Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Bazar payı uğrunda amansız mübarizə

f7acf886aad2

“Rosneft” şirkətinin direktorlar şurasının sədri İqor Seçin 10 may tarixində “Reuters” agentliyinə verdiyi müsahibəsində deyib ki, OPEK praktik baxımdan, vahid bir təşkilat kimi mövcud olmaqdan çıxıb.

Xeberinfo.com:   Bundan daha pessimistik fikir – “OPEK ölüb” sözləri isə OPEK-in 5 may tarixində keçirilən görüşündə səslənmişdi.

Seçinin sözlərinə görə, hal-hazırda dünya neft bazarına – maliyyə, texnologiya, dövlət tənzimlənməsi və ABŞ şist qazı kimi faktorlar təsir göstərir ki, bu da öz növbəsində istənilən kartelə öz iradəsini bazara diktə etməyə imkan vermir.
“Rosneft” şirkətinin rəhbərinin keçən ilin oktyabrında ABŞ-ın neft bazarındakı rəqabətin inkişafına təsir göstərmək imkanının yüksək olması və orta müddətli perspektivdə dünya neft bazarının ABŞ bazarı tərəfindən müəyyənləşəcəyi barəsindəki sözləri, demək olar ki, bir daha təkrarlanıb. Seçin öz həmsöhbətinə bildirib ki, ”Rosneft” hələ əvvəldən də neft hasilatının dondurulması təklifinə skeptik yanaşıb və indiyədək də OPEK-in kollektiv şəkildə fəaliyyət göstərməsinin mümkün olacağını görmür.

Səudiyyə Ərəbistanının OPEK-dəki nümayəndəsi Mühəmməd al-Madi də eyni fikirdədir. O, bəyan edib ki, OPEK-ə daxil olmayan ölkələr bazarda baş verən dəyişikliklərə ciddi yanaşmalıdırlar və qəbul etməlidirlər ki, struktur dəyişiklikləri keçirən neft bazarı inhisarçı deyil, daha çox rəqabətcil olmağa başlayır. Səudiyyə Ərəbistanın nümayəndəsinin şərhi onu göstərir ki, bundan sonrakı dövrlərdə razılaşdırılmış şəkildə bazarlara müdaxilə edilməsi günbəgün azalmağa doğru gedəcək. Nəzərə almaq lazımdır ki, iri neft ixracatçıları qlobal neft bazarında pay uğrunda amansız mübarizə aparırlar ki, bu da təxminən 2016-cı ilin sonu və ya 2017-ci ilin ortasında tələb və təklifi müəyyən qədər tarazlaşdıracaq.

7 mayda Səudiyyə Ərəbistanı nazirlər kabinetində ciddi yerdəyişmələr olub və nəticədə neft və mineral resurslar naziri Əli-əl Nəimini, Səudiyyənin neft nəhəngi “Aramko” şirkətinin rəhbəri Xalid əl-Falih əvəz edib. Bu cür əvəzetmə Səudiyyə şahzadəsi Muhəmməd bin Salmanın ambisiyalı “Səudiyyənin baxışı-2030” proqramı çərçivəsində həyata keçirilən yerdəyişmədir. Məhz şahzadə bin- Salmanın müdaxiləsi nəticəsində Doxada keçirilən danışıqlar uğursuzluqla nəticələndi. Səudiyyə Ərəbistanı bildirmişdi ki, əgər İran neft hasilatını dondurmayacaqsa, onda onlar da bunu etməyəcəklər.

Səudiyyə Ərəbistanı OPEK-in qərarvermə prosesində Rusiyanın iştirakına mane olmaq üçün, düşünlümüş şəkildə onu ikinci plana itələməyə cəhd göstərir. Rusiya enerji naziri Aleksandr Novak iyun görüşünə yazılı dəvətnamə almayıb. Hərçənd ki, Novak OPEK və Səudiyyə Ərəbistanı ilə əlaqələrini saxlayır, ancaq buna baxmayaraq, o, Səudiyyənin yeni neft naziri ilə görüşməyi planlaşdırmır. Novakın sözlərinə görə, hasilatın dondurulması ilə bağlı gələcəkdə danışıqlar aparılması planlaşdırılmır, çünki bazar stabilləşir.

Doxada İran üzündən Səudiyyə Ərəbistanı ilə Rusiya arasında baş vermiş fikir ayrılığı, enerji məslələri sahəsində bu ölkələr arasındakı münasibətlərə hələ uzun müddət neqativ təsir göstərəcək ciddi bir problemə çevrilib.

Özünün neft siyasətini tamamilə neft bazarındakı vəziyyətlə bağlı olmasını irəli sürən Ər-Riyadın bəyanatından fərqli olaraq, Doxadakı danışıqların nəticəsi ortada dərin fikir ayrılığının heç də yeni şətlərlə əlaqədar hansısa texnokratik məslələrlə deyil, məhz İranla bağlı olan geosiyasi və geoiqtisadi faktorlardan asılılığını göstərdi. Digər tərəfədən onu da qeyd etmək lazımdır ki, nazirlər səviyyəsində Moskva ilə Ər-Riyadın qlobal neft bazarındakı vəziyyəti birbaşa müzakirə ediləcəkləri yaxın gələcəkdə cətin ki, baş tutsun.

Bu arada İran bazarda itirdiyi payı qaytarmağa cəhd edərək, neft hasilatının həcmini və ixracını artırır. Aprel ayında İranın gündəlik neft hasilatı 3,65 milyon barel, ixracın həcmi isə gündəlik 2 milyon barel təşkil edib ki, bu da 2011-ci ildən indiyədək olan ən yüksək səviyyədir. İranın dövlət milli neft şirkətinin beynəlxalq məsələlər üzrə direktoru Möhsen Qəmsari 6 may tarixində bildirib ki, İranın neft hasilatının həcmi elə bir səviyyəyə çatıb ki, onlar hasilatın dondurulması təşəbbüsünə qoşula bilərlər. Lakin buna baxmayaraq, 9 mayda İranın neft naziri M.Qəmsarinin fikrinə düzəliş edərək, açıq şəkildə söyləyib ki, İran neft hasilatını gündəlik olaraq, 4 milyon barelə çatdırmayana qədər hasilatı dondurmayacaqlar.

İndi göründüyü kimi bizi Səudiyyə Ərəbistanı və İran (və Rusiya) arasında dərinləşən geosiyası rəqabət nəticəsində yaranan bazar payı uğrunda gedən amansız mübarizə gözləyir ki, həmin bu pay mübarizəsində OPEK üzvlərinə və digər ölkələrə müşahidəçi rolu ayrılıb.

(Forbes)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam