Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Putinin güvəndiyi iki nəhəngdən biri - “Rosneft” çökür

 

   Rusiyanın “Rosneft” şirkətinin prezidenti İqor Seçin ona maliyyə yardımı göstərilməsi üçün hökumətə müraciət edib.
 
"Xeberinfo.com": Şirkət rəhbərliyi bunu Qərbin “Rosneft”ə qarşı tətbiq etdiyi sanksiyalarla əlaqələndirib.
Məlumata görə, artıq “Rosneft”in iyun ayının sona olan olan borcu 1.5 trilyon rubla (44.5 milyard dollar) çatıb. Sanksiyalardan sonra şirkətin borcunun pik həddə çatacağı bildirilir. Seçin Milli Təminat Fondunun “Rosneft”in istiqrazlarının 1.5 milyard dollara alınmasını təklif edib. Lakin fondda bu qədər pulun olmadığı bildirilir.
 
Rusiya Maliyyə Nazirliyinin məlumatına görə, yanvarın 1-də fondda 2.9 milyard rubl var idi, amma pulların əksəriyyəti paylanıb.
 
İqtisadi İnkişaf Nazirliyindən göndərilən məktubda da bildirilib ki, “Rosneft”in dəstəklənməsi mümkünsüzdür, buna görə də, Baş nazir Dmitri Medvedev Seçinə kömək edə bilməyəcək.
 
İqor Seçin ABŞ-ın iyulun 17-də tətbiq etdiyi sanksiyanı əsassız, subyektiv və qanunsuz adlandıraraq bildirmişdi ki, “Rosneft”in Ukraynada gedən proseslərlə heç bir əlaqəsi yoxdur.
 
Qeyd edək ki, “Rosneft” “Qazprom”la birlikdə Rusiyanın ən böyük şirkətlərindən hesab olunur. 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam