Redaktor seçimi
Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində "soyuq" savaş - Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı -
Emin Əmrullayevin menyusuna: Göyçay şəhəri 7№-li orta məktəbin öz qanunları var –
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
Günün xəbəri

Zamana sığmayan Asif Ata

                        

 

  Xeberinfo.com:  Dünənin Asif Əfəndiyevi, bu günün Asif Atası bizim üçün kimdir, nəçidir, xalq, millət qarşısında hansı xidmətləri olub, tituları hansılardır? İlk öncə Sovet dövründən başlayaq. O vaxt Asif Əfəndiyev də bizim kimi böyük sovet ölkəsində yaşayırdı. Sıravi bir ali məktəb müəllimi idi. Tələbələrə fəlsəfəni tədris edirdi. Amalı, məqsədi yaşadığı quruluşun gərəksizliyini, çürüklülüyünü, insana, insanlığa xidmət etmədiyini cəmiyyətə doğru-dürüst göstərmək idi. O bu düşüncəsi, fikiri ilə zamanına sığmırdı. Saman ona darlıq edirdi. Zamanı arxada qoymaq, ondan öndə olmaq istəyi Asif Əfəndiyev böyüklüyünün məqsədi idi. Bu məqsədə doğru getmək, ona qovuşmaq heç də asan deyildi. Bunun üçün uzun illər içində yaşadığı bir cəmiyyətlə çarpışmaq, vuruşmaq lazım gəlirdi. Bu quruluşda aşılması, keçilməsi çətin olan sədlər, maniələr vardı və eyni zamanda bu sədləri aşmaq istəyənlər üçün qarayaxmalar, gözdən salmalar, şərləmələr, tutmalar da vardı. Quruluşun siqləti bu idi. Yoxsa uzun illər yaşaya bilməzdi. Başını qaldırıb cəmiyyətdən narazılıq edənlərin başından basılırdı. Onu demək, bunu qabartmaq olmazdı. Belə bir mühitdə özünü göstərmək, millətin həqiqi tarixini, ədəbiyyatını, mənəvi sərvətini xalqa çatdırmaq, özününküləşdirmək heç də asan deyildi. Ağıllı, kamil insanlar bunun üçün müəyyən yollar arayıb, axtarıb tapırdılar. Asif Əfəndiyev də istədiyini xalqına, millətinə çatdırmaq üçün ADU-da "Etika və Estetika kulubu"nu yaratdı. Elə ilk aylardan bu kulubun səsi, uğurları nəyinki universitetin, həm də Bakının hüdudlarını aşıb, respublika boyu yayıldı. Dinləyicilərinin, rəğbət bəsləyənlərinin sayı minlərlə ölçüldü.

   Kulubun ətrafında savadı, intellektual səviyyəsi yüksək olan tələbələr, müəllimlər "müsəlləh əsgər kimi səf" dayanırdılar.

    Kulubda elmi müzakirələr aparılır, canlı ifalar səsləndirilirdi. Sözə,saza,muğama, kilassik ədəbiyyara yeni elmi fəlsəfi baxış sərgilənirdi. Bu hər kəs üçün maddi mədəniyyətimizə, ədəbiyyatımıza yeni fərqli bir baxış idi. Ölkəmizin ucqar güşələrindən belə bu kulubun , burda aparılan müzakirələrin iştirakçısı, dinləyicisi olmaq üçün insanlar gəlirdilər.

  Ölkədə Asif Əfəndiyev deyilən bir fonemeni yaranmışdı.Hər yerdə hər kəs bu kulubdan və onun yaradıcısı Asif Əfəndiyevdən danışırdı. İnsanlar sanki qeyri-adi bir varlıqla rastlaşmışdılar. Onun dediyi hər bir sözü, söylədiyi hər bir fikiri acıgözlüklə gözlərinə təpir, beyinlərinə yerləşdirirdilər. Dinləyicilərdə bir insanlaşma, kamilləşmə hiss olunurdu. Və onlar Asif Əfəndiyevi İlahi bir şəxsiyyət kimi qəbul edirdilər. Lakin cəmiyyət, ictimai quruluş və ən əsası da hakimiyyət üçün bu şəxs qəbul edilməz, arzu edilməz idi. Fikirlərini, düşüncələrini, dünyaya hər kəsdən fərqli baxışını çoxları həzm edə bilmirdi, onu gözü götürmürdü.

