Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

İNSAN OLMAQ XOŞBƏXTLİYİ

                                

Türk dünyasının böyük filosofu Asif Ata deyir: “İnsanlaşın- insanlaşdırın!”

Yenixeber.org: Neçəki insan yer üzünün əşrəfidir dünya əmin-amanlıqda yaşayacaq.Nə vaxt ki, dünyada haqq öz yerini nahaqqa verir-səsini çıxarmayıb onunla barışırsan,həyatın gedişi mənfiyə doğru gedir susursan,ürəyinin və evinin qapısını doğmalarının,yaxınlarının üzünə bağlayırsan,yalana,böhtana,həqarətə laqeyid qalırsan və s.Bax bu vaxt sən insanlıqdan uzaqlaşıb adam olursan.Sən sürətlə biganəlik,diqqətsizlik,laqeyidlik sindiromuna yoluxursan.Uçuruma düşənin əlindən tutub ona kömək etmirsən,korun qoluna girib yoldan keçirmirsən,”mənə nə” deyib yanından keçirsən.Və beləcə sənin laqeydliyin,biganəliyin,qalınqabırğalılığın ucbatından uçuruma düşən uçurumda ölür,koru yol keçəndə maşın vurur.

 Dəyərli dostum yazı-jurnalist Hüseyin Məmmədov “Yaralı durna” adlı povest və hekayələr kitabını xeyli vaxtdır ki,avtoqrafla mənə hədiyyə edib.Mənim də boyun borcum idi ki,onun sadiq dostu və oxucusu kimi “Yaralı durna”kitabını “isti-isti”oxuyub,fikirlərimi yazmalıydım.Doğrudur,kitabı “isti-isti”oxudum,amma müəyyən səbəblərdən fikirlərimi yazıb nə özünə,nə də oxuculara çatdıra bilmədim. Nəhayət ki,buna gec də olsa imkan tapdım.

 Son vaxtlar oxuduğum nəsir kitablarından,qəzet və jurnallarda çıxan hekayə,povestlərdən məndə belə bir fikir yarandı ki,bu gün nəsrimizdə bir canlanma,bir irəliləyiş var.Vaxt vardı özünü dahi sayanlar,ədəbiyyatın boşluğundan istifadə edib “meydan sulayıb,at oynadanlar”vardı.Onların əlindən (oxu,zor,xoş sırıdığı kitablardan) hazırlıqlı oxucu bezmişdi,təngə gəlmişdi.Hətta deyərdim ki,iyrənmişdi.Çox şükürlər olsun ki,onlar yavaş-yavaş da olsa ədəbiyyat meydanından çıxmaqdadırlar.Axı söz meydanında söz adamları olmalıdır.Mənim fikirimcə hay-küylü müəlliflər oxucu qazanmırlar,əksinə onu itirirlər.Bu gün intellektual oxucuya bədi zövqün məhsulu olan əsərlər lazımdır.

 Hüseyin Məmmədov dəst-xətti özündə həm xalq yaradıcılığını dərindən bilməsilə,həm də yazıçı istedadını birləşdirir.”Yaşamaq istəyirəm”povestindəki həssaslıq,insan münasibətlərinin ən məhrəm nöqtələrinə,məqamlarına toxunmaq onun əsil insanlığından gəlir.Bir fərd olaraq Hüseyin Məmmədov ünsüyətçildir,diqqətlidir,qayğıkeşdir,mehirbandır,dostun sevincinə sevinən,kədərinə şərik olandır.

 Povestin qəhramanı Vaqif qərb rayonlarının birində -ucqar dağ kəndində dünyaya gəlib.Və o da bütün uşaqlar kimi dağ yamacında,onun quzeyində,güneyində qoyun-quzu otarıb,at minib,odun doğrayıb,ot biçib,uşaqlarla deyib,gülüb.Böyük arzularla orta məktəbi yaxşı qiymətlərlə başa vurub.Ali təhsil almaq üçün Bakıya gəlib.Amma onun müəllim olmaq arzusu çin olmur-müvəffəq qiymətlər alıb tələbə adını ala bilmir,kəndlərinə-valideyinlərinin yanına qayıdır.Müəyyən işlərdə onlara əl yetirib kömək edir.Bir müdətdən sonra isə yenidən Bakıya gəlir və fabirikdə işə düzəlir.Qəbul vaxtı yenidən sənədlərini insituta verir və bu dəfə qəbul olunur.Quş qanadlı illər bir-birini əvəz edir və Vaqif ali məktəbi bitirib Bakı məktəblərinin birinə ədəbiyyat müəllimi təyin olunur.

 Məsəl var deyirlər: “Sən saydığını say,gör fələk nə sayır”. Amma bu dəfə fələk yox,siyasət və siyasi rəhbərlər sayır.70 il ömür sürən “qardaşlıq birliyi”adlı zorən yaradılmış məmləkət sabun köpüyü kimi dağılır.Xalqlar həbsxanasından ayrılıb müstəqillik qazanan hər bir respublika və onun vətəndaşları ilk vaxtlar böyük çətinliklərlə üzləşirlər.Artıq müəllimliklə,ziyalılıqla ailə saxlamaq olmur.Maddiyyət  mənəviyyatı üstələyir.Dolanışıq vəziyyəti ağır olan Vaqif müəllimlik peşəsindən ayrılıb tikintiyə üz tutur.Həyatdan küskün və incik bir ömür yaşayır. Bu azmış kimi bir gün işdən evə gedəndə dəhşətli bir mənzərəylə rastlaşır.Respublika Klinik Xəstəxananın həyətində iki tibb bacısı meyiti üstü açıq şəkildə arabayla morqa aparır.Vaqif bundan bərk sarsılır.Və sonralar bunun nəticəsi olaraq onun ayaqlarında kəskin ağrılar baş qaldırır,tədricən ayaqları tutulmağa başlayır.Həkimə getmək,özünü müainə etdirmək istəyir,ancaq içindəki ruh düşkünlüyü buna imkan vermir.Bir gün işə gələndə qəfildən avtobusda üzüstə salona yıxılır.Ətrafdakılar ona kömək etmək əvəzinə,onu  səhər-səhər içməkdə suçlayırlar.Lakin o,içmədiyini,ayaqlarının sözünə baxmadığını deyir.Kim idi ona inanan.Yaxşı ki,növbəti dayanacaqda avtobusa tələbə qızlar minir və onlar hələ də yerdə halsız halda uzanıb qalan Vaqifi ayağa qaldırıb, yardım göstərirlər.Axırıncı dayanacaqda onu avtobusdan düşürüb xəstəxanaya aparırlar.Qəbul şöbəsinin müdiri həkim Sərdar Bədəlov qızlara Vaqifin və özünün adından minnətdarlığını bildirir. Dünyanın bu qarışıq və çətin vaxtında insanlığın yaşadığına sevinir,qızların hərəkətini təqdir edir.Və eyni zamanda Vaqifə əsil həkim qayğısı göstərib onu müainə edir.

 Bu yerdə Asif Atanın sözləri yada düşür.    Böyük filosof deyir: “Adam ölümə layiqdir.Ancaq Adamın İnsan olmaq imkanı var.Ölüm insana yaraşmır”. Burdan da belə bir nəticəyə gəlmək olur ki,daxili aləmi bulanıq,çirkin olan,cılız duyğularla yaşan adamlar insan ola bilməzlər.Avtobusdakı sərnişinlər adamdılar,onların insan olmaq ehtimalı da sıfıra bərabərdir.Çünki hamsı laqeyidlik,biganəlik sindiromunun daşıyıcılarıdır.

 Həyat yaxşı insanlarıyla gözəl və yaşamalıdır.Hüseyin Məmmədovun qəhramanları-Asim Mollazadə.Aydın Əliyev,Kəmalə həkim,Sərdar Bədəlov,tibb bacıları Rəfiqə,Mirvari xanımlar kimi bir dünyada yaşamaq necə gözəl və şirindir.Bu insanlar  Hippokrat andına sadiq qalan həkimlər və tibb işçiləridir.Onlar üçün insan həyatı hər şeydən önəmli və dəyərlidir.”... bəşər övladı Məxluq kimi dünyaya gəlir,Adam kimi mövcud olur,İnsan kimi yenidən doğulur”,deyir Asif Ata.Bu məntiqdən yanaşdıqda insan olmaq xoşbəxtliyi elə budur.

 “Yaşamaq istəyirəm” povestindəki surətlərin içində böyük Allah sevgisi var.Əgər insanın içində Allah sevgisi yoxdursa,onda insanlığını itirir,olur adam. Və beləliklə incə, mərhəm hisslərdən,duyğulardan məhrum olur.

 Çox vaxt biri biri haqqında məlumat almaq istəyəndə soruşur: “Nə təhər adamdı”? .O,da incik halda deyir ki,adamdı də.Demək adamdı,ancaq insanlıq mərtəbəsinə yüksəlməyib.Dad belələrinin əlindən.Cəmiyyət belələrinin ucbatından gözdən düşür.Belələrində nəyinki insan sevgisi,heç millət,vətən sevgisi də olmur.

 Povestin əsas obrazlarından biri olan Sərdar həkim müqəddəsliyi dəyərləndirə bilən,sevgiyə,sədaqətə duyarlı olan,dostunu qardaşından ayırmayan bir insandı.Sərdar həkim həmi də söz adamıdır,incə qəlbli şairdir.İlhamı gələndə qələmə sarılır,içindəki duyğuları,hissiləri kağıza köçürür.İlk şeirlərini xalası oğlu,bacanağı Vaqifə oxuyur.Vaqif  tikintidə fəhlə işləməyinə baxmayaraq ali təhsilli ədəbiyyat müəlimidir.Sözə dəyər verməyi bacarır,ona görə də Sərdar həkimə bu yolda uğurlar diləyir.

 Kəmalə xanım Vaqifin palata həkimidir.O,bu günün həkimlərindən köklü surətdə fərqlənin,xəstənin cibinə girmir,yalançı nüsxələr yazıb,dərmanları yalnız şərik olduğu  aptekdən almağı tələb etmir, bir bacarıqlı həkim və vicdanlı insan kimi xəstəsini tezliklə sağaldıb ayağa qaldırmağa çalışır.İş o yerə çatır ki,Kəmalə xanım Vaqif üçün öz cibindən pul verib dərman alır.Bu təmənasızlıq onu oxucu gözündə ucaldır.

 Povestin aparıcı surətlərindən biri də qəbul şöbəsinin müdiri Sərdar Bədəlovdur.Vaqif əsər boyu Sərdar həkimə xala oğlu,bacanaq kimi müraciət edir.Elə xəstəxanadakı həkimlər,tibb bacıları,Vaqiflə bir palatada yatan xəstələr də onları xala oğlu kimi tanıyırlar.Amma həqiqətdə isə onlar xala oğlu yox,sadiq dost və qardaşdırlar.Bu dostluq ən yüksək zirvədə dayanan dostluqdur.Mahnıda deyildiyi kimi “dost ya bir olar,ya iki”. Vaqifin ürək dostu bir,iki deyil,daha çoxdur.O,bu dostları elə-belə qazanmayıb.İnsanlara qarşı olan sevgisi,diqqəti,mehirbançılığı,daxili təmizliyi ona çoxlu dost qazandırıb.

 Qardaşın qardaşa eləmədiyi yaxşılığı Sərdar həkim Vaqifə eləyir.Onun xəstəxanadan çıxması şərəfinə qurban kəsib bütöv bir cəmdəyi onun ailəsinə verir.Belə insanlar yaşayıb,yaşadanlardır.İnsanın dahiliyi,həyatın qaranlıq yollarına çıraq tutub yolgöstərənlik Tanrı sevgisindən qaynaqlanır.Sərdar həkim insanlığın əbədi,dəyişməz,davam edən xarakterini özündə əks etdirib yaşadır.

 “Yaşamaq istəyirəm”povestində müəllif ailəcanlılığı,qardaşlığı,dostluğu və nəhayət əsil insanlığı  peşakar yazıçı bacarığı ilə ortaya qoyur.Və oxucu sevgisi qazanır.Hüseyin Məmmədov bu əsəriylə yaşamağın necə gözəl olduğunu,hansı fədəkarlıqlardan keçdiyini,dostun necə olduğunu obrazlı şəkildə təsvir edir.

 Əsəri oxuyanda böyük türk şairi Nazim Hkimətin “Yaşamaq gözəldir,qardaşım!”və Qulu Xəlilovun “Yaşamaq istəyirəm”əsərlərini xatırladım.İnsanın yaşamaq üçün nələr etdiyi,hansı ağrılardan,acılardan keçdiyini göz önünə gətirdim.Vaqifin xəstəliklə necə mübarizə apardığına,ondakı fədəkarlığa heyran oldum.Tanrı yaratdığına yaşamaq haqqı da verir.Bu haqqı insanın əlindən heç kim və heç nə ala bilməz,Tanrıdan başqa.Tanrının lütvündən,həkimlərin fədəkarlığından,qohum-əqrabanın qayğısından Vaqif yenidən yaşamaq haqqını qazanır və yeni həyata başlayır.Bu yerdə deyirlər ey,: “Həyat gözəldir qardaşım!” Yaşa,yaşa!

 Hüseyn Məmmədovun “Yaralı durna”kitabındakı başqa povest və hekayələr haqqında danışmağa lüzum görmədim.Çünki qabaqlar bu haqda mətbuatda çıxış eləmişəm.

 Mən tam əminəm ki,dəyərli dostumun bu kitabı qabaqkı kitabları kimi oxucuların həvəslə oxuyacağı kitabların davamı olacaq.Uğurlar dostum!

Məhərrəm Şəmkirli

AYB-nin və AJB-nin üzvü.    


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam