Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

İŞIQLI İNSAN

 Yenixeber.org: O, işıqlı, nurlu, böyük hörmət, izzət sahibi, tanınmış qələm adamı, bu gün respublikada tanınmış onlarla jurnalistin həyat müəllimi olan insan yaşasaydı bu ay onun 95 yaşı tamam olardı. Hüseyin Mehrəliyevi deyirəm. Həyatın dəyişməz bir qanunu var- olum, ölüm. Hüseyin Mehrəliyev 1924- cü ilin 22 martında- baharın ilk günündə doğuldu, böyüdü, orta məktəbi bitirib, ali təhsil aldı, bir sıra məsul vəzifələrdə çalışdı, işıqlı bir kişi ömürü yaşadı və 1998- ci ilin bir yanvarında haqq dünyasına qovuşdu.

Bilmirəm təsadüfdəndir, ya da zərurətdən, iş elə gətirib ki, Hüseyin Mehrəliyevin oğlu Bəhram müəllimlə uzun illər həyət evində yaxın qonşu olmuşuq. Amma buna baxmayaraq Bəhram müəllimin kimliyi, hansı nəsilin nümayəndəsi olduğu haqqında heç bir məlumatım olmayıb. Doğrusu, bunu nə mən soruşmuşam, nə də özü deyib. Ancaq Azərbaycabaycan Dövlət Universitetinin müəllimi olduğunu bilirdim. Çünki hər axşam olmasa da, ara- sıra universitetin dəhlizində rastlaşırdıq. Onun əlində jurnal auditoiyaya girdiyini görürdüm. Beləcə aradan illər keçdi, Bəhram müəllim həyət evindən köçdü və mən onu uzun müddət görmədim. Günlərin bir günü bir şənlik məcilisində görüşdük. Çevrəmizdəkilərin çoxsu azdan- çoxdan mətbuatı oxuyan, dövlət qulluğunda çalışan insanlar idi. Necə oldusa söhbət qəzetlərdən, yazı- pozudan düşdü. Bəhram müəllim qayıtdı ki, bəs mənim atam da yazı- pozu adamı olub. Maraqla kim olduğunu soruşdum. Hüseyin Mehrəliyev, dedi. Heyrət etdim. İlahi! İnsan nə qədər təvazökar olarmış ki, belə bir kişinin oğlu olduğunu bir dəfə də olsun dilinə gətirməzmiş. Amma şəxsən mən bunu yaxşı hal kimi qəbul etmirəm. Axı bu gün zaman başqa zamandır. Unutqanlıq zamanıdır. Özün doğmanın, yaxınının, dostunun, yoldaşının yaxşılığını, xidmətini yada salmasan heç kim nə yada salacaq, nə də anacaq. Bu mənada mən ifrat təvazökarlığın əlehinəyəm.

Mən Hüseyin Mehrəliyevi heç vaxt yaxından görməmişəm, tanışlığımız, dostluğumuz da olmayıb. Sadəcə daimi onun oxucusu olub onu özümə dost, yoldaş bilmişəm. Oçerklərini, felyetonlarını oxuyub mənən qidalanmışam, zövq almışam.

Bu ayın 22- si Hüseyin müəllimin dünyaya gələn gündür. Onun 95 yaşı (Allah ona qəni- qəni rəhmət eləsin) tamam olur. Vaxtıyla öz duzlu- məzəli və ciddi yazıları ilə ruhumu qidalandıran, buna görə dostum, yoldaşım olan, işıqlı, nurlu bir insan haqqında bir- iki kəlmə ürək sözlərimi yazmasam mənim üçün günah olar.

Hər bir insanın ömrü səsli- küylü dağ çayının ömrünə bənzəyir. Bu çay hayla- harayla qarşısındakı qayalara, daşlara çırpıla- çırpıla baş alıb gedən, keçib getdiyi dərələrə, dağlara həzin nəğmə oxuyan bir

ömür axırda nəhənk bir genişliyə, saflığa, təmizliyə- dəryaya qovuşur. Hüseyin müəllimin ömrünü də eynən dənizə qovuşan dağ çayının ömrünə bənzətsəm, məncə heç də səhv etmərəm.

Hüseyin İslam oğlu Mehrəliyev! Bu ad (sağlığında) respublika ictimayyətinə və geniş oxucu kütləsinə yaxşı tanış idi. Hüseyin Mehrəliyev Cəbrayıl rayonunun Keçəlməmmədli kəndində dünyaya gəlib. İbtidai təhsilini doğlduğu məkanda, orta təhsilini isə qonşu Soltanlı kəndində alıb. Elə həmin il sənətlərini qonşu Füzuli rayonundakı Pedaqoji məktəbinə verib. 1941- ci ildə oranı uğurla bitirən Hüseyin Mehrəliyev müəllimliyə başlayır. Orta pedaqoji təhsillə kifayətlənməyən Hüseyin müəllim beş il sonra ali təhsil almaq üçün Azərbaycan Dövlət Universitetinin filologiya fakultəsinin jurnalistika şöbəsinə daxil olur. Univeristeti bacarıqlı və istedadlı jurnalist kimi bitirən Hüseyin hərbi xidmətə çağrılır. Və bəxti üzünə gülür. Onu Ön Qafqaz hərbi dairəsinin orqanı olan "Lenin bayrağı" qəzetinə təşkilatçı müxbir kimi işə götürürlər.

Artıq 1952-ci ildən Hüseyin Mehrəliyev peşakar jurnalist kimi tanınmağa başlayır. 1959- cu ildə onu Moskvaya Ali Partiya Məktəbinə oxumağa göndərilir. 1961-ci ildə təhsilini başa vurduqdan sonra bir müddət "Sosialist Sumqayıtı" qəzetində işləyir.

Yazıb- yaratmaq, ürəyindəki yaradıcılıq istəklərini oxucularla bölüşmək üçün o,"Abşeron" qəzetində redaktor kimi işə başladı. Zəngin həyat təcürbəsi olan Hüseyin müəllim üçün bu vəzifədə işləmək çətin olmadı. Müxtəlif mətbu orqanlarda işlədiyi illərdə o, Azərbaycan jurnaliskasının inkişafında bütün bilik və bacarığını ortaya qoymuş, gənc jurnalistlərin yetişməsi üçün əlindən gələni etmişdi. "Abşeron" qəzetinin redaktoru olanda ümüd verən gənc jurnalistləri başına yığıb qəzeti həfdədə 3 dəfə buraxırdı. Bu bəlkə də ölkədə yeganə rayon qəzetiydi ki, həftədə üç dəfə çap olunurdu. O vaxtı Hüseyin müəllimin yanında işləyən, onun dəyərli məsləhətlərini, öyüdlərini, tələbkarlığını sırğa eləyib qulaqlarında saxlayan, onu özlərinin müəllimi bilən gənc jurnalistlər bu gün respublikamızın sayıb- seçilən, məşhur qələm adamlarıdır. Kiminsə şübhəsi varsa, sadaladığın ad və soylara diqqət yetirsin: Namiq Abbasov, Ələkbər Abbasov, Dilarə Vəkilova, Aydın Əliyev, Rizvan Cəbiyev, Firudin Rəsulov, İlyas Adgözəlov, Faiq Dərgahov, Polad Qasımov (ruhu şad olsun) və. s.

Hüseyin müəllim nikbin, işıqlı, işdə ciddi, tələbkar olmaqla yanaşı, həm də yumor hissi olan insan olub. Əməkdaşlarının zəhmətinə qiymət verməyi, dəyərləndirməyi də unutmurmuş. O, istər kollektivdə, istərsədə də ictimayyət arasında hörmət olunan, sayıb- seçilən, ehtiram göstərilən ziyalılardan olub. Deyilənə görə onun dünyaya baxışı, cəmiyyətdə gedən hadisələrə fərqli münasibəti, insani dəyərlər haqqında özünün maraqlı fəlsəfi düşüncələri olub.

O, harda işləməsindən asılı olmayaraq onun yol yoldaşı, könül sirdaşı qələmi və sözü olub. Qələmlə, sözlə etibarlı yol yoldaşı olmaq da hər kişinin işi deyil. Bu sadə və istedadlı insan heç vaxt "mən" deməyib. Hər zaman bu sözdən uzaq olub, onu yaxına buraxmayıb.

Məhz bu keyfiyyətlərinə görə 1966- cu ildə onu daha məsul vəzifəyə, AKPMK-nin orqanı olan "Kommunist" qəzetinin şikayətlər və məktublar şöbəsinəsinin müdiri təyin edirlər. Göründüyü kimi onun mətbuat aləmindəki fəaliyyətinin müəyyən bir hissəsi "Kommunist" qəzeti ilə bağlıdır. O. bir qəzetçi, bir şöbə müdiri kimi zəhmətkeş idi, işçisinin qədirini bilən idi, diqqətçil idi. Ən əsası isə onun ən çətin adamlarla dil tapması, onları razı salması idi. Onun gələcək yoluna işıq salan isə ondakı səbir idi.

Bəhram müəllimin dediyinə görə Hüseyin müəllim ağır təbiətli insan olmaqla yanaşı, sözü bir dəfə deyər, tapşırığı bir dəfə verərdi. Söz götürən də deyildi. Verilən tapşırıqları zamanında və yüksək səviyyədə yerinə yetirirdi. Bir də onun əvəzsiz bir keyfiyyəti vardı. Taveliyində olanlara bir qardaş, bir ata qayğısı göstərərdi. Həətta çox vaxt qarşısındakının ürəyindən keçəni üzündən bilirdi.

Hüseyin müəllim yüzlərlə oçerklər, felyatonlar, məqalələr müəllifi idi. O, 1965- ci ildə qəzetlərdə dərc olunan oçerklərinidən ibarət "Arzu ilə əməl birləşəndə" adlı kitabı çıxır. 1968- ci ildə isə "Sovxozun ulduzu" adlı növbəti kitabı nəşr olunur. Bir sıra almanaqlarda oçerqləri yer alır.

1970- ci ildən ta pensiyaya çıxana kimi Hüseyin Mehrəliyev Azərbaycan Televiziya və Radio Verilişləri Komitəsində ictimai- siyasi şöbənin müdiri işləyir. Mətbuat sahəsindəki səmərəli fəaliyyətinə görə "Qızıl Qələm" mediya mükafatına layiq görülür. Eyni zamanda beynəlxalq dostluq əlaqələrinin möhkəmlənməsindəki işinə görə isə Bolqarıstanın Razqrad şəhərinin fəxri vətəndaşı seçilir, yubley medalı ilə təltif olunur.

1998- ci ilin yanvar ayının birində Hüseyin Mehrəliyevin ömür karvanı dayanır və o haqq dünyasına qovuşur. Hüseyin müəllim bu gün aramızda olmasa da, onun parlaq xatirəsi zaman- zaman anılacaq. Ona görə ki, Hüseyin müəllim anılacaq ki, mətbuat ailəminin sayılan- seçilən nümayəndələrində biri idi.

Hüseyin müəllimin bütün yaradıcılığını əhatə edən materialları Bəhram müəllim Azərbaycan Milli Arxivinə təhvil verib.

Yazımı istedadlı qələm sahibi Dilarə xanım Vəkilovanın "Ədalət" qəzetində Hüseyin Mehrəliyevin işıqlı xatirəsinə həsr elədiyi "Söz deyirəm..."adlı məqaləsindəki aşağdakı sözlərlə yekunlaşdırıram: " Bu yazımı keçən əsrin 50- 60- cı illərində "Sosialist Sumqayıtı" və "Abşeron" , Azərbaycan radiosu "Təbliğat"baş redaksiyasının baş redaktoru işləyən, insan kimi sadəliyi, həmkarlar kimi səmimiyyəti, ustad kimi ucalığı ilə dəryadan keçən ürəklərə və əməllərə köçən mahir jurnalist Hüseyin İslam oğlu Mehrəliyevin işıqlı xatirəsinə həsr etdim. Görən bəyənərdimi?"

Məhərrəm Şəmkirli

AYB və AJB-nin üzvü.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam