Redaktor seçimi
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
Günün xəbəri

Baydendən Trampın debat təklifinə -CAVAB

 

ABŞ-nin vitse-prezidenti Kamala Harris ABC televiziyasına müsahibəsində Prezident Cozef Baydenin noyabrda keçiriləcək prezident seçkilərində ən çox ehtimal olunan rəqibi Donald Trampla teledebatlarda iştirak etməyə hazır olub-olmaması barədə suala birbaşa cavab verməkdən yayınıb.

Yenixeber.org xəbər verir ki, Kamala Harris suala cavabında Cozef Baydenin bu yaxınlarda ölkənin vəziyyəti ilə bağlı xalqa müraciət etdiyini və bütün faktları ortaya qoyduğunu bildirilib.

Xatırladaq ki, bir müddət öncə Birləşmiş Ştatların sabiq dövlət başçısı Ağ evin hazırkı rəhbərini “istənilən vaxt və istənilən yerdə” debata çağırmış, Bayden isə debatda iştirakla bağlı qərarını Trampın “davranışından asılı olaraq” verəcəyini demişdi.

Qeyd edək ki, hazırda Respublikaçılar partiyasının 77 yaşlı Donald Trampı prezidentliyə namizəd kimi irəli sürəcəyinə heç bir şübhə qalmayıb. Demokratlar partiyasının 81 yaşlı Cozef Baydenin namizədliyini rəsmən irəli sürməsi məsələsi isə faktiki olaraq həll edilib.

Prezidentliyə namizədlərin seçkiqabağı teledebatları payızda başlayacaq. Birinci turun sentyabrın 16-da Texasda, ikinci turun oktyabrın 1-də Virciniyada, üçüncü və sonuncu turun isə oktyabrın 9-da Yuta ştatında keçiriləcəyi planlaşdırılır. Sentyabrın 25-də isə Pensilvaniya ştatında ölkənin mümkün vitse-prezidentləri arasında debat baş tutmalıdır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam