Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Pakistandan İranla bağlı AÇIQLAMA : Hücuma cavab olaraq...

 

Xəbər verdiyimiz kimi, İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Pakistan ərazisinə raket zərbəsi endirib. SEPAH-ın yaydığı məlumatda zərbənin "Ceyş-i-Zalum" (Ədalət Ordusu) terror qruplaşmasının Bəlucistan əyalətindəki hədəflərinə endirildiyi bildirilir.

Yenixeber.org-un xarici KİV-ə istinadən məlumatına görə, Pakistanın yüksək rütbəli kəşfiyyat mənbələri bildiriblər ki, İranın ötən gecə Bəlucistan əyalətinə hücumuna cavab olaraq bütün variantlar masadadır.

Pakistan kəşfiyyat mənbələri verdiyi açıqlamada bildirilib ki, İran dünən gecə sərhəddəki Pəncqur qəsəbəsində "Ceyşul Adl" adlı silahlı qrupa qarşı hücum təşkil edib, zərbələri nəticəsində iki uşağın həlak olub.

Mənbələr Pakistanın İranın hücumuna tələsik reaksiya vermədiyinə, lakin 2019-cu ilin fevralında Balakotda Hindistana verilən cavaba istinad edərək İslamabadın “cavab verməkdə” yaxşı olduğunu qeyd edib.

Məsələ ilə bağlı çox vacib və təcili görüşün davam etdiyini bildirən mənbələr, İranın hücumuna cavab olaraq bütün variantların masa üzərində olduğunu qeyd edib.

Bəyanatda qeyd olunub ki, Pakistanın suverenliyinin bu cür pozulması yolverilməzdir və ciddi nəticələrə səbəb ola bilər.



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam