İsrail HƏMAS-dan Trampın atəşkəs təklifinə cavab gözləyir
İsrail hökuməti HƏMAS qruplaşmasından ABŞ Prezidenti Donald Trampın Qəzza zolağında atəşkəslə bağlı təklifinə rəsmi cavab gözləyir.
Yenixeber.org xəbər verir ki, bu barədə Baş nazirin dəftərxanasından bildirilib.
"Onların cavabının necə olacağını təxmin edə bilmərik", - dəftərxanadan bəyan ediblər.
Daha əvvəl Yaxın Şərq KİV-lərinin yaydığı məlumata görə, HƏMAS rəsmiləri vasitəçilərə Trampın planını müzakirə etmək üçün daha çox vaxt lazım olduğunu bildiriblər.
Xatırladaq ki, sentyabrın 29-da Ağ Evdə ABŞ Prezidenti Donald Trampla İsrailin Baş naziri Binyamin Netanyahu arasında danışıqlar aparılıb. Danışıqların nəticəsinə əsasən, Qəzzada vəziyyətin nizamlanması ilə bağlı 21 bənddən ibarət sülh planı qəbul edilib.