da doğulduqları,boya-başa çatdıqları doğma torpaqda yox,başqa-yad yerdə torpağa tapşırılmışdılar.Yad yerdə deyəndə bura da Vətənin bir parçasıydı.Amma bir var ata-babanın uyuduğu torpaqda dəfin olunasan,bir də var,sənə yad olan insanlarla gor qonşusu olasan. Bu Tanrının bəndəsinə olan haqsızlığıydı,insafsızlığıydı.

Qəşəm kişi dörd gün idi ki,Tanrının haqsızlığıyla üzbə-üz qalmışdı.Qəşəm kişiyə görə Tanrının insafı, filanı yox idi.Hər şey onun əlindəydi,istəsəydi Qəşəm kişinin arzusunu yerinə yetirər,köçkünlərin növbəti köçünün doğma yerlərə qayıtmasını bir neçə gün də gözləyərdi.Qəşəm kişi də sağ-salamat 30 il həsrətində olduğu torpağına qovuşar,bu günə görə əlini açıb Tanrıya şükürlər oxuyar,əyilib torpağı öpərdi. Yeri göyü yaradan Tanrının 30 il yer-yurd həsrətiylə göyüm-göynəyən,sızım-sızım sızlayan bir bəndəsinin ölümünü bir həftə saxlaya bilməz?  Bilər,niyə də bilməsin.Məyər hər şey onun əlində deyil?

Bir kənddən olan,uzun illər Qəşəm kişiylə dostluq  edən Məmməd kişi də neçə gün idi ki,bu qapıya gəlib-gedir Qəşəm kişini tək qoymurdu. Hətta o gün Məmməd kişi onları doğma torpaqlara yola salanların böyüyünün yanına getmiş,öz adının yerinə Qəşəm kişinin adını yazdırmışdı.Növbəti köçün yola düşməsinə ikicə gün qalmışdı.Hamı sevinc içində idi.Bu 30 illik həsrətin sevinci idi.Bu sevinc möcüzə kimi bir şey idi.Həsrətdən belləri əyilmişlərin belini düzəltmişdi,üzü gülməyənlərin üzünə sevinc gətirmişdi.

Xalq arasında belə bir söz vardı,kimsə kimsəyə bir balaca haqsızlıq eləyib haqqını yeyəndə ona deyirdilər,”Allah sənə insaf versin,ay filankəs”.İndi Allah Qəşəm kişiyə haqsızlıq edirdi.Özünün iki günündən ona möhlət vermirdi.Allaha da demək olmazdı ki,ay Allah,filankəs sənə insaf versin.Hər şeyi verən də,alan da o idi.Ona görə də ondan belə bir xahişi kimsə eləyə bilməzdi.

Qəfildən Qəşəm kişinin üzü nurlandı,əhvalı dəyişdi.Başının üstündə duranlara nəzər salıb gülümsədi və keçindi.

Bir neçə gündən sonra növbəti köç karvanı yola düşdü.Bu köçlə birlikdə Qışım kişinin cəsədi və ruhu da gedirdi.

Məhərrəm Şəmkirli


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam