SOYUQ MÜHARİBƏ VƏ KÜÇƏ SAVAŞI:Səfirlik binalarının yerləşdiyi məkanlara yeni ad vermə köhnə təcrübədir
Dəniz Zeyrək
“Hürriyet”
1996-2010-cu illərdə “Milliyyet” və “Vatan” qəzetlərinin Ankara şöbələrinшт yerləşdiyi binanın dördüncü mərtəbəsində işləyirdim.
Bina Nevzat Tandoğan prospektində olduğu üçün həyatımın 14 ilində hər dəfə iş yerimin ünvanı soruşulduqda, “Nevzat Tandoğan prospekti”ndə yazdım, ya da söylədim.
Ankara Böyük Şəhər Bələdiyyəsi prospektin adını dəyişdirdi – Zeytun budağı.
Yenixeber.org: “Star” yazarı, həmkarım Ersoy Dede bu işin əslində, “Nevzat Tandoğan adının çıxarılması" olması kimi şərh edib. Haqlı olduğunu düşünürəm, çünki Böyük Şəhər Bələdiyyəsi üç il əvvəl də Tandoğan meydanının adını dəyişdirib "Anadolu Meydanı" qoydu.
Xatırlatmaq istərdim ki, Ankarada "Fəthullah Gülən" adı verilən küçələrə və prospektlərə yeni adlar verilib.
Möhtərəm Ersoy, diqqəti "Nevzat Tandoğan" adının ləğv edilərək, hazırda ABŞ səfirliyinin də yerləşdiyi məkanın Afrin əməliyyatı ilə bağlı "Zeytun budağı" adlandırılmasına yönəldib.
Rusiyada reallaşmış karikatura
Qənaətimə görə, əsl niyyət "Nevzat Tandoğan adını ləğv etmək" olsa da, “Zeytin budağı "adı ilə ortaya çıxan nəticə bu məqsədi kölgədə qoyub.
Niyə?
Məqalənin əvvəlindəki fikrimi bir az açıqlayım.
Keçən həftə Moskvada, ABŞ səfirliyinin yerləşdiyi küçənin adının "Şimali Amerika tıxacı" olaraq dəyişdirilməsi təklif edilib. Təklif sağçı Rusiya millət vəkili Mixail Deqtyaryovdan gəlib. Deqtyaryov bu ay Moskva Şəhər Dumasında təklifini irəli sürəcəyini açıqlayıb.
Bu xəbəri oxuduqda, “Hürriyyet”in karikaturaçısı Lətif Dəmirçinin fevralın 14-də dərc edilən karikaturası yadıma düşdü. Həmin karikaturda bir küçənin adı "ABŞ tıxacı" idi. Lətif bəyin karikaturası Moskvada gerçəyə çevrilir.
Vaşinqton fərqli deyil
Yanvarın əvvəlində ABŞ-ın paytaxtı Vaşinqtonda bənzər bir hadisə baş verib. Şəhər Şurası Rusiya səfirliyinin yerləşdiyi Viskonsin prospektinin adını dəyişib – “Boris Nemtsov Plaza”.
Rusiya müxalifətinin ən önəmli siması olmuş Nemtsov 2015-ci ildə Kremlin yaxınlığında öldürülüb.
Sui-qəsdlə əlaqədar 5 çeçen mənşəli rusiyalı həbs olunsa da, Nemtsovun ailəsi və yaxınları əsl qatillərin ortaya çıxarılmadığı rəyindədir.
Nə Moskvada, nə Vaşinqtonda baş verən dəyişikliklər – ilk, nə də Ankaradakı dəyişiklik – son kimi görünür. Buna bir neçə əlavə nümunəm var:
– 1980-ci illərdə, Soyuq müharibə dövründə, Rusiya Nobel mükafatlı nüvə fiziki Saxarovu həbs etdikdə, ABŞ administrasiyası Vaşinqtondakı sovet səfirliyinin önündəki sahəyə “Saxarov Plaza” adını verdi.
– ABŞ-da, Çin səfirliyinin olduğu küçəyə çinli müxalifətçi Liu Ziaobonun adı verilməsi istəndi. Çinlilər dərhal cavab tədbiri gördü, Pekində ABŞ səfirliyinin yerləşdiyi küçənin adının, ABŞ-ın gizli sənədlərini ifşa edən Edvard Snoudenin şərəfinə, "Snouden" adlandırılmasını müzakirəyə çıxardı.
– İrlandiya Azadlıq Təşkilatının (IRA) üzvü Bobbi Sands aclıq aksiyasında öldükdə, Tehranda İngiltərə səfirliyinin yerlşdiyi, məşhur ingilis siyasətçi Uinston Çörcillin adını daşıyan küçənin adı dəyişdirildi.
– Tehran rəhbərliyi Səudiyyə Ərəbistanı səfirliyinin olduğu prospekti Səudiyyə Ərəbistanının öldürdüyü şiə din xadimi Şeyx Nimr əl-Nimrin adı ilə əbədiləşdirdi.
– Vyetnam müharibəsi dövründə Hindistan bir küçəyə Vyetnam lideri Xoşiminin adını verdi.
Türkiyənin məsələsindəki dəyişiklik
Bu siyahı davam edir.
“New York Times” qəzeti "Provokativ küçə adları Soyuq müharibə təcrübələrini xatırladır" başlıqlı xəbərində, bu yaxınlarda Rusiyada küçələrə Kim Çen In (Şimali Koreya), Fidel Kastro (Kuba), Müəmmər Qəddafi (Liviya), Səddam Hüseyn (İraq) adlarının veriləcəyinə və digər ölkələrdə də buna bənzər addımlar atıla biləcəyinə diqqət çəkir.
Bu həqiqəti kənara qoyub, sözümü başqa bir təsbitlə tamamlayım: bildiyimiz, yaşadığımız Soyuq müharibə dövründə Türkiyə, NATO müttəfiqi kimi, ABŞ-ın səfində, Moskva üz-üzə idi. İndi bunun tam əksidir.
Bu edilərkən prospektdən çıxarılan adın "Kommunizm gələcəksə, onu da biz gətiririk" deyən bir kommunizm əleyhdarına məxsus olması son dərəcə ironik bir vəziyyət deyilmi?
Görcəklərimiz hələ çoxdur…