Redaktor seçimi
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Günün xəbəri

İran və İsrail Bakı səmasında toqquşacaqlar? -ŞƏRH

İsraillə İranın müharibəsi hər an başlaya bilər: fitil çəkilib? – ŞOK GƏLİŞMƏ
İranlı deputat Azərbaycandakı səfirliyi vurmağı təklif edib, Yerusəlim bunu cavabsız qoymayacaq...


Yenixeber.org: İsrail hərbi hava qüvvələri İranın Dəməşqdəki konsulluğuna hücum ediblər. İslam İnqilabı Keşikçiləri Korpusundan (SEPAH) verilən məlumata görə, İsrail qüvvələrinin konsulluğa hücumu zamanı generallar Məhəmməd Rza Zahedi və Məhəmməd Hadi Hacı Rəhimi də daxil olmaqla 7 hərbi müşavir və daha 5 zabit həlak olub.

İran prezidenti İbrahim Rəisi dərhal hava hücumuna reaksiya verərək, qətlin cavabsız qalmayacağını deyib.

Müqavimət cəbhəsinin iradəsini məhv edə bilməyən sionist rejimi özünü xilas etmək üçün yenidən kor-koranə qətllər törətməyə başlayıb. Rejim bilməlidir ki, heç vaxt öz məqsədlərinə çatmayacaq və bu qorxaq cinayət cavabsız qalmayacaq”, – deyə Rəisi bildirib.

İranın Milli Təhlükəsizlik Şurası bazar ertəsi axşam toplaşaraq, İranın Dəməşqdəki konsulluğunun vurulmasından sonra “müvafiq qərarlar” qəbul etdiyini açıqlayıb.

İddia olunur ki, İran hazırda İsrailin dünyanın istənilən ölkəsindəki səfirliyini özünün qanuni hədəfi hesab edir. İsrailinfo-nun məlumatına görə, ABŞ Dəməşqdəki partlayışın məsuliyyətini paylaşmaqdan imtina edərək, əməliyyatdan İsrail təyyarələri artıq havada olanda xəbər tutduğunu bildirib.

İsraildəki dörd anonim rəsmi mənbə “The New York Times”-a İranın Dəməşqdəki konsulluğuna zərbələrin arxasında İsrailin durduğunu təsdiqləyiblər. Amma hücuma məruz qalan binanın diplomatik statusu olduğunu təkzib ediblər.

Maraqlıdır, cavab zərbəsi üçün İsrailin hansı diplomatik missiyası nəzərdə tutula bilər? Bəlkə, Bakıda yerləşən səfirlik? İsrailin Dəməşqdəki İran konsulluğuna hücumundan sonra İran parlamentinin üzvü Cəlal Rəşidi Kuçi “X” sosial şəbəkəsindəki hesabında Azərbaycana qarşı təhdidlə çıxış edib. TRT xəbər verir ki, o, “regional ölkələrin diplomatik mərkəzlərindən birində sionistlərin diplomatik nümayəndəliyinə açıq və birbaşa hücum etməyi” təklif edib və bu zaman əlavə edib ki, “həmin ölkə Azərbaycan olsa, daha yaxşı olar”.

Deputatın fikrincə, belə bir addım İsrailin hərbi hücumuna cavab ola bilər. Onun sözlərinə görə, “qətiyyətli cavab verilməsində gecikmə, səbir və gözləmə böyük İranın adına, nüfuzuna və şərəfinə güclü zərbəyə bərabərdir”.

Qeyd edək ki, ölkələrimiz arasında münasibətlər gərgin olaraq qalır və Azərbaycanın İrandakı səfirliyinin işi hələ də bərpa olunmayıb. Azərbaycan 2023-cü il yanvarın 27-də İrandakı səfirliyinə hücumdan sonra diplomatik missiyasını birtərəfli qaydada geri çağırıb.

İran hakimiyyəti Azərbaycan və İsrail arasındakı əlaqələrdən dəfələrlə narazılığını bildirib. Lakin son hadisələr Tehran və Bakı arasında münasibətlərdə gərginliyin daha da artmasına səbəb ola bilər.

Beləliklə, hazırda İranın Azərbaycan paytaxtında yəhudi diplomatik missiyasına hücum təhlükəsi varmı? Xüsusi xidmət orqanları bu ssenariyə hazırlaşmalıdırlarmı? Belə bir hücum baş verərsə, İranla Azərbaycan arasında münasibətlər hansı vəziyyətə qədər gərginləşə bilər?

Politoloq, təhlükəsizlik üzrə ekspert İlham İsmayıl bildirib ki, İsrailin Bakıdakı səfirliyi və yəhudi millətinin nümayəndələri həmişə İranın hədəfində olub.

İranlılar bir neçə dəfə həm səfirliyə, həm də onun əməkdaşlarına qarşı terror törətməyə cəhd ediblər. İndi İranın Suriyadakı diplomatik binasına hücumdan sonra rəsmi Tehran qisas alacağına söz verib. Qeyd edək ki, İran zaman-zaman İsraili yer üzündən siləcəyinə dair bəyanatlar yayıb. Amma heç zaman birbaşa hücum etməyib, İsrailə proksi qüvvələrin köməyi ilə hücum etməyə üstünlük verib.

Dəməşqdəki konsulluğa hücumdan sonra İran parlamentinin üzvü Kuçi özünün “X” səhifəsində İsrailin Azərbaycandakı səfirliyinə hücuma çağırıb. Bu çağırış təkcə deputatın mövqeyi deyil, bütövlükdə İranın Azərbaycana qarşı siyasətinin təzahürü kimi qiymətləndirilməlidir. İranın bu yaxınlarda Lənkəranda planlaşdırdığı terror aktının üzə çıxması molla rejiminin Azərbaycanda öz casus şəbəkəsi vasitəsilə terror aktları törətmək planlarından əl çəkmədiyini bir daha sübut edir. Buna görə də, Tehranın İsrail səfirliyinə qarşı terror aktı törətmək planının olması mümkündür”, – ekspert etiraf edir.

Onun sözlərinə görə, Azərbaycan xüsusi xidmət orqanları Bakıdakı xarici nümayəndəliklərin təhlükəsizliyinə hər zaman diqqət yetirib və iranlı deputatın indiki çağırışından sonra bu diqqət daha da güclənəcək. “Bugünkü əməliyyat şəraiti bunu tələb edir, çünki İran xain dövlətdir və həmişə olduğu kimi, Azərbaycan vətəndaşları arasından cəlb etdiyi adamlar vasitəsilə terror həyata keçirə bilər.

İranla Azərbaycan arasında münasibətlər həmişə gərgin olub və bu gün də belədir. Hesab edirəm ki, Azərbaycan Xarici İşlər Nazirliyi İrana nota göndərməli və səfiri çağıraraq etirazını bildirməlidir.

Amma düşünmürəm ki, İran Bakıda bu addımı atmağa risk edəcək. Çünki səfirliyə hücum İsrailə deyil, Azərbaycana hücum deməkdir. Bu halda İranın Azərbaycandakı səfirliyinin İsrailin hücumunun hədəfinə çevrilməyəcəyinə kim zəmanət verə bilər?

Əgər İran İsraili vurmaq iqtidarında deyilsə və əvəzində bunu Azərbaycanda edəcəksə, məntiqlə belə çıxır ki, biz düşmən Ermənistanın Tehrandakı səfirliyini də hədəfə almalıyıq?”, – deyə İ.İsmayıl soruşur.(pressklub)

Rauf Orucov


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam