Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Rusiyanın ikinci ən qüdrətli adamı:"İqor Seçin"

 

“Rosneft”in prezidenti İqor Seçin Rusiyada prezident Vladimir Putindən sonra ikinci ən qüdrətli adamdır. “Rosneft” onun rəhbərliyi altında ölkənin ən iri konsernlərindən birinə çevrilib.
"Xeberinfo.com": Lakin Almaniyanın “Die Welt” qəzeti yazır ki, indi Seçinin əsas qayğısı heç də neftin qiymətinin aşağı düşməsi deyil.
Virtualaz.org saytı İ.Seçinin alman nəşrinə müsahibəsini təqdim edir:
-Siz təsir imkanlarınıza görə Rusiyada ikinci şəxs hesab olunursunuz. Bu, doğrudur?
-Bu, gülməlidir. Və əlbəttə ki, belə deyil.
-Niyə?
-Mən harada işləyirəmsə, elə orada da işləyirəm. “Rosneft”in yaxşı göstəriciləri var. Biz ölkənin ən iri vergiödəyicilərindən biriyik. Bundan çıxış edərək mən üzərimə düşən məsuliyyəti dərk edirəm. Bu isə az deyil.
-Siz Putinlə nə dərəcədə tez-tez görüşürsünüz və onunla telefonla danışırsınızmı?
-Ancaq ciddi zərurət olanda, yəni mənim ona neft sektorunun problemləri və ya konsernin işləri ilə əlaqəli hansısa mühüm informasiya çatdırmağım lazım gələndə. O zaman mən onun katibliyinə zəng edirəm və xahiş edirəm ki, həmin informasiyanı çatdırsınlar. Və ancaq Putin lazım biləndə məsələ ilə bağlı mənə geri zəng edir. Ancaq bu da tez-tez baş vermir.
-Sizin Rusiyanın Ukraynadakı fəaliyyətində əliniz var?
-Əlbəttə, yox. Nə “Rosneft”, nə də şəxsən mənim bu məsələlərə heç bir aidiyyətimiz olmayıb. Ümumiyyətlə, kiminsə prezident Putinə hansısa təzyiq göstərdiyini təxmin etmək tamamilə gülməlidir.
-Söhbət təzyiqdən getmir, sadəcə olaraq hansısa məsləhətlərdən gedir.
-Mənim üçün bu, nonsensdir. Hələ Makiavelli demişdi ki, hakimiyyətin gücü onun sirrindədir.
-Siz prezident yanında enerji sektorunun inkişafına dair komissiyanın məsul katibi olaraq OPEC-in Vyanadakı son görüşü ərəfəsində Venesuela, Meksika və Səudiyyə Ərəbistanı ilə məsləhətləşmələr apardınız. Niyə?
-OPEC üzvü olan ölkələrlə müstəqil neft hasilatçıları arasında məsləhətləşmələr ilk dəfə baş tuturdu. Bunun özü böyük əhəmiyyət kəsb edir. Biz açıq formatda bazarın vəziyyətini və bəzi planları müzakirə etdik. Bundan əlavə razılaşdıq ki, bazarın monitorinqini keçirək və ən azı ildə bir dəfə görüşək. Məsləhətləşmə mexanizmi artıq işləyir, mən bunu çox mühüm hesab edirəm.
-Sizcə, neftin ucuzlaşmasına təsir edən əsas amillər hansılardır?
-Təklif müəyyən dərəcədə yüksəkdir. Bundan başqa ABŞ dolların sabit kursunu dəstəkləməkdən imtina edib və bizim ekspertlərimizə görə, bu, neftin ucuzlaşmasına 40 faiz təsir edib. Üçüncü amil Amerikanın daxili bazarı, şist neftin hasilatıdır. Şist neftinin hasilatı artır. Hazırda ABŞ-da neft hasilatının artması qiymətin aşağı düşməsinə təsir edir, ancaq gələcəkdə hasilatın azalması qiymətin yenidən artmasına səbəb olacaq.
-Qiymət 60 dollara enə bilərmi?
-Biz qiymətin 60 dollara və hətta daha aşağı enəcəyini gözləyirik, özü də bu, ilin sonunadək baş verəcək. Deməliyəm ki, “Rosneft”in kifayət qədər dayanıqlılıq ehtiyatı var və 60 dollar da bizi qane edir. Hərçənd ki, bəzi bahalı və uzunmüddətli layihələri ixtisar etmək lazım gələcək.
-Necə olsa da bazarda belə mövqe var ki, Səudiyyə Ərəbistanı ABŞ-ın təzyiqi ilə neftin ucuzlaşmasına qarşı heç bir tədbir görmür, məqsəd Rusiyaya ziyan vurmaqdır.
-Səudiyyə Ərəbistanı Rusiyaya qarşı heç nə etmir.
-Digər nəzəriyyəyə görə, Səudiyyə Ərəbistanı qiyməti ona görə aşağı salır ki, Amerika neft bazarındakı payını saxlasın və beləliklə də Amerika hasilatçılarını sıxışdırsın.
-Biz artıq danışdıq ki, hərənin öz maraqları var.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam