Redaktor seçimi
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Günün xəbəri

Şəhərin icra başçısı “JEK” müdiri - Möminova 10 dəqiqədə 100 söyüş söydü

Özbəkistanda məmurların tabeçiliklərində işləyən aşağı vəzifəliləri söyməsi halları prezident Şövkət Mirziyoyevin göstərişlərinə, tənbehlərinə baxmayaraq ara vermir. Virtualaz.org xəbər verir ki, “Azadlıq” radiosunun özbək xidməti şəhər icra başçısının “JEK” müdirini ağır söyüşlərlə söyməsini, hətta onu zorlamaqla hədləməsini əks etdirən audioyazı əldə edib. Əhvalat isə Fərqana şəhərində baş verir-söyüşləri söyən şəhərin icra hakimiyyətinn başçısı Həmid Həbibiddinov, söyülən isə  şəhər administrasiyasının mənzil-kommunal təsərrüfatı şöbəsinin rəhbəri Əlişir Möminovdur.

Yenixeber.org:  Audioyazıdan məlum olur ki, şəhər başçısı cəmi 10 dəqiqə ərzində “JEK” müdirinə 100-dən çox ağır söyüş söyüb. Audioyazı təxminən yarım saatlıqdır, amma orada ən çox söyülənin Möminov olduğu məlum olur. Səbəb isə şəhərdəki bir sıra çoxmərtəbəli binaların təmirsiz olmasıdır. (“Azadlıq” radiosu audoyazının müəyyən hissəsindən sitatlar verib, amma şəhər rəhbərinin söydüyü küçə söyüşlərinə görə redaksiyamız audioyazının saytda yerləşdirilməsini məqsədəuyğun saymır,-red.)

Səs yazısına əsasən şəhər icra hakimi hətta  35 yaşlı “JEK” müdirini və digər müşavirə iştirakçılarını zorlamaqla hədələyir. Onu çoxmərtəbəli binaların təmirinə dair verdiyi göstərişlərə əməl etməməkdə günahlandırır. “Əgər siz mənim xarakterimi bilirsiniznsə, əgər bilsəm ki, cüzi də olsa yalan danışırsınız, o zaman sizi  tutub...Sənə aydın oldu?!”,-şəhər başçısı hədələyir.

Əlişir Möminov hakimə izah etməyə çalışanda ki, onun əməkdaşları hansı işləri görüblər, Hamid Habibiddinov onun sözünü kəsir və “rojasını dağıdacağını” deyir. Habelə o, Möminovun şöbəsinin 8 əməkdaşının da ünvanına dəfələrlə küçə söyüşləri işlədir.

Maraqlı burasıdır ki, müşavirədə icra hakiminin sənayenin inkişafı, əsaslı tikinti, kommunikasiyalar və kommunal təsərrüfat üzrə müavini Şerip Niyazmetov öz şefinin işlətdiyi söyüşlərə görə ona haqq qazandırmağa çalışır. Deyir ki, şəhər başçısı məmurların özlərinin xeyri üçün onları söyür.

“O, şəhərin atasıdır. Öz uşağını döyür, söyür, yaxşı sözlər də deyir. Onun hər sözü sizlər üçün dərman olmalıdır! Siz onun sözlərini normal qəbul etməlisiniz! Çünki sizin xeyriniz üçün deyir. Belə deyir ki, hamı öz işini görsün”,-audioyazıya əsasən Niyazmetov bildirir.

“Azadlıq” radiosuna açıqlamasında Əlişir Möminov təsdiq edib ki, müşavirədə hakim onu söyüb və daha sonra öz ərizəsi ilə işdən çıxmağa məcbur olub. Səbəbi isə onun dediyinə görə, şəhər başçısının qanunsuz göstərişlərini yerinə yetirməməsi idi. İcra hakimi isə audioyazı ilə bağlı çoxsaylı telefon zənglərinə cavab verməyib.

Bundan əvvəl “Azadlıq” radiosu Fərqana vilayətinin icra hakimi Şuxrat Qəniyevin də tabeçiliyindəki məmurları söydüyünə dair auidoyazı yaymışdı. Qəniyev yerli vergi müfəttişliyinin rəisini “bağırsaqlarını boğazına dolamaqla” hədələyirdi.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam