Samur çayı üzərində yeni körpü gələn il təhvil veriləcək
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Rusiyaya səfəri zamanı Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin region üçün əhəmiyyəti, tranzit və yükdaşımaların həcminin artmasında önəmi xüsusilə vurğulanıb
Yenixeber.org: bunu AzərTac-a müsahibəsində Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə hökumətlərarası Dövlət Komissiyasının həmsədri Şahin Mustafayev deyib. Onun sözlərinə görə, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən və bu baxımdan əlverişli geostrateji mövqeyə malik olan Azərbaycanın tranzit daşımaları sahəsində potensialını reallaşdırmaq məqsədilə nəqliyyat dəhlizlərinin inkişafı istiqamətində mühüm işlər görülür. Azərbaycan və Rusiya arasında avtomobil, dəmir yolları və hava nəqliyyatı ilə sərnişin və yükdaşımalar həyata keçirilir.
O, qeyd edib ki, Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi nəinki Azərbaycan, həm də digər ölkələr, eləcə də Rusiya üçün nəqliyyat-tranzit sahəsində əməkdaşlıq baxımından əhəmiyyətlidir:
"Rusiyada keçirilən görüşlərdə Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi çərçivəsində Azərbaycanın bütün infrastruktur layihələrini həyata keçirdiyi, nəqliyyat dəhlizi vasitəsilə əvvəlki illə müqayisədə 100 dəfə çox yük daşındığı xüsusilə vurğulanıb. Qeyd olunub ki, bu nəqliyyat dəhlizinin potensialı daha böyükdür. Bu dəhliz daha çox ölkəni əhatə etməklə, iqtisadi-ticari əlaqələrin genişlənməsində və tranzit imkanlarının artmasında faydalı ola bilər.
Hazırda Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin ayrı-ayrı hissələri üzrə işlər davam etdirilir. Nəqliyyat dəhlizinin bir hissəsi olan və Rusiya ilə birgə həyata keçirilən Samur sərhəd çayı üzərindən körpünün tikintisinin 2019-cu ildə başa çatdırılması nəzərdə tutulur. Bu, Azərbaycan-Rusiya nəqliyyat və ticarət əlaqələrinin inkişafına, yük daşımalarının artmasına əhəmiyyətli dərəcədə təsir edəcəkdir.
Səfər zamanı, həmçinin Rusiyanın Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə yükdaşımalar həyata keçirməsi imkanları, ölkələrimiz arasında ticarət dövriyyəsinin artırılması məqsədilə Azərbaycan istehsalı olan aksizli malların ixracı üçün Azərbaycan-Rusiya sərhədində xüsusi gömrük postunun yaradılması məsələləri də müzakirə edilib. Görüşlərdə gömrük infrastrukturunun təkmilləşdirilməsi istiqamətində işlərin aparıldığı vurğulanıb".