   Bütün bunlara baxmayaraq Asif Əfəndiyevin arxasında yeni düşüncəli, yeni fikirli böyük bir insan ordusu dayanmışdı.

  Təbii ki, bu uzun müddət belə davam edə bilməzdi. Quruluş üçün, hakimiyyət üçün həyata yeni baxış, yeni düşüncə, yeni fikir qəbul edilməz və qorxulu idi. Qorxunu aradan qaldırmaq, rahat yaşamaq üçün yeni düşüncələrin, fikirlərin qarşısı qətiyyətlə alınmalıydı, maniələr, qadağalar yaradılmalıydı, tutmalar, cəzalandırılmalar tətbiq edilməliydi. Hakimiyyət, quruluş bunu bacarırdı. Onu qəbul etməyəni, bəyənməyəni o da qəbul etmirdi, bəyənməyirdi. Ona görə də Asif Əfəndiyevin kulubu dağıdıldı,Universitetdən çıxarıldı, əsərlərinin çapına qadağa qoyuldu, özü və məsləkdaşları təqib edildi, mənasız-mənasız sorğu-suallara tutuldular. Beləcə düşünən başları,danışan dilləri susdurdular, insanlaşmanın, insanlaşşdırmanın qarşısını aldılar. Onlar üçün lazım olanları- adamları və kütləni saxladılar.

    Qısa bir zamandan sonra Asif Əfəndiyev Asif Ata oldu. Onun Mütləqə İnam Ocağı yaradıldı. Bu Ocaqdan işıq, nur almaq üçün insanlaşmaq, insanlaşdırmaq, kamilləşmək üçün  Övladların üzərinə böyük, məsuliyyətli və şərəfli bir yük düşdü. Atanın ədəbi irsini toplayıb nəşr etmək, onu çox minli oxuculara çatdırmaq, ideyalarını, düşüncələrini, fikirlərini təbliğ etmək. Bu yük bu gün üçün nə qədər çətin, ağır olsa da, övladlar bunun öhtəsindən şərəf və ləyaqətlə gəlirlər. Mənim isə onları alqışlamaqdan, təqdir etməkdən başqa əlimdən bir şey gəlmir

    Mən Asif Əfəndiyevin pərəştişkar kimi, kulubunun ilk dinləyicisi kimi, xoşbəxt bir təsadüfün yaratdığı ünsiyyətin iştirakçısı kimi illərdir Asif Ata Ocağında keçirilən tədbirlərin iştiraksısıyam.Ocaq tədbirləri mənim dünyaya baxışımı formalaşdırıb, ruhumu qidalandırıb, özümə, ətrafımdakılara olan münasibətimi, yanaşmamı dəyişib. Mütləqə İnam Ocağından işıq, nur almışam, bilmədiklərimi öyrənib zənginləşmişəm. Olduğum məclislərdə Asif Atanı tanıyan, onunla ünsiyyətdə olan, çörək kəsən, yoldaş, qardaş olan insanları soraqlayıb tapmışam. Sevinmişəm, qürurlanmışam, fərəhlənmişəm. Ona görə ki, bu böyük şəxsiyyətin, alimin zamanında nə qədər ucada dayandığını bilmişəm. Onların  böyük filosof alim haqqında olan xatirələrini dinləmişəm. Bu xatirələrin içində mən yeni bir Asif Atanı tanımışam. Və bu qənaətə gəlmişəm ki, Asif Ata Türk dünyasının yeni və əvəz olunmaz şəxsiyyəti və filosofudur. O, zamanə inamını, idrakını, mənəviyyatını, əxlaqını, düşüncəsini bəyənməyib, bunun əvəzində özünün yeni inamını, idrakını, mənəviyyatını, amalını, dünyabaxışını yaradıb. Və bunun üçün nəhənk, əvəz olunmaz bir ocaq çatıb. Bu ocağın ətrafına saysız insanlar toplaşıb və Ocaqdan istilik, hərarət alıblar. Ruhları, mənəviyyatları isinib. Və yüzə-yüz inanıb, əmin olublar ki, məhv olmaqda olan bəşəriyyətin qurtulmasının, nicatının bircə və yeganə yolu insanlaşmada, insanlaşdırmadadır.

   Ağız dolusu: "O. böyük şəxsiyyət, alim və əsil ziyalı idi.Mənim yaxın dostum,qardaşım, sirdaşım idi" deyən alimlərə, yazarlara söhbət əsnasında təklif etmişəm ki, dünya fanidir, ölümlüdür, itimlidir.Dost, qardaş dediyin insan, alim, ziyalı haqqında yadında qalan, unutmadığın xatirələrini, düşüncələrini ipə, sapa düz çap elətdir. Oxucular oxuyub həmi Asif Atanı, həmidə səni yaxından tanısınlar. Bundan Asif Atanın ruhu şad olar.       

    Bayaqdan ağzı köpüklənə-köpüklənə dostluqdan, qardaşlıqdan, sirdaşlıqdan ağız dolusu danışan alim, yazar ayağını yerə dirəyir ki, yox bu mənlik deyil, yaza bilmərəm, imkanım, vaxtım yoxdur. Bu yerdə adamın matı-qutu quruyur ki, bu günün yazarı, alimi, dostu, qardaşı. sirdaşı haqqında vaxt tapıb bir kəlmə xoş söz tapıb yaza bilmirsə, bəs onda onun vaxtı nəyə çatır? Yalana, məddahlığa, şərə, böhtana, ona buna qara yaxmaya və s.

    Özümü saxlaya bilmirəm, içimdə qarşımdakına qəzəbim, kinim baş qaldırır və incik halda soruşuram:- Axı niyə? Bayaq dediniz ki, Asif Ata böyük şəxsiyyət, alim, dost idi.Böyük şəxsiyyətə, alimə onun dostu on dəqiqəlik vaxtını sərf etmirsə, onun dediklərinin hamsı yalandır. Bəlkədə siz Asif Atanı heç tanımamısınız, görməmisiniz,Heç yoldaşlığınız, dostluğunuz da olmayıb. Sadəcə özünüzü şöhrətləndirmək istəyirsiniz. Axı elə bir filosofun dostu olmaq şöhrət və şərəfdir.

    Bu yerdə bilmirsən "alimciyə", "yazara" nə deyəsən, onu kimin dostu, hansı quruluşun adamı adlandırasan? Belələri ziyalı pərdəsinə bürünüb onun arxasında ziyankarlıqla məşğul olanlardır. "Ac canım, dinc canım" prinsipi ilə yaşayan, xalqı, milləti üçün çalışmayan adamdan bundan artıq nə isə gözləmək olar? Təbi ki, olmaz. Kölgəsindən qorxan, suyu üfürə-üfürə içən, özündən böyüklərin (vəzifəlilərin) qarşısında iki qat olanları, əyilənləri, yaltaxlalanları görəndə Asif Ata deyirdi ki, mən təkəm, mənim həyatda həqiqi dostum, sirdaşım yoxdur. Mənim dostlarım ancaq Kantdı, Hegeldi...

  Böyük filosof bəlkə də belələrini görüb yazırdı ki, əzəli, əbədi, sonsuz kamil olmayanlar azad deyil, onlar kölədir, quldur. Bu kölələr, qullar vaxdın, zamanın məddahlarına, yaltaqlarına, min sifətlilərinə çevrilirlər, gözləri kor olur, həqiqəti, haqqı görmürlər, qulaqları kar olur yaxşı, doğru deyiləni eşitmirlər

   Asif Ata bir ömür belələri ilə vuruşdu,çarpışdı,savaşdı. Görməyənlərin gözünü, eşitməyənlərin qulağını açmaq istədi. Bu yol rahat, hamar deyildi, əyri-üyrü, daşlı-kəsəkli idi. Hər addım atanda ayağı daşa, kəsəyə dəyirdi, çökəyə düşürdü. Əzilirdi, qanayırdı, sızlayırdı, amma bu addım məqsədli atılırdı. Ona görə də nə qədər ağrılı, əziyyətli olsa da şirin idi, ləzzətli idi. Asif Ata bu əzadlı şirinlikdə yaşayırdı.

   O, deyirdi: " Ömürdə Ömürdən Yüksək olan var". Düz deyirdi. O, hər zaman Ömründən  yüksəkdə,ucada oldu, yüksəldi, ucaldı. Ömrün istəyindən, əzabından, fərəhindən,ölümündən də yüksəkdə idi. Bu yüksəklikdə İlahiləşmişdi Asif Ata.

 

                                    

Məhərrəm Şəmkirli  


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam