Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

"Sanksiyalar neftin Avropaya çatmasına maneə yaradır"

 

“Gələcək uzunmüddətli perspektivdə Rusiya barəsində çıxarılan sanksiyalar Avropa bazarına yanacağın təhlükəsiz çatdırılması üçün ciddi təhlükə yaradır.”
"Xeberinfo.com":  Məlumata görə, bunu “Rosneft” dövlət neft şirkətinin prezidenti İqor Seçin “The Financial Times”ə müsahibəsində bildirib.
O, nümunə kimi İrana qarşı tətbiq edilmiş sanksiyaları göstərib və deyib ki, Tehrana qarşı sanksiyalar da vaxtilə neft daşınmasında və ticarətin balanslaşdırılmasına ciddi problemlərə gətirib çıxardı.
“Rosneft” başçısı neftin qiymətinin spekulyasiyası ilə bağlı mübarizənin aparılması barədə təklif verib: “İlk növbədə, maliyyə oyunçularına neftin qiyməti ilə oynamağa icazə vermək olmaz.”
Onun fikrincə, indi müəyyən müddət müqvilələr şəklində fiziki şəxslərə 10-15% neft satışı ilə məşğul olmağa icazə vermək lazımdır. Hazırda hər şey “neft sazişləri” əsasında satılır. Beynəlxalq səyləri ortaya qoymaq lazımdır ki, ticarət daha şəffaf, qiymət manipulyasiyası qeyri-mümkün olsun. Bunun üçün bazar, neftin istehsalı, istehlakı, onun qiyməti, müqavilələrin şərtləri haqqında informasiyaları bölüşmək lazımdır. Bütün bunlar ona xidmət edəcək ki, qiymətlər təhrif olunmayacaq. Biz əmin olmalıyıq ki, investisiya banklarında gizli münaqişə və ya maraq yoxdur.
Xatırladaq ki, keçən ilin sentyabrında Rusiya barəsində qəbul edilmiş sanksiyalara uyğun olaraq Avropa İttifaqı “Rosneft”, “Transneft”, “Qazprom” şirkətlərinə ticarətin istiqraz vərəqələri ilə aparılmasına qadağa qoyub. Analoji qərar “Sberbank”, VTB, “Qazprombank”, VEB, “Rosselxozbank”, həmçinin Ural vaqon zavodu, “Oboronoprom” və Birləşmiş Aviatikinti Korporasiyasına da verilib. Bütovlükdə sanksiyalara Rusiyanın müdafiə sənayesi üzrə 9 konserni daxildir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam