Redaktor seçimi
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
Günün xəbəri

Politico: ABŞ İrana xəbərdarlıq edib

 

ABŞ rəsmiləri İranın Dəməşqdəki səfirliyinin konsulluq bölməsini İsrailin atəşə tutmasından sonra gərginliyin artması fonunda Tehrandan bölgədəki vəziyyəti gərginləşdirməməyi xahiş edib.

Yenixeber.org: Mənbədən İran Prezident Administrasiyası rəhbərinin siyasi məsələlər üzrə müavini Məhəmməd Cəmşidinin “ABŞ İrandan Amerika hədəflərinə hücum etməməyi xahiş edib” bəyanatına münasibət bildirmək istənilib.

“Bu İran versiyasıdır. Dəməşqə hücumdan sonra İrandan mesaj aldıq. Cavab olaraq biz açıq şəkildə bildirdik ki, bu hücumun arxasında biz deyilik. Biz həmçinin İrana xəbərdarlıq etdik ki, bu zərbəni regionda daha da gərginləşdirmək, Amerika obyektlərinə və ya hərbçilərinə hücumlar üçün bəhanə kimi istifadə etməsin”.

“CBS News”un öz mənbələrinə istinadən verdiyi məlumata görə, Tehranın cavab hücumu Şahed PUA-ları və qanadlı raketlərdən istifadə edilməklə həyata keçiriləcək. Telekanal hesab edir ki, hücum yaxın günlərdə baş verə bilər.

Qeyd olunub ki, vaxt və hədəf məlum deyil, lakin Dəməşqin hücumuna proporsional cavab İsrailin diplomatik obyektinə zərbə endirmək olardı.(Politico)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam