Redaktor seçimi
Məhəmməd Musayev Saleh Məmmədovu necə aldadır? -
Gəncə Dövlət Universitetində baş verənlər şok edir...  Rektor Yusif Yusibovun adı ağır cinayət iddialarında: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - 
QHT-lərə Dövlət Agentliyindən Nazirlər Kabinetinə sayqısızlıq -
“Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi ifşa olunur: reklam təşkilatının nikah layihəsinə dəstək -
Qobu Bələdiyyəsinin sədrinin saxta imzası üzə çıxdı:
 Eyni QHT-lər, eyni layihələr: dövlət düdcəsi harada itir? -
Günün xəbəri

Son aylarda dünyada islamofobiya 335 faiz artıb

 

İslamofobiya elə bir irqçilikdir ki, Qərbdə daha aydın görünür. Belə ki, son aylarda dünyada islamofobiya 335 faiz artıb. Bundan əlavə, Yeni Zelandiyada 51 nəfər müsəlman öldürülüb.

Yenixeber.org xəbər verir ki, bu sözləri Böyük Britaniya Müsəlmanları Parlament Qrupunun sədr müavini Əfzal Xan “Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə” mövzusunda Bakıda keçirilən beynəlxalq konfransın planer iclasında söyləyib.

O bildirib ki, Böyük Britaniyada müsəlmanlar daha çox yoxsulluq vəziyyətində yaşayır və onların 35 faizi islamofobiyaya məruz qalır:

“Oradakı müsəlmanların 32 faizi isə düşünür ki, onlar dominantlığa məruz qalırlar. Hətta uşaqlar elə düşünür ki, müsəlmanlar ölkəni işğal edəcək. Bu da müsəlmanların ədavətin qurbanı olduğunu göstərir”,- deyə Əfzal Xan vurğulayıb.

Əfzal Xan əlavə edib ki, Britaniyada böyük partiyalarda belə müsəlmanlara qarşı ədalətsizliklər var:

“Hətta Baş nazir belə müsəlmanlara qarşı qərəzli münasibət göstərir. Ona görə də bu problemi həll etmək üçün əvvəlcə rəhbərlər dəyişilməlidir. Bu, endemik problemdir. Bu mübarizə yalnız islamofobiyaya qarşı yox, həmçinin irqçiliyə qarşı mübarizədir”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